Milli Qəhrəman İbad Hüseynov: "O, bütün parametrlərə görə birincidir"

Milli Qəhrəman İbad Hüseynov: "O, bütün parametrlərə görə birincidir"Moderator.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov ad günü münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. Milli Qəhrəman Mehriban Əliyevanın tarixi xidmətlərinə diqqət çəkib, gördüyü işlərdən bəhs edib:

"26 avqust Azərbaycan Respublikasının Birinci vitse- prezidentinin və Birinci xanımının doğum günüdür. Görkəmli dövlət və ictimai xadim kimi Mehriban xanım Əliyevanın fəaliyyəti boyu əldə etdiyi uğurları müqabilində layiq bilinmiş titulları sadalasaydım, çox böyük siyahı alınardı. O, sadəcə birinci xanımdır. O, bütün parametrlərə görə birincidir.

Açığı, Azərbaycanın tarixi mühitində mübariz xanım surəti bir növ şifahi xalq ədəbiyyatının məhsulu kimi şişirdilmiş qadın obrazlarını xatırladır mənə. Lakin müasir dünya texnoloji imkanlarına görə çox kiçilib. Odur ki, Mehriban xanımın zəngin həyat fəaliyyətini izləmək çox asandır. Hər şey göz önündədir.

Yuxarıda qeyd etdiyim kimi, Mehriban xanımın saysız-hesabsız titullarını sadalamaq fikrində deyiləm. İstisna olaraq deyim ki, 20 il öncə onun təşəbbüsü və rəhbərliyi ilə yaradılan Heydər Əliyev Fondunun timsalında durmadan göstərdiyi fəaliyyəti özlüyündə hər şeyi əhatə edir. Ulu Öndər Heydər Əliyev irsinin, azərbaycançılıq fəlsəfəsinin ölkədə yayılmasını başlıca istiqamət götürən fond nizamnamədə göstərilən bütün sahələr üzrə fəaliyyət proqramı üzərində fenomenal uğurlara imza atmaqda davam edir. Şəhid ailələri və müharibə veteranlarına, imkansız ailələrə göstərilən maddi və mənəvi yardım, səhiyyəyə göstərilən qayğı, mədəni və tarixi irsimizin qorunması, ekologiyaya verdiyi töhfə, Azərbaycan idmanının inkişafı, saysız –hesabsız sosial tədbirlər prezidenti olduğu Heydər Əliyev fondunun fəaliyyətinin qayəsini təşkil edir. Elm, mədəniyyət və təhsilə göstərilən diqqəti xüsusi qeyd etməyə lüzum yoxdur.

Milli Qəhrəman İbad Hüseynov: "O, bütün parametrlərə görə birincidir"Mehriban xanım Əliyevanın fəaliyyəti ictimai həyatın bütün aspektlərini əhatə etməklə dövlət strukturlarına göstərilən ən böyük dayaq kimi qəbul edilir. Şübhəsiz ki, adı çəkilən sahələr üzrə görülən işlərin tam siyahısını tərtib etsək, bitməyən fantastik nailiyyətlərə artıq müvəffəq olmağın şahidi olarıq. Təbii ki, belə bir statistika Mehriban xanımın marağında deyil.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım ölkədə ən böyük xeyriyyəçi kimi qəbul edilir. Heydər Əliyev Fondu və onun rəhbəri çarəsiz insanların son ümid yeri, istinad nöqtəsidir. Bu gün Mehriban xanım Azərbaycanda o qədər sevilir ki, ad çəkmədən "xanım" sözü işlədilirsə, bu, mütləq Mehriban xanım kimi qəbul edilir: sadəcə XANIM.

Belə deyirlər ki, hər güclü liderin arxasında güclü xanım dayanır. Etiraf edək ki, bugünkü Azərbaycan reallığında bu, həqiqətən belədir. Ulu Öndəri ən layiqli davamçısı İlham Əliyev hakimiyyəti illərində Azərbaycan fantastik uğurlara imza atmışdısa, onu hər an dəstəkləyən ömür-gün yoldaşı Mehriban xanım olub.

İşğaldan azad edilmiş torpaqlarda aparılan nəhəng tikinti layihələrinin həyata keçirilməsində Mehriban xanımın göstərdiyi əməli fəaliyyət göz önündədir. Bir zamanlar Mehriban xanıma Şuşada muğama qulaq asmaq imkanı yaratmağı söz verən məxluqatlar necə rəzil vəziyyətə düşdükləri həzm edə bilmirlər. Məhz Mehriban xanımın təşkilatçılığı ilə muğama, Qarabağ muğam məktəbinə göstərilən qayğı, məhz Şuşada keçirilən möhtəşəm muğam konsert proqramları hər birimizin ürəyini riqqətə gətirir.

Xalqın sevgisini qazanmış Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona ilk növbədə möhkəm cansağlığı, uzun ömür, ailə xoşbəxtliyi və Ulu Öndər Heydər Əliyevin görmək istədiyi çiçəklənən Azərbaycan uğrunda göstərdiyi yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzu edirəm.

Mehriban xanımın adı belə insanda pozitiv aura yaradır. Bu, bəlkə də Tanrının lütfündəndir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2250   Tarix: 25 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr