Rusiyada hər kəs azərbaycanlı qəhrəmandan danışır: 30 nəfəri necə xilas edib? (FOTO)

Rusiyada hər kəs azərbaycanlı qəhrəmandan danışır: 30 nəfəri necə xilas edib? (FOTO)Sentyabrın 3-də Rusiyanın paytaxtı Moskvada Andrey Stenin adına X Beynəlxalq Fotojurnalistika Müsabiqəsi başa çatıb. Fotojurnalist Aleksandr Oşçepkovun "Uşaqlar qorxur, amma mən özüm atayam" fotosu "Portret. Dövrümüzün Qəhrəmanı" kateqoriyasında birinci yeri tutub.

Musavat.com xəbər verir ki, bu barədə ngs.ru məlumat yayıb. Aleksandr müsabiqəyə Novosibirsk şəhərinin Leninski rayonu Petropavlovskaya küçəsindəki istilik magistralında baş verən partlayış zamanı 20-si məktəbli olmaqla 30-a yaxın insanın həyatını xilas etməsi ilə yaddaşlarda qalan həmyerlimiz Rza Rzayevin hadisə yerindən fotosunu təqdim edib. O bildirib ki, kommunal qəza zamanı Rzanı təsadüfən görüb.

"Qaynar sudan keçərkən diqqətimi işıqforları yandıran yol polisi maşını, yanında isə uşaqları, qadınları xilas edən Rza çəkdi. Mən onun bir neçə fotosunu çəkdim", -deyə fotoqraf bildirib.

Musavat.com-un əməkdaşı Novosibirskdə hər kəsin "Xalq qəhrəmanı" adlandırdığı Rza Rzayevlə söhbətləşib. Həmyerlimiz 1979-cu ildə Göyçay rayonunun Çərəcə kəndində anadan olub. Ailəlidir və iki qız övladı var. 2010-cu ildə işləmək üçün Novosibirskə köçüb. Orada fəhlə işləyir.

"Hadisənin baş verdiyi yer bizim evdən çox da uzaqda deyildi. Partlayış nəticəsində qaynar su 6-7-ci mərtəbədən də yüksəyə qalxırdı. Bu, Novosbirskdə ikinci hadisə idi. Suyun təzyiqi elə güclü idi ki, "Land Cruiser" maşınlarını qaldırıb çevirirdi. Suyun hərarəti 100 dərəcə olardı. 14 nəfər yanıq xəsarəti ilə xəstəxanaya aparılmışdı.

İşdən gəlirdim, polislər yolları kəsmişdi, həmin əraziyə heç kimi buraxmırdılar. Göz-gözü görmürdü. Telefonun işığını yandırdım. Yaxınlıqdakılardan nə baş verdiyini soruşdum. Bu dəm ikinci partlayış oldu. Gözlərimə inanmadım.

Partlayış yerinin yaxınlığında məktəb yerləşir. Həmin məktəbdə mənim qızlarım da oxuyublar. Uşaqlar qorxub qışqırırdılar ki, "kömək edin, Allah xatirinə". Ruslar var idi ki, baxıb keçirdilər, qorxurdular, girmirdilər. O yol kanala çevrilmişdi. Adam baxanda belə vahimələnirdi. İsti su o qədər sürətlə fontan vururdu ki...

Mən taxtaları yola düzüb körpü düzəltmək istədim. Birinci cəhdimdə alınmadı. Su taxtanı vurub apardı. Böyürdə balaca bazar var. Oradan yenə taxta gətirib, keçid düzəltdim və birinci uşağı götürüb, keçdim. İkincini xilas etmək üçün addımlayanda ayağımın suda yandığını hiss etdim. Həyatımı riskə atıb onları xilas edirdim. Çünki gözümün qabağına balalarım gəldi. Uşaq sevən adamam. Havada 30 dərəcə şaxta var idi. Çıxdım qırağa ki, ayağım soyusun, yenidən suya girim... Növbəti məktəblini qucağıma götürdüm, anasına dedim ki, qorxmayın indi hamını xilas edəcəyəm.

