Vəfat etmiş şəxsin sosial şəbəkə hesabını hansı aqibət gözləyir? - DETALLAR

Vəfat etmiş şəxsin sosial şəbəkə hesabını hansı aqibət gözləyir? - DETALLARBu gün sosial media insan həyatının ən ayrılmaz hissəsinə çevrilib. Onlarsız insan həyatını təsəvvür etmək mümkün deyil. Məlumdur ki, günümüzdə texniki səbəblərdən hansısa sosial şəbəkə bir saat, hətta dəqiqələrlə olsa belə, fəaliyyətini dayandırdıqda nəinki insanlara, hətta şirkətlərə, sahibkarlıq subyektlərinə milyonlarla dollarlıq zərər dəyə bilir.

Danılmaz faktdır ki, bu gün blogerlər sosial şəbəkələr vasitəsilə maddi qazanc əldə edirlər. Fərz edək ki, məşhur bloger vəfat edir və təbii ki, belə halda onun yüksək gəlir mənbəyi olan sosial şəbəkə hesabının taleyinin necə olacağı məsələsi gündəmə gəlir. Bu sosial şəbəkə hesabını kim idarə edəcək? Bu məsələnin hüquqi həll yolu nədən ibarətdir?

Qeyd edək ki, bir qrup hüquqşünas məsələyə şəxsi toxunulmazlıq hüququ prizmasından yanaşaraq, rəqəmsal resursların miras əmlakın predmeti ola bilməyəcəyini söyləyirlər.

Digər qrup hüquqşünasın fikrincə isə bir çox insanın sosial şəbəkə vasitəsilə internetə köçürdükləri foto, video və sənədləri "rəqəmsal miras" ("igital inheritance") hesab etmək olar. Mən də bir hüquqşünas kimi bu fikirdəyəm. Müəyyən ölkələrdə artıq hüquq leksikonuna daxil olan "Rəqəmsal vəsiyyətnamə" adlı bir institut meydana çıxıb. Rəqəmsal vəsiyyətnamə dedikdə, şəxsin ölümündən sonra rəqəmsal aktivlərini idarə etmək üçün hazırlanmış hüquqi sənəd başa düşülür və bu sənəd çox vaxt ənənəvi vəsiyyətnamənin bir hissəsi hesab olunur. Bu, sosial şəbəkə hesabları, e-poçt hesabları, bloqlar, onlayn bank hesabları və digər rəqəmsal məzmun kimi aktivlərin necə idarə olunacağını tənzimləyir.

Düzdür, Azərbaycan Respublikasında "vərəsəlik hüququ" ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin X bölməsində "Rəqəmsal vəsiyyətnamə" institutuna dair müddəalar yoxdur. Lakin sözügedən məcəllənin 1151-ci maddəsi "Miras əmlak" adlanır və həmin maddəyə görə "Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir". "Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir".

Məcəllənin 1166-cı maddəsi isə vəsiyyətə belə anlayış verir: "Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər".

Sual oluna bilər ki, ölkəmizdə sosial şəbəkə hesabında olanlar miras əmlaka daxil edilir? Yaxud da şəxs sosial şəbəkə hesabını kiməsə vəsiyyət edə bilər? Bəlkə də bu suallara verilən istənilən cavab mübahisələndirilə bilər. Lakin düşünürük ki, qanunvericiliyin verdiyi anlayışlar bu suala müsbət cavab verməyə əsas verir. Lakin sosial şəbəkə hesabının meydana çıxardığı vərəsəlik münasibətlərini birbaşa tənzimləyən müddəaların qanunvericiliyə daxil edilməsi məqsədəuyğun olardı. Çünki məsələ düşünüldüyündən də mürəkkəbdir və bununla bağlı təfərratlı prosedur qaydaların olmasına ehtiyac var.

Sosial şəbəkə hesabında paylaşılanları əmlak hesab etmək nə dərəcədə düzgün hesab edilə bilər? Yaxud sosial şəbəkə hesabına olan hüququ əmlak hüququ saymaq olar?

Sosial şəbəkə hesabında paylaşılanların əmlak hesab edilməsinin mümkünlüyü məsələsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Avropa Məhkəməsinin presedent qərarları müstəvisində yanaşa bilərik. Belə ki, Mülki Məcəllənin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər.

Məcəllənin 135.2-ci maddəsi isə "əmlak" anlayışına belə tərif verir: "Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur".

Maraqlıdır ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (Mülkiyyətin müdafiəsi) mənası baxımından mülkiyyət anlayışı Avropa Məhkəməsi tərəfindən geniş şərh olunur və daha əhatəli həcmdə hətta iqtisadi maraqlar da bu maddənin mənası baxımından mülkiyyət hesab oluna bilir. Məsələn, "Bramelid and Malmström İsveçə qarşı" işdə Avropa Məhkəməsi şirkətin səhmlərinə sahibliyi mülkiyyət hesab etmişdir. Həmin işdə qeyd olunmuşdur ki, səhm, onun sahibinə müvafiq şirkətdə pay hüququ, səsvermə hüququ, həmçinin dolayı yolla şirkətin aktivlərinə tələb hüququ verən sertifikatdır. Bu baxımdan o, mülkiyyət sayılır.

Mülkiyyət anlayışına analoji geniş şərhi Avropa Məhkəməsi "Stran Greek Refineries and Stratis Andreadis Yunanıstana qarşı", "Pine Valley Developments ltd. İrlandiyaya qarşı", "Vanmarle Hollandiyaya qarşı" işlərdə də nümayiş etdirib.

Mülkiyyət anlayışının geniş şərhini rəhbər tutsaq, o nəticəyə gələ bilərik ki, sosial şəbəkə hesabında paylaşılanlar da əmlak sayıla bilər.

Digər maraqlı sual ölkəmizdə "Rəqəmsal vəsiyyətnamə"nin tərtib olunmasının mümkünlüyü məsələsidir. Hər halda bu sual da düşündürücüdür və yaşadığımız rəqamsal dünyanın sürətli inkişafı kontekstində ona qanunvericilik müstəvisində münasibət bildirilməlidir.

Bəs, görəsən, sosial şəbəkələrin özləri hesab sahibinin ölməsi halı üçün hansı qaydaları nəzərdə tutur?

Bir neçəsinə nəzər salmaq maraqlı olar. "Facebook", istifadəçinin ölüm xəbəri ilə onun hesabını xatirləşdirmə hesabına çevirə və ya tamamilə silə bilər. Xatirələşdirmə (ingiliscə "Memorialization") hesabın saxlandığı, lakin müəyyən dəyişikliklərin edildiyi bir vəziyyətdir. Hesabı silmək üçün isə qanuni nümayəndə və ya yaxın qohum müraciət etməlidir.

Sorğu proseduru necə həyata keçirilir? Bu zaman hesabı xatirə hesabına çevirmək və ya silmək üçün ölüm şəhadətnaməsi və digər lazımi sənədlərlə birlikdə "Facebook"a müraciət edilməlidir. "Facebook" əməliyyatı hesab sahibinin ölümünü yoxladıqdan sonra həyata keçirir.

Qeyd edək ki, "Facebook" kimi "Instagram" da xatirələşdirmə və hesab silmə seçimlərini təklif edir. Xatirələşdirilmiş hesablar mövcud yazıları və izləyiciləri saxlayır, lakin daxil olunmanı bloklayır. Hesabı silmək üçün ölüm şəhadətnaməsi və digər zəruri sənədlərlə "Instagram"a müraciət etmək tələb olunur. Sorğu prosedurana gəlincə, "Instagram"da da hesabın xatirələşdirilməsi və ya silinməsi tələbləri üçün istifadəçinin yaxınları "Instagram" dəstək komandası ilə əlaqə saxlamalı və lazımi sənədləri təqdim etməlidir.

"Twitter" vəfat edən istifadəçilərin hesablarının bağlanmasına icazə versə də, xatirələşdirmə variantı təklif etmir.

"LinkedIn" ölən istifadəçilərin hesablarını bağlamaq və ya onları ziyarət səhifəsinə çevirmək seçimini təklif edir.

Maraqlıdır ki, "Google hesabları" və "YouTube" istifadəçilərin ölümü halında hesabın idarə edilməsi üçün varislərin təyin edilməsi seçimini təklif edir. İstifadəçilər "Google hesabları" vasitəsilə "Hesab varisi" təyin edə bilərlər. Vərəsə hesab sahibinin ölümündən sonra müəyyən məlumatlara daxil ola və hesabları idarə edə bilər.

"eBay", "Spotify", "iTunes" kimi hesabların istifadəsi üçün xidmət müqavilələrində bu hesabların başqa şəxslərə ötürülə bilməyəcəyi, şəxsin ölümü ilə onların bağlanacağına dair müddəalar nəzərdə tutulmuşdur.

Maraqlıdır ki, "Rəqəmsal miras"la bağlı ayrı-ayrı ölkələrin məhkəmələrində baxılaraq qərarlar çıxarılmış müəyyən işlər mövcuddur. Bununla bağlı xarici dövlətlərin məhkəmə təcrübələrinə nəzər salmaq maraqlı olar. Məsələn, bu məsələ ilə əlaqədar Türkiyədə ilk dəfə olaraq yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edən şəxsin həyat yoldaşı iddia qaldıraraq vəfat edən arvadının mobil telefonunda olan "iCloud" hesabındakı övladı və həyat yoldaşına aid olan fotoşəkillərin ona verilməsini tələb etmişdi. Ərizədə həyat yoldaşının qəzada öldüyünü, yanlış şifrəyə daxil olunduğu üçün bloklanan hesabına daxil olmaq istədiyini bildirmişdi.

Qaldırmış iddia şəxsi həyat toxunulmazlığı hüququnu pozması səbəbinə görə Dənizli 4-cü Sülh Hüquq Məhkəməsi tərəfindən rədd edilsə də, yuxarı məhkəmə olan Antalya Bölgə Ədliyyə Məhkəməsinin 6-cı Hüquq Dairəsi iddiaçının şikayətinə baxaraq "iCloud" hesabınında əmlaka, e-ticarətə, hədiyyə çeklərinə və kuponlara aid olan aktivlər olduğunu və buna görə də "iCloud" hesabının miras əmlakı tərkibinə daxil olması yönündə qərar qəbul edib.

Αlman Federal Məhkəməsi isə rəqəmsal məlumatları "universal varislik prinsipi" müstəvisində qiymətləndirərək onun vərəsələrə külli şəkildə keçməsinə dair diqqəti cəlb edən maraqlı bir qərar qəbul edib. Belə ki, 2012-ci il tarixdə 15 yaşlı uşaq Berlində metro girişində ölü olaraq tapılıb. Onun ölümündən sonra valideynləri bu ölümün cinayət yaxud intihar olduğunu aydınlaşdırmağa cəhd göstərib, bunun üçün uşağa məxsus "Facebook" hesabındakı məlumatları əldə etməyin onlara kömək edə biləcəyini düşünüb və Berlin Bölgə Məhkəməsinə bununla bağlı müraciət edib. Birinci instansiya məhkəməsi valideynlərin tələbini qəbul etsə də, ikinci instansiya məhkəməsi bunun gizlilik qaydasına zidd olduğuna qərar verib. Sonda valideynlərin müraciəti əsasında daha yuxarı instansiya məhkəməsi olan Almaniya Federal Məhkəməsi informasiya məxfiliyinə xələl gətirmədiyinə qərar verib. Hətta qərarda "Facebook" sosial şəbəkəsinin istifadəçi ilə razılaşmasında olan "üçüncü şəxslərə ötürülə bilməz" ifadəsinin heç bir hüquqi qüvvəsi olmadığı bəyan edilib.

Ümumiyyətlə, sosial şəbəkə hesabları ilə bağlı təcrübədə qarşılaşılan sadalamadığımız bir çox başqa problemlər də var və onların hüquq müstəvisində həlli üçün "Sosial şəbəkələrin statusunun tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu zərurətdən qaynaqlanır. Ümid edirik ki, bu və ya buna oxşar adda qanunun yaxın gələcəkdə qəbul edilməsi və sözügedən sahədə münasibətlərin tənzimlənməsi tezliklə həyata keçiriləcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 693   Tarix: 27 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

2027-ci ildə pensiyalar nə qədər arta bilər?

2026-cı ilin başa çatmasına bir neçə ay qalsa da, artıq ictimaiyyət arasında müzakirə edilən məsələlərdən biri də 2027-ci il üzrə pensiyaların artımıdır. Artıq pensiyaların nə qədər artacağı ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Maraqlıdır, bəs gələn il əmək pensiyaları nə qədər arta bilər?. "Qafqazinfo"

27 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər

Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde

25 sentyabr
.

Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır"

"Azərbaycanda şəhərlərin əksəriyyətinin 20 illik inkişaf planı artıq hazırdır". "Report"a istinadla xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib. Onun sözlərinə görə, Azərbayca

26 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU

Gənc yaşda evlilik Azərbaycan cəmiyyətində həyatın təbii mərhələsi kimi qəbul edilsə də, 50-60 yaşdan sonra qurulan ailə hələ də qeyri-adi hadisə kimi qarşılanır. "Bu yaşda evlilik olar, "İnsan bu yaşdan sonra həyatını dəyişərmi?" kimi qınaqlar eşidilir. Ancaq Dövlət Statistika Komitəsini

26 sentyabr