Fransada müxalifət partiyası Makrona qarşı impiçment proseduruna başlayıb

Fransada müxalifət partiyası Makrona qarşı impiçment proseduruna başlayıbSolçu "İtaətsiz Fransa" partiyası ölkə prezidenti Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması proseduruna başlayıb.

"Report" xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində bu partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib.

"Konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq ölkə prezidentinə qarşı impiçment haqqında qərar layihəsi imzalanmaq üçün deputatlara göndərilib", - o deyib.

Qeyd edək ki, Fransa Konstitusiyasının 68-ci maddəsi Fransa prezidentinin səlahiyyətlərini yerinə yetirmədiyi təqdirdə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutur. Bu, parlamentin qəbul etdiyi qanunların təsdiqindən imtinaya da aiddir.

İmpiçment təşəbbüskarları birinci mərhələdə 58 deputatın (aşağı palata heyətinin onda biri) imzasını toplamalıdır. Bundan sonra palatanın bürosu qərar layihəsinin baxılmaq üçün qəbul edilib-edilmədiyini müəyyən etməlidir. Daha sonra layihə müvafiq komissiya tərəfindən təsdiqlənməlidir.

Qətnamənin təsdiqi üçün Milli Assambleya deputatlarının üçdə ikisi onun lehinə səs verməlidir. Sonra layihə parlamentin Senatına (yuxarı palata) təqdim edilir. Hər iki palata sənədi dəstəkləsə, deputatlar və senatorlar birgə iclasa toplaşmalıdırlar. İmpiçment üçün qətnaməni iki palatanın 925 üzvündən azı 617-nin dəstəkləməsi zəruridir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 601   Tarix: 31 avqust 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yakutiyada kömür mədənində partlayış olub: Ölənlər və yaralananlar var

Yakutiyada Elqa kömür yatağı ərazisində yerləşən ehtiyat nasos stansiyasında baş verən partlayış nəticəsində insan ölümü qeydə alınıb. xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Saxa Respublikasının (Yakutiya) prokurorluğunun mətbuat xidməti özünün "Telegram" kanalında məlumat yayıb

26 sentyabr
.

Trampdan Rusiya və Çinə dialoq TƏKLİFİ

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Çin Xalq Respublikasının rəhbəri Si Cinpinin Vaşinqtona rəsmi səfəri çərçivəsində Rusiya, ÇXR və ABŞ arasında silahlanmaya nəzarət məqsədilə üçtərəfli müzakirələrin aparılması təşəbbüsü ilə çıxış edib. -ın məlumatına görə, bu təfərrüat Ağ Ev tərəfində

26 sentyabr
.

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni

23 sentyabr
.

ABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb

ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini

25 sentyabr
.

ABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb

ABŞ Prezidenti Donald Tramp "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Report" xəbər verir ki, bu barədə o, "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə bah

26 sentyabr
.

Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq

Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana

23 sentyabr
.

Ermənistanda hərbçi naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qurumdan qeyd edilib ki, hazırda hadisənin səbəbləri araşdırılır

24 sentyabr
.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr
.

İranın blokadasından sonra ABŞ tərəfindən ələ keçirilən gəmilərin sayı 115-ə çatıb

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri İranın dəniz blokadasının bərpasından bəri İran limanlarına gedən və ya oradan gələn 115 ticarət gəmisini ələ keçirib. xəbər verir ki, bəyanatda deyilir: "Mərkəzi Komandanlıq qüvvələri ABŞ-ın "polad divar"

24 sentyabr