Günlərdir yoxa çıxan 8 yaşlı Narin Türkiyə gündəmində
Türkiyənin Diyarbəkir şəhərində bir neçə gündür 8 yaşlı Narin Güran itkin düşüb.
"Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, avqustun 21-də itkin düşən Narinin axtarışları hazırda ölkə mediasının gündəmindədir.
Məlumata görə, azyaşlı qızın axtarışlarında 1710 canlı qüvvə iştirak edir.
Qeyd olunub ki, Narin həmin gün Quran kursundan çıxdıqdan bir müddət sonra yoxa çıxıb. Qızından xəbər ala bilməyən ailə ilk olaraq onun axtarışları ilə özü məşğul olub, onu tapa bilmədikdə isə polisə məlumat verib.
Hadisə ilə bağlı araşdırma çərçivəsində 18 yaşlı bir gənc saxlanılıb. Onun daha sonradan itkin düşən qızın qardaşı olduğu məlum olub.
Bildirilir ki, onun qollarında dişləmə izləri aşkarlanıb və tibbi ekspertiza üçün İstanbula aparılıb. Narinin qardaşı müayinədən sonra yenidən Diyarbəkirə qaytarılacaq.
Bununla yanaşı, Narinin anası Yüksel Güran "Show TV"də canlı yayımda qızının itkin düşməsi barədə danışıb: "Bizdən şübhələnərlər deyə deməmişdim, ilk dəfə danışıram. Hərbi xidmətə yollanmalı olan oğlum və iki dostu Narinin itkin düşdüyü saatlarda evin arxasında siqaret çəkir və bir iti incidirdilər. Etməyin, günahdır, dedim".
Yüksel Güranın bu sözlərindən sonra ailənin dindirilmək üçün polisə getməli olduğu bildirilərək yayım dayandırılıb.

Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1091 Tarix: 29 avqust 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: İran nüvə silahına sahib ola bilməz
İran nüvə silahına sahib ola bilməz. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "İranın nüvə silahı ola bilməz", - ABŞ Prezidenti qeyd edib
26 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər
ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma
24 sentyabrPaşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabr