Adama "toy tutan" XINAYAXDI, 10 minlik MƏRASİM

Adama "toy tutan" XINAYAXDI, 10 minlik MƏRASİMSon günlərdə "xınayaxdı" mərasimlərinin xərci 10 min manata yaxınlaşır. Lent.az-ın əməkdaşı bu mərasimlə bağlı maraqlı araşdırma aparıb:

Şəkidə-gəlinin ziyarəti, Masallı və Lənkəranda - qızlar yığıncağı, Bakı kəndlərində - xınanane, bəzi yerlərdə "qız məclisi", "məsləhət məclisi" kimi adlandırılan amma hər kəsin xınayaxdı kimi bildiyi bu məşhur adət-ənənə əvvəlki zamanlardan bu günə kimi gəlib çıxıb. Milli ritullarımızdan biri olan xına məclisi əvvəllər daha az xərclə və sadə mərasim kimi qeyd olunurdu. Lakin indiki dövrdə nəinki xınayaxdı mərasimi, hətta evlənmək üçün atılan kiçik bir addım sanki qızlar arasında bir növ "yarış"a çevrilib.

Xınayaxdı mərasimi adət çərçivəsindən kənar biznesə çevrilir.

Müasir dövrün gəncləri mərasimin dəbdəbəli keçirilməsinə daha çox maraq göstərir. Bu da yeni biznes sahəsi kimi bir çoxlarının diqqətini cəlb edir. Təəccüblü deyil ki, Azərbaycanda xına mərasiminin təşkili gəlirli bir biznes sahəsinə çevrilib. Artıq xına məclisi təmtərağı heç də toylarımızdan geri qalmır.

Bəs, dəbdəbəli xına mərasimi keçirmək neçəyə başa gəlir?

Hər bir valideyn öz övladının xeyir işini ürəyincə təşkil etmək istəyər. İndiki vaxtda dəbdəbə, şan-şöhrət xatirinə keçirilən mərasimlərə xərclənən pullar çox vaxt borc dəftərinə yazılır. Düzü, yeni ailənin qurulması özü böyük maddi vəsait tələb edən tədbirlər zənciridir. Nişan mərasimində belə qız evinə (yemək-içmək, ziyafətin təşkili) düşən yük oğlan tərəfinin xərcindən az olmur.

Bəzi şirkətlər və fərdi şəxslər xınayaxdı üçün müxtəlif paketlər təklif edir. Elə xidmət haqları da həmin paketlərin həcminə uyğun olaraq dəyişir. Ən ucuz paketlərdə, adətən, standart olaraq dekor, müxtəlif naxışların vurulması, sintezator, aparıcı, video çəkiliş və s. nəzərdə tutulur. Qiymətlər milli geyimlərin və gəlin taxt-tacının dəbdəbəli olmasına görə dəyişir.

Daha bahalı paketlərə isə müğənni, musiqi ansamblı, milli geyimlər, rəqqasələr, dicey, davulçu, müxtəlif aksesuarlar, kəcavə, foto çəkiliş, gəlinin faytonla gətirilməsi kimi xidmətlər daxil edilir. Əlavə olaraq müştərinin təkliflərinə əsasən qiymət arta və ya azala bilir. Beləliklə xına mərasiminin təşkili 250-10000 manat arası olur. Hələ oğlan evinin və qonaqların çəkdiyi xərcləri, gətirilən xonça və hədiyyələrin pulunu demirik...

Bazara baxsaq, xonçaların qiyməti 30 -150 manat arasında dəyişir. Bu məsələdə də iki ailənin bir-birini başa düşməsi və "cibinə" hörmətlə yanaşması əsas rol oynayır. Təəssüf ki, çox halda bu anlaşma qarşılıqlı olmur.

İndiki dövrdə xınayaxdı mərasim ortalama olaraq 5000-6000 manat pul tələb edir.

Mərasim iştirakçıları özü də milli paltarlar geyinmək istəyirlər. Belə geyimin biri 30-50 manat arasında kirayəyə verilir. Xüsusi fotosessiya da edilir. Bu da yenə maddi vəziyyətə baxır.

Maraqlıdır, bir xına məclisi üçün bu qədər izafi xərcin çəkilməsi nə dərəcədə düzgündür?

Məsələ ilə bağlı sosioloq Lalə Mehralı Lent.az-a açıqlamasında bildirib ki, bir çox adətlər kimi xınayaxdı mərasiminin keçirilməsi də şişirdilib.

Onun sözlərinə görə, ümumiyyətlə, evliliyə gedən yolu o qədər məşəqqətli ediblər ki, insanlar evlənməkdən qorxur:

"Tanışlıq, birinci elçilik, ikinci elçilik, həri, nişan, xınayaxdı, hər bayramda verilən qonaqlıqlar, bayramlıqlar, qız toyu, oğlan toyu və s. kimi mərhələlər uzadılır ki, oğlanlar ailə qurmaq istəmir, qızların da əgər ailəsinin maddi durumu o qədər də yaxşı deyilsə, onlar da evlənmək istəmir. Düşünürlər ki, bu proseslərin hamısını həyata keçirməsəm, hamının yanında gözü kölgəli olacam. Hamı başqasının elədiklərini təkrarlamağa çalışır. Xınayaxdı da bu mərasimlərdən biridir. Təəssüf ki, biznes maraqlarına qurban gedən ailələr bu mərasimi keçirtmək üçün varından, yoxundan olurlar. Təbii ki, bu mərasimi valideynlər uşaqların diqtəsiylə həyata keçirməyə məcbur qalırlar. Bu məsələdə qızların üstünə böyük öhdəlik düşür. Onlar valideynlərini bu barədə nəyəsə məcbur etməməlidirlər. Elçilik və toy bir dəfə olmalıdır. Əvvəllər xınayaxdı mərasimi toyun tərkib hissəsi olurdu. Toy əhlinə məcməyidə ətrafına şirniyyat tökülmüş kiçik bir cəmdə xına təklif olunurdu. Hamı o nəmərini məcməyiyə atır, barmağını isə xınaya batırırdı. Nəmər simvolik rəqəmlərdən ibarət idi. Xına müqabilində şirinlik kimi atırdılar. Belə olduqda əlavə xərcə və əziyyətə gərək olmurdu. Amma indi isə çox vaxt toydan ayrı keçirilir. Toyun içərisində də keçirildikdə isə indiki dövrdə dekor, xına aparıcıları, xına ləvazimatları da gətirilir. Bu isə əlavə xərcdən başqa bir şey deyil".

Milli geyimlərdən istifadə, maraqlı xonçaların qurulması, xınayaxdı mərasiminin dəbdəbəli keçirilməsi məqbul sayıla bilər. Amma bundan əlavə, bəzi məşhur aparıcıları böyük məbləğ qarşılığında xınaya gətirirlər

Maraq doğuran məqamlardan biri də odur ki, görəsən, mərasimə dəvət olunmuş məşhurların orada iştirakı, qızın əlinə xına yaxması nəyi dəyişir?

Çoxu "pulum var, özüm bilərəm" cavabını verir. Məgər belə bahalı mərasim şan-şöhrətlikdən xəbər vermir ki? Desinlər ki, "filankəsin xınayaxdısı əla keçdi", "gəlinin əlinə filankəs xına yaxdı". Zənnimcə, bütün pullar məhz bu təəssürat üçün tökülür. Halbuki bahalı xınayaxdının təşkil olunması yeni namizəd gəlinlər arasında da "yarış"a səbəb olur. Qızlarımız həm öz ailəsi, həm də oğlan evi qarşısında yeni tələblər qoyurlar. Bu da əvvəldə qeyd etdiyim söz-söhbətlərə gətirib çıxarır.

Təəssüf ki, bütün bunlara baxmayaraq böyük mərasimlər, dəbdəbəli keçirilən xınalar, verilən qonaqlıqların əksəriyyəti çox vaxt iki ailənin xoşbəxtliyinə yaramır…


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1137   Tarix: 04 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar

22 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO

Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid

18 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr