"Ermənilər atamgili teatrın binasına salıb..." - "Bizim Cəbiş müəllim"in qızı

"Ermənilər atamgili teatrın binasına salıb..." - "Bizim Cəbiş müəllim"in qızı"Atam zəngin və tanınmış tacirin oğlu olub. Ailədə 3 uşaq - iki qardaş, bir bacı imişlər. Onların Qız qalasının yanında 3 mərtəbəli evi olub. Həmin ev indi də durur. Balaca olanda atam həmişə əlimdən tutub ora aparardı, deyirdi, uşaqlığı orada keçib. Onların hətta nökərləri də olub".

Publika.az xəbər verir ki, bunu "Musavat.com"a açıqlamasında "Bizim Cəbiş müəllim" filmində "Cəbiş müəllim" obrazını yaradan - Xalq artisti Süleyman Ələsgərovun qızı Sevil Ələsgərova deyib.

O bildirib ki, babasının "tarqovı" adlanan ərazidə dükanları olub. Lakin 1918-ci ilin mart soyqırımı zamanı ermənilər Bakıya hücum edib evlərini dağıdıblar.

"Ermənilər nənəmi təpiklə döyüblər. Təsəvvür edin, digər Bakı əhli ilə birlikdə nənəmi, atamı, əmimi və bibimi Dövlət Akademik Opera və Balet Teatrına salıb, qapılarını bağlayıblar. Orada onları yandırmaq istəyirmişlər. Atam deyirdi ki, ağlamaq, qışqırıq səsindən qulaq tutularmış. O zaman onun 5 yaşı olub. Amma hər şey yaddaşında qalıb.

Sonradan Bakıya daxil olan türk ordusu atamgili ölümdən xilas edib.

Sovet hökuməti qurulandan sonra isə babamın bütün mülkini əlindən alıblar və atamgili çölə atıblar. Gəncliyində atam, əmim və bibim çox əziyyət çəkiblər. Süleyman bəy sənədlərini tibb sahəsinə veribmiş. Lakin imkansızlıqdan yarımçıq buraxıb, gedib işləyib.

Bir dəfə küçədə gedərkən rəhmətlik aktyorumuz Əliağa Ağayevə rast gəlib. Onlar uşaqlıqdan dost idilər. Pioner düşərgəsində bir yerdə olmuşdular.

Atam ona imkansızlıqdan institutu buraxdığını deyib. Əliağa əmi ona teatrda işləməyi təklif edib. Əliağa əmi onu teatra aparıb, istedadını yoxlayıblar və bəyəniblər, beləliklə, müsabiqədən keçib. O vaxtdan taleyi teatrla bağlı olub".

Qeyd edək ki, Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci ildə Bakıda anadan olub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.

Tamaşaçıların "Bizim Cəbiş müəllim" filmindən yaxşı tanıdığı Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrının veteranlarından sayılır. Belə ki, aktyor bu sənət ocağında fasiləsiz olaraq 63 il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. 83 yaşında da səhnədə canlı, dinamik və təravətli görünüb. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.

Xalq artisti Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da vəfat edib.
"Ermənilər atamgili teatrın binasına salıb..." - "Bizim Cəbiş müəllim"in qızı"Ermənilər atamgili teatrın binasına salıb..." - "Bizim Cəbiş müəllim"in qızı"Ermənilər atamgili teatrın binasına salıb..." - "Bizim Cəbiş müəllim"in qızı


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1162   Tarix: 09 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

Musiqi insanları niyə yeniyetməlik illərinə qaytarır? - Alimlər səbəbini araşdırıb

Musiqi dinləmək insanlarda keçmişə, xüsusilə də yeniyetməlik dövrünə aid xatirələri canlandıra bilər. Yeni araşdırma göstərib ki, eyni janr və dövrə aid mahnılar fərqli insanlarda oxşar xatirələr oyadır. xəbər verir ki, bu nəticə ABŞ-ın Prinston Universitetinin alimlərinin apardığı tədqiqatda ortay

18 noyabr
.

Kərə yağını kimlər yeməməlidir? - Sağlamlıq problemi olanlar üçün vacib xəbərdarlıq

Kərə yağı gündəlik qidalanmada geniş istifadə olunsa da, hər kəs üçün eyni dərəcədə uyğun deyil. Süd zülalına allergiyası, yüksək xolesterini və ürək-damar xəstəlikləri olan şəxslər bu məhsulun istifadəsinə xüsusi diqqət yetirməlidirlər. Kərə yağında doymuş yağların miqdarı yüksəkdir. Onların həddində

14 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Rent a car üçün ən çox seçilən avtomobillər hansıdır?

Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca

17 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Evdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?

Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları

15 noyabr