Hamı Bakının bu qəsəbəsindən torpaq alır - Səbəbi görün nə imiş
Sənədsiz evlərin tikintisi ilə bağlı qaydaların sərtəşdirilməsindən sonra Bakıətrafı qəsəbələrdə həyət evlərinin inşası nəzərəçarpacaq dərəcədə azalıb. Hətta torpaq sahiblərinin çoxu kommunal xətlərin çəkilməsinin çətinliyini nəzərə alaraq, gözləmə mövqeyində dayanıb. Amma istisnalar da var. Məsələn, Bakının Sabunçu rayonunda, xüsusilə Ramana qəsəbəsində həyət evlərinin inşası əvvəlki qaydada davam edir. Satış saytlarına nəzər salsaq, bu ərazilərdə olan torpaqlarla bağlı elanların sayında xeyli artım müşahidə olunur.
Buna səbəb nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, paytaxın bəzi ərazilərində yerli icra hakimiyyəti orqanlarının təşkil etdiyi qanunsuz tikintilər mövcuddur:
"Tikinti ilə bağlı qanunvericiliyin tələbləri bütün rayonlar üçün eynidir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu işlə məşğuldur və komitə nəzdində bununla bağlı portal istifadəyə verilib. Məlumatlandırma icraatı ilə bağlı vətəndaş müraciətini bu portal üzərindən edir və cavabını alır. Bu zaman torpağın Səbail və yaxud Sabunçuda yerləşməsinə görə hər hansı rüsum fərqi yoxdur. Sənədsiz tikililərə gəlincə, şəhərin ərazisindən asılı olaraq, yerli icra hakimiyyəti orqanlarının qanunsuz şəkildə tələb etdikləri müəyyən məbləğ var. Bu məbləğ yerləşməsindən, evin ölçülərindən, mərtəbə sayından asılı olaraq dəyişir. Məsələn, Binəqədi rayonunun ərazisində yerləşən Biləcəri və kənd Binəqədinin tikinti qiymətləri arasında müəyyən fərqlər var. Bu işin hüquqi tərəfidir".
Ekspert qanuni tikintilərlə bağlı ərazidən asılı olmayaraq, icazə rüsumunun eyni olduğunu diqqətə çatdırıb:
"Tez başa gəlmə məsələsinə gəlincə, bu artıq texniki məsələdir. Məsələn, biz Yeni Ramana ərazisində tikinti aparmaq üçün yerli icra hakimiyyəti orqanları ilə daha tez dil tapa bilirik, nəinki Mərdəkanda. Bu isə ərazinin inzibati mərkəz olub – olmamasından asılıdır. Amma sənədli torpaq sahələrinin üzərində, məlumatlandırma icraatı qaydasında tikinti aparılması ilə bağlı Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma məcəlləsi var. Həmin məcəllənin tələbələrinə müvafiq qaydada tikinti aparmalıdır. Bu isə şəhərin bütün rayon və ərazilərində eyni qiymətlədir".
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1570 Tarix: 08 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabr