Dünyanın ilk trilyoneri peyda ola bilər

Dünyanın ilk trilyoneri peyda ola bilərİlon Mask 2027-ci ilə qədər dünyanın ilk trilyonçusu olmağa yaxındır.

Musavat.com xəbər verir ki, bu barədə dünyanın ən zəngin insanlarının sərvətini izləyən "Informa Connect" akademiyası məlumat yayıb.

Məlumata əsasən, elektrik avtomobil istehsalçısı "Tesla", özəl raket şirkəti "SpaceX" və sosial media platforması "X" ilə bağlı əldə edilən nəticələrə görə, Maskın sərvəti illik orta hesabla 110% artıb.

Bu həftənin cümə günü İlon Mask "Bloomberg" Milyarderlər İndeksinə əsasən, 251 milyard dollar xalis sərvətlə dünyanın ən varlı adamı olub. Akademiyanın təhlilinə görə, Hindistan biznes konqlomeratının qurucusu Qautam Adani trilyonçu statusu qazanan ikinci şəxs olacaq. Adaninin sərvətinin illik artım tempi 123%-də qalarsa, o, 2028-ci ildə trilyonçuya çevriləcək.

"Nvidia" texnologiya şirkətinin baş icraçı direktoru Jensen Huang, indoneziyalı enerji və mədən maqnatı Prajogo Pangestu da 2028-ci ildə trilyonçu ola bilərlər. "Louis Vuitton"un rəhbəri, təxminən 200 milyard dollar sərvəti ilə dünyanın üçüncü ən varlı adamı olan Bernar Arno və "Meta" şirkətinin baş direktoru Mark Zukerberq 2030-cu ildə sərvətlərini trilyon dollara qədər çatdıra biləcəklər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1151   Tarix: 08 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Mən başqa insan oldum": Xarakterdəki dəyişikliklərlə tükənmişliyi göstərən 4 yol

Tükənmişlik (burnout) tez-tez yalnız işlə bağlı problem kimi qiymətləndirilir. İnsanlar tükənmişliyi düşünəndə, məhsuldarlıq göstəricilərinə təsir edən əlamətləri təsəvvür edirlər: Vaxtında işləri tamamlamama, effektivliyin azalması və yorğunluq. Lakin psixoloji baxımdan tükənmişlik yalnız iş siyahınızl

26 yanvar
.

Tutduğu komanda uduzan azarkeş televizoru qırdı - VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsinin son turunda UEFA Champions League dramatik anlara səhnə olub. xarici mediaya istinadən xəbər verir ki, Portuqaliya klubu Benfikanın qapıçısı Anatoliy Trubin uzatma dəqiqələrində həkk etdiyi qolla komandası üçün kənar mərhələyə vəsiqə qazanıb və bu nəticə Marsilyanı

29 yanvar
.

Saç tökülməsi xəstəliyin siqnalı ola bilər

Stress, orqanizmdə dəmir çatışmazlığı və B qrupu vitaminlərinin azlığı ilə yanaşı, yüksək hərarətlə müşayiət olunan infeksiyalar, eləcə də statin preparatlarının qəbulu saç tökülməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə -ya müsahibəsində tibb elmləri doktoru, trixoloq Yuliya Qallyamova məluma

27 yanvar
.

Sağlamlığa zərər vurmadan gündə nə qədər pendir yemək olar?

Pendir gündəlik qida rasionuna daxil edilməlidir, lakin onun miqdarı ciddi şəkildə məhdudlaşdırılmalıdır. xəbər verir ki, bu tövsiyə Rusiyanın İctimai Səhiyyə və Tibbi Profilaktika Mərkəzinin mütəxəssisləri tərəfindən verilib. Həkimlərin rəyinə əsasən, pendirin gündəlik qəbulu miqdarı cəmi 30-50 qramdı

27 yanvar
.

Cəsədləri 30 il dondurucuda qalan ər-arvad dəfn olundu

Finlandiyada 80 yaşlı həkim valideynlərinin cəsədlərini 30 il ərzində dondurucuda saxlayıb. xarici mediaya istinadla xəbər verir ki, kişinin sözlərinə görə, bu dəfn forması valideynlərinin son vəsiyyəti olub. Ehtimal edilir ki, gələcəkdə həmin qəbirdə həkimin özü və qardaşı da dəfn ediləcək. Təqaüdç

27 yanvar
.

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır - PSİXOLOQ

Perfeksionizmə və rasional qərarlara meyillilik zaman keçdikcə dünyanın qeyri-rasional və xaotik olması ilə toqquşur. Yüksək intellekt həyatda uğur qazanmağa kömək edə bilər. Lakin hətta çox ağıllı insanlar da bəzən müəyyən "həyat qaydalarını" düzgün anlamırlar və bunu çox gec dərk edirlər

28 yanvar
.

Serxio Ramos "Sevilya"nı alır

Ramos və tərəfdaşları "Sevilya"nı 450 milyon avroya almağı planlaşdırırlar. Dünya çempionu və ikiqat Avropa çempionu Serxio Ramos, Five Eleven Capital ilə birlikdə İspaniyanın "Sevilya" klubunu almaq üçün prinsipial razılığa gəlib. bildirir ki, mənbənin məlumatına görə, müqaviləni

26 yanvar
.

Ölümcül təhlükəlidir: suçiçəyinin əlamətləri

Suçiçəyi ən çox uşaqlarda rast gəlinən, lakin böyüklərdə də baş verə bilən geniş yayılmış infeksion xəstəliklərdən biridir. xarici mediaya istinadla bildirir ki, böyüklərdə suçiçəyi adətən daha ağır keçir və ciddi ağırlaşmalara səbəb ola bilər. Böyüklər üçün bu xəstəlik həyati təhlükəyə çevrilə bilər

26 yanvar
.

Kosmik teleskop kainatdakı qaranlıq maddənin xəritəsini tərtib etdi

Alimlər "Ceyms Uebb" kosmik teleskopundan əldə olunan şəkillərdən istifadə edərək, görünən Kainatda qaranlıq maddənin paylanmasının ən ətraflı xəritəsini tərtib ediblər. xəbər verir ki, bu barədə Böyük Britaniyanın Durham Universitetinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, yeni xərit

27 yanvar