Beləliklə düzəltdiyim körpüyə bənzər taxtalar vasitəsi ilə 20-dən çox uşağı xilas etdim. Həmin an sanki Allah mənə güc verdi. Çox təhlükəli idi. Ayağım bir az büdrəsəydi, suya düşüb yanacaqdım.

Həmin vaxt heç özümün də xəbərim olmadan jurnalistlər şəkillərimi çəkiblər. Saat yarımdan çox mən orada oldum. Ümumilikdə isə 30-dan çox insanı xilas etdim. Deyirdim, ay Allah, sən mənə özün güc ver, bu uşaqlara heç nə olmasın. Məndən nə üçün belə fədakarlıq etdiyimi soruşurdular. Cavabımda "çujix detey ne bıvaet"(Yad uşaq olmur) deyirdim. Hadisə yadıma düşəndə indi də ürpənirəm".

Rza Rzayev deyir ki, hadisə zamanı onun özü də xəsarət alıb, ayağı yanıb:

"İnsanlara kömək edəndən sonra evə gəldim. Soyuqdan titrəyirdim, suyun içindəydim. Şalvarım əynimdə donmuşdu. Dostum Nicat gəlib məni evinə apardı. Orada geyimlərimi qurutduq və səhəri günü işə getdim. Allah elə etdi ki, heç xəstələnmədim də. Axşam isə Jenya adlı tanış rus zəng edib dedi ki, xilas etdiyim anın fotoları bütün internetdə yayılıb və saytlar məni axtarır.

İki saat ərzində mənim adıma 71 min 524 rubl pul yığılmışdı. Həmin pulu Novosbirskdə əlil uşaqlar üçün olan bağçanın hesabına yolladım.

Həmin fotonu 3 gün bundan əvvəl jurnalist Anna Skok bizə gəlib müsahibə edəndə hədiyyə etdilər. Bu, dünya rekordudur. Çox sevindim. Belə bir şeyi gözləmirdim. Hətta Novosibirskin daxili işlər naziri də zəng edib mənə təşəkkür etdi.

Məni tədbirə dəvət edib "Xalq mükafatı" verdilər. Rusiyanın tanınmış adamlarından, məmurlarından, qubernatorlarından, prokurorlardan ibarət 1800 nəfərin qatıldığı tədbir idi. Qəhrəmanlıq edən şəxsləri ora dəvət edirlər. Hətta həmin tədbirdə mənə sürpriz olaraq ailəmdən alınmış müsahibəni də təqdim etdilər. Hamı ayağa qalxıb alqışladı. Orada çox güclü sponsorlar var idi. Mən orada suşi təqdim edən sponsoru seçdim. Bu ilin sonuna kimi hər ay mənə pulsuz suşi gətirirlər.

Mənə bildiriblər ki, vətəndaşlıq verəcəklər. Qızlarımın istədiyim gimnaziyada təhsil almasına şərait yaratdılar. Üç gün bundan öncə AZAL-ın prezidenti nömrəmi axtarıb. Dedilər ki, mənə zəng edəcək və mükafatlandıracaq".
Rusiyada hər kəs azərbaycanlı qəhrəmandan danışır: 30 nəfəri necə xilas edib? (FOTO)Rusiyada hər kəs azərbaycanlı qəhrəmandan danışır: 30 nəfəri necə xilas edib? (FOTO)Rusiyada hər kəs azərbaycanlı qəhrəmandan danışır: 30 nəfəri necə xilas edib? (FOTO)Rusiyada hər kəs azərbaycanlı qəhrəmandan danışır: 30 nəfəri necə xilas edib? (FOTO)Rusiyada hər kəs azərbaycanlı qəhrəmandan danışır: 30 nəfəri necə xilas edib? (FOTO)


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2015   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr
.

Saatda eyni rəqəmlər niyə gözümüzə dəyir? - Səbəbi açıqlandı

11:11-də arzu tuturuq, 13:13-ü görəndə ehtiyatlanırıq, 17:17 isə bəzilərinə kainatın hansısa mesaj verdiyini düşündürür. Bəs təsadüfi rəqəm uyğunluqlarında taleyin işarəsi axtarmağımızın səbəbi nədir və bu, psixoloji baxımdan nə dərəcədə normaldır?. xarici mediaya istinadla xəbər verir ki, psixologiy

20 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO

Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem

18 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr