Azərbaycanda hərbi xidmətə çağırış yaşı 19-a QALDIRILSIN - TƏKLİF

Azərbaycanda hərbi xidmətə çağırış yaşı 19-a QALDIRILSIN - TƏKLİFXəbər verdiyimiz kimi, qəbul imtahanlarında 27227 abituriyent ali məktəblərə qəbul olmadı. Onların əksəriyyəti universitetə qəbul olmağın başqa yollarını axtarırlar. İllərdir bazarda olanlar, sonradan bu sahəyə gəlir məqsədilə yanaşanlar bu məqamda ortaya çıxır və diqqətçəkən kampaniyalara start verirlər. Maraqlı təkliflər ilə müştəri gözü ilə abituriyentləri razı salmağı da bacarırlar.

Bu gün ölkəmizdə hər xarici universitetin diplomu tanınmır. Bu baxımdan bir çox ekspertlər xaricdə təhsil almağı əlavə xərc olaraq qiymətləndirir. Ali məktəblərə qəbul ola bilməyən abituriyentlər, xüsusilə də oğlanlar bu yollara üz tuturlar. Bu baxımdan ali məktəbə qəbul ola bilməyən oğlanlara universitetə daxil olmaları üçün 1 il möhlət verilə bilər?

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli Sonxeber.az-a açıqlama verib:

"Bu mövzu hər zaman aktualdır. Düşünürəm ki, bu gün ali məktəblərə qəbul ola bilməyənlər həddindən artır xaricə ölkələrə müraciət edirlər. Sonda isə onların diplomları tanınmır. Onlar həm vaxt itirirlər, həm də əlavə maliyyə çıxır. Bu baxımdan hesab edirəm ki, əsgərliyə yaş 19-a artırılmalıdır. Belə olsa daha yaxşı olardı. Ən azından bu il qəbul ola bilməyən tələbələrin növbəti ildə qəbul olmaq şansları ola bilər".

Saytımıza öz fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərli deyib ki, bu il ali məktəblərə qəbul ola bilməyən gənclərim 18 yaşı tamam olduğuna görə hərbi xidmətə cəlb olunacaqlar. Proseslər isə Azərbaycan qanunvericiliyi ilə tənzimlənir:

"Bir il yarım hərbi xidmətdə olduğu müddətdə 11 ildə əldə edilən biliklər xeyli yaddan çıxır. Hərbi xidmət dönəmində onlar öz biliklərini qaydasında saxlamaq və təkmilləşdirmək imkanları olmur. Sonradan bu müəyyən problemlər yaradır. Bəziləri təhsil almaq yaxud təhsillərini davam etdirmək üçün cəhdlər edirlər. Buna şərait yaratmaq lazımdır. Azərbaycanda çağırışçı kontingenti ilə bağlı say problemi yoxdur. Dövlət Statistika Komitəsinin son məlumatları onu deməyə əsas verir ki, biz də kifayət qədər oğlan uşaqları var. Həmin uşaqların hesabına ordunu kifayət qədər çağırışçı ilə təmin edə bilirik".

Ekspertin sözlərinə görə, gənclərin xaricdə təhsil alması üçün dövlət sərhədini keçmək üçün müvafiq sənəd tələb olunur:

"Gənclərimiz müxtəlif yollarla xaricə üz tuturdular. Bəzi ali məktəblərə ödənişli yaxud ödənişsiz daxil olurdular. Bu zaman onların diplomu tanınmırdı. Beləcə həm uşaqlar maddi cəhətdən ziyan görür, faktiki olaraq böyük zərbə alırdılar. Bu gün yüksək vəzifədə olan bəzi şəxslər var ki, zamanında fürsətdən istifadə edib Rusiya universitetlərinin saxta diplomlarını əldə ediblər. İndi də bu proses davam edir. Ən azından növbəti ilə qədər ali məktəblərə qəbul ola bilməyən gənclərimizə 1 il möhlət hüququ verilsin. Onlar bu zaman biliklərini itirməzlər və hazırlıq keçə biləcəklər. Ona görə də belə bir güzəştin verilməsinin tərəfdarıyam. Deputatların əksəriyyəti heç hərbi xidmətdə olmayıb. Onlar heç vaxt başa düşmürlər ki, millətin gələcəyi onun ağıllı və hazırlıqlı gələcəyindən asılıdır. Cəmiyyətimizdə gənclərimizə bu şərait yaradılmalıdır. Bəziləri bu məsələlərdə guya prinsipiallıq nümayiş etdirdiklərini deyirlər. 35 yaşına qədər bu insanlar hərbi xidmət keçə bilərlər. Millətə savadlı gənclər lazımdır və onlara bu şərait yaradılmalıdır".

Sevda Səfərova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 9181   Tarix: 26 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Heydər Əliyev xanımı ilə "Formula 1"də - FOTOLAR

Prezident İlham Əliyevin oğlu Heydər Əliyev xanımı Alyona Əliyava ilə Bakı şəhər halqasında "Formula 1" Azərbaycan Qran-Prisinin əsas yarışını izləyib. onların fotolarını təqdim edir:

26 sentyabr
.

Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI

Bakıda "Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət bu gün gecəyarısı 00:00-da başa çatacaq. xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra - sentyabrın 26-da ərazidə quraşdırılmış konstruksiyaları

26 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Bu şəxslərin pensiyasına sabit məbləğdə AYLIQ ƏLAVƏ VERİLƏCƏK

Hərbçilərin pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalı, habelə sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək. Bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəy

27 sentyabr
.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr