Sosial şəbəkələri boykot edə bilərikmi?

Sosial şəbəkələri boykot edə bilərikmi?Ötən ay Türkiyədə "Instagram" sosial şəbəkəsinə giriş qadağasının tətbiq edilməsi həm qardaş ölkədə, həm də Azərbaycanda ciddi müzakirələrə səbəb oldu.

Türkiyənin nəqliyyat və infrastruktur naziri sosial şəbəkə nümayəndələri ilə aparılan danışıqlar zamanı Türkiyə qanunvericiliyinə hörmətlə yanaşmanın vacibliyini qeyd etdiklərini bildirdi. Nazir vurğuladı ki, "Instagram" rəsmiləri Türkiyə hökumətinin tələblərini yerinə yetirəcəklərinə dair söz verdikdən sonra qadağa ləğv ediləcək. Nəticədə "Instagram" və "Meta" şirkəti Ankaranın şərtlərini qəbul etdi və bu sosial şəbəkənin ölkə ərazisində fəaliyyət göstərməsinə icazə verildi.

Ümumiyyətlə, Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə sosial platformalarla işlər görülür, razılaşmalar əldə edilir. Azərbaycanda isə bu istiqamətdə addım atılımır. Həqiqətdir ki, hazırda qlobal sosial platformalar ölkənin reklam bazarının böyük bir hissəsini ələ keçirib. Bu səbəbdən yerli media qurumları çətin vəziyyətlə üzləşib. Üstəlik, informasiya təhlükəsizliyi ilə bağlı da risklər hər keçən gün artır.

Maraqlıdır, ölkəmizdə də sosial platformalarla işi təkmilləşdirmək üçün addımlar atılmalıdırmı? Türkiyə təcrübəsindən istifadə etmək mümkündürmü?

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Boykot edən ölkədə istifadəçi sayı çoxdursa...

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, sosial şəbəkələrlə bağlı bir çox ölkələrdə insidentlər yaşandıqdan sonra ölkə sosial şəbəkəni boykot edir: "Məsələn, Türkiyədə daha öncə "YouTube", "Wikipedia", "X" platforması ilə bağlı da etirazlar olmuşdu. Razılaşma prosesi boykotlardan sonra başladı. Burada əsas məsələ boykot edilən sosial şəbəkənin əhatə dairəsidir. Yəni həmin sosial şəbəkə nümayəndəliyi fəaliyyət göstərdiyi ölkənin internet seqmentini və ya həmin platformadakı payını nəzərə alaraq razılaşmaya gedir. Təbii ki, burada sosial şəbəkənin hansı səbəblə boykot edilməsi də önəmlidir. Məsələn, hansısa terror qruplaşmasını dəstəkləyən fəaliyyət yaxud zorakılıq, istismar kimi hallar olubsa, təbii ki, bu, həmin platformanın da imicini aşağı salır. Amma ən əsası, burada boykot edən ölkənin bu şəbəkəyə qazandırdığı pulun miqdarıdır. Boykot edən ölkədə istifadəçi sayı çoxdursa və daha çox qazandırırsa, bu zaman razılaşmaya gedə bilirlər".

Kütlə haradadırsa, şirkətlər də reklamı oraya verir

Mütəxəssis təsdiqləyir ki, bu gün sosial şəbəkələr biznes mühitinə çox böyük rəqibdir və sosial platformalar yerli biznesi vurur: "Bu təbii prosesdir. Bu gün dünyada beynəlxalq platformalar bir çox yerli biznesləri öldürür. Bu, İnformasiya Texnologiyaları sahəsində daha çox hiss olunur. Bu gün sosial media da ölkə daxilində olan media şirkətlərinin qarşısında böyük rəqibdir. Bu, dövrün tələbidir. Kütlə haradadırsa, şirkətlər də reklamı oraya verir".

"Biz o sosial şəbəkələrə böyük pullar qazandırmırıq"

"Biz boykot edə bilərikmi?" sualında gəldikdə isə, AİKTSA sədri vurğulayır ki, Azərbaycan internet seqmenti olaraq çox kiçikdir: "Bu kiçik internet seqmenti ilə biz o sosial şəbəkələrə böyük pullar qazandırmırıq. Buna görə də ölkəmizin hər hansı etirazda üstünlük əldə edə bilməsi çətindir. Amma beynəlxalq hüquq müstəvisində biz tələblər irəli sürüb, qalib gələ bilərik. Yəni biz 100 milyonluq ölkə olmadığımız üçün ancaq hüquq müstəvisində bu nümayəndəliklərə etirazımızı bildirə, razılıq əldə edə bilərik. Bu platformalara kim daha çox qazandırırsa, söz haqqı daha çoxdur".

Gəlirlərdən Azərbaycana vergi verilməlidir

Sosial media eksperti Fərid Kazımov isə vurğulayır ki, hazırda ölkədə virtual məkanda reklam bazarının tənzimlənməsinə ciddi ehtiyac var: "Bu gün sosial şəbəkələr reklam yerləşdirdiklərinə görə, ölkəmizdə ödənişlər etmirlər. Bu, reallıqdır. Burada məsuliyyət reklam verənlərin üzərinə düşür. Yəni Azərbaycan şirkətləri hər hansısa reklam verərlərsə, onlar müəyyən ƏDV və sair ödənişləri ödəyirlər. Əslində isə bu vergilər reklamların yerləşdirildiyi resursların məxsus olduğu şirkətlər tərəfindən ödənilməlidir. Yəni Azərbaycandan əldə olunan gəlirlərdən Azərbaycana vergi verilməlidir. Dünya ölkələrində bu cür təcrübə var. Bu kimi məsələlər artıq ölkə ərazisində tənzimlənməlidir".

Qaydalar müəyyənləşdirilməlidir

Mütəxəssis hesab edir ki, sosial şəbəkələrin ölkə ərazisində fəaliyyəti ilə bağlı ciddi addımlar atılmalıdır: "Bəzi sosial şəbəkələr avtoritar qaydalardan istifadə edərək paylaşımlara öz maraqlarına uyğun yanaşırlar. Məsələn, hər hansı aktual məsələlər gündəm olur, sosial şəbəkə rəhbərliyi öz maraqlarına uyğun olmayan fikirləri əngəlləyir, hətta hesablar silinir. Bu yaxınlarda olimpiadada testesteronu çox olan idmançı qadınların iştirakı ilə bağlı neqativ postlar pozulmuş, postları yazan hesablar blok edilmişdi. Bizə qarşı da bəzi laqeydliklər var. Bəzi sosial şəbəkələrdə Azərbaycanın mövqeyinin əleyhinə kifayət qədər resurslar yerləşdirilir, Azərbaycana qarşı tamamilə heç bir normalara sığmayan ittihamlar irəli sürülür. Bu hesabların heç biri blok olunmur. Zənnimcə, bununla bağlı reaksiya verilməlidir. Sosial şəbəkələrin Azərbaycanda fəaliyyəti ilə bağlı qaydalar müəyyənləşməli, müəyyən addımlar atılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 783   Tarix: 08 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar

22 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Bir fincan qəhvədə gizlənən sirr - ARAŞDIRMA

Qəhvənin insan orqanizmi üçün əvvəllər düşünüldüyündən daha çox faydası ola bilər. Alimlər müəyyən ediblər ki, kofein hüceyrələrin qədim müdafiə mexanizmlərini aktivləşdirə bilir. xarici mediaya istinadən xəbər verir ki, qəhvə hüceyrələrin sağ qalmasına kömək edən əsas mexanizmlərdən birini işə sal

21 sentyabr
.

Bina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO

Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid

18 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Toyda bəy özündən çıxdı: Tortu YERƏ ÇIRPDI - VİDEO

Toy mərasimində baş verən gözlənilməz hadisə sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. xəbər verir ki, görüntülərdə tort kəsimi zamanı bəy və gəlin arasında gərgin anların yaşandığı görünür. İddiaya görə, gəlinin hərəkətindən əsəbiləşən gənc oğlan özündən çıxaraq toy tortunu yerə çırpıb. Hadis

19 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr