"Münasibətdə sevgi olsa belə, əsas ehtiyaclar ödənmirsə, insan özünü tənha hiss etməyə başlayır" - AÇIQLAMA

"Münasibətdə sevgi olsa belə, əsas ehtiyaclar ödənmirsə, insan özünü tənha hiss etməyə başlayır" - AÇIQLAMAMünasibətlərdə ən çox çaşdıran və insanı daxildən yoran hisslərdən biri də "sevirəm, amma xoşbəxt deyiləm" düşüncəsidir. Bir tərəfdən bağlılıq, xatirələr və emosional yaxınlıq var, digər tərəfdən isə narahatlıq, yorğunluq və daxili boşluq hissi...

Bu ziddiyyət bir çox insanın yaşadığı, amma izah etməkdə çətinlik çəkdiyi psixoloji vəziyyətdir.

Bəs görəsən nədir bunun səbəbi?

Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:

"Sevgi ilə uyğunluq eyni şey deyil. İnsan birini həqiqətən sevə bilər, amma dəyərlər, həyat tərzi, gözləntilər üst-üstə düşməyəndə münasibət insana rahatlıq yox, gərginlik gətirir.

Digər tərəfdən, emosional ehtiyacların qarşılanmaması bu hissi yaradır. Münasibətdə sevgi olsa belə, anlayış, diqqət, təhlükəsizlik hissi, dəstək kimi əsas ehtiyaclar ödənmirsə, insan özünü tənha hiss etməyə başlayır. Bu zaman sevgi kifayət etmir.

Çox vaxt bu vəziyyət uşaqlıqdan gələn psixoloji modellərlə də bağlı olur. İnsan şüuraltı olaraq tanış hisslərə məsələn, laqeydlik, qeyri-sabitlik və ya emosional məsafəyə çəkilir. Bu ona "normal" gəlir, amma eyni zamanda onu xoşbəxt etmir.

Bəzən isə insan sevgini öyrəşmək və ya bağlılıqla qarışdırır. Uzun müddət birlikdə olmaq, ayrılmaq qorxusu və ya tək qalmaq istəməmək "sevirəm" hissi kimi qəbul edilir. Halbuki bu, daha çox emosional asılılıq ola bilər.

Digər vacib məqam daxili konfliktlərdir. İnsan həm qalmaq istəyir, həm də getmək. Bu daxili mübarizə uzun müddət davam etdikdə psixoloji yorğunluq yaradır və xoşbəxtlik hissini zəiflədir.

"Sevirəm, amma xoşbəxt deyiləm" hissi o deməkdir ki, münasibətdə emosional balans pozulub. Sevgi təkbaşına kifayət etmir - sağlam münasibət üçün qarşılıqlı anlayış, hörmət, uyğunluq və emosional təhlükəsizlik də vacibdir. Bu hissi yaşayan insan üçün ən önəmli addım isə öz ehtiyaclarını dürüst şəkildə anlamaq və onları görməzlikdən gəlməməkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1807   Tarix: 31 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq

Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy

18 sentyabr
.

Vətəndaşlar dini malları gömrük sərhədindən necə keçirə bilərlər?

Fiziki şəxslərin dini təyinatlı malları və dini məzmunlu materialları gömrük sərhədindən hansı qaydada keçirə biləcəkləri açıqlanıb. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərar

19 sentyabr
.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr
.

Zeynəb Zamanovaya vəzifə verildi - Foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində kadr təyinatı olub. xəbər verir ki, agentliyin İşə qəbul və Planlaşdırma şöbəsinin rəhbəri vəzifəsinə Zeynəb Zamanova təyin olunub. Qeyd edək ki, Zeynəb Zamanova 2022-ci ildən etibarən Dövlət Məşğulluq Agentliyind

19 sentyabr
.

Lokal xarakterli antiterror tədbirləri və separatçı rejimin süqutu: Qarabağda 30 illik separatizm necə başa çatdı?

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin tarixində dönüş nöqtəsi oldu. Sentyabrın 19-da başlayan və sentyabrın 20-də başa çatan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağ üzərində dövlət suverenliyini faktiki olaraq tam bərpa etdi. Hadisələrdən cəmi səkkiz gün sonra is

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr
.

Cəmi 4 gün iş olmayacaq - BU TARİXLƏRDƏ

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda 4 qeyri-iş günü olacaq. xəbər verir ki, Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesa

19 sentyabr
.

Pensiya və minimum ƏMƏKHAQQI ARTIR - VİDEO

2027-ci ildə pensiyalar indeksləşdirilərək artırılacaq, minimum əməkhaqqı yüksələcək. Sosial istiqamətə ayrılacaq vəsaitin isə təxminən 17 milyard manatdan çox olacağı proqnozlaşdırılır. xəbər verir ki, 2027-ci ilin icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair büdcə xərclərinin prioritet istiqamətlər

20 sentyabr
.

Dərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI

Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb

19 sentyabr