İlin ən acgöz ayısı rekordu ilə elm adamlarını təəccübləndirdi

İlin ən acgöz ayısı rekordu ilə elm adamlarını təəccübləndirdiAlyaskada maraqlı və əyləncəli müsabiqə keçirilir. Belə ki, qoruğun ən kök ayısı seçilir. Builki müsabiqədə qələbəyə əsas namizəd öz nəhəng ölçüləri və inanılmaz iştahası ilə hamını təəccübləndirən Çank adı verilən ayı olub.

Oxu.Az-ın news.ru-ya istinadla verdiyi məlumata görə, "Kök ayı həftəsi" adlanan yarış Katmay Milli Parkında həyata keçirilir.

Bildirilir ki, Çank hazırda 544 kiloqramdır. O, uzun qış yuxusuna hazırlaşaraq aktiv şəkildə çəki yığmağa davam edir. Müqayisə üçün deyək ki, yetkin boz ayının orta çəkisi təxminən 180-360 kq-dır.

Məlumata görə, müşahidə günlərinin birində Çank cəmi 10.5 saatlıq balıq ovu ərzində 45 qızıl balıq yeyərək şəxsi rekordunu qırıb. Bu, gündə 135 min kilokalori qəbul etməyə bərabərdir.

Belə kalorili "nahar" Çanka sürətlə piy ehtiyatı toplamağa imkan verir ki, bu da ona sərt Alyaska qışını keçirməyə kömək edəcək.

Qeyd edək ki, Alyaskadakı boz ayılar yay-payız dövründə bədən çəkilərini 30%-ə qədər artırırlar. Bu, çaylarda qızıl balığın bol olduğu dövrdür və ayılar asanlıqla balıq tuta və qış yuxusunun uzun ayları üçün enerji ehtiyatı toplaya bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 996   Tarix: 10 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Uzak Şehir"dən gedir

Türkiyədə yayımlanan "Uzak Şehir" serialında mövsüm finalına yaxın yeni ayrılıqlar gündəmə gəlib. xarici mediaya istinadən xəbər verir ki, serialda "Şahin Albora" obrazını canlandıran Alper Çankaya mövsüm finalı ilə birlikdə layihədən ayrılacaq. İddia olunur ki, aktyorun ayrılığ

8 may
.

Nevroloq beyin sağlamlığı üçün ən əlçatan üsulu açıqladı

"Xarici dillərin öyrənilməsi beyin sağlamlığını qorumağın ən əlçatan yollarından biridir". xəbər verir ki, bu barədə nevroloq Qalina Çudinskaya -ya açıqlamasında bildirib. Həkim izah edib ki, insan beyni plastikdir: yüklənmə təsiri altında o, idman zalında məşq edən əzələlər kimi fiziki olara

4 may
.

Ata və oğul arasında bıçaqlı dava: hər ikisi yaralandı - VİDEO

Türkiyənin Nevşehir şəhərində ata ilə oğul arasında baş verən mübahisə qanlı insidentlə nəticələnib. xarici mediaya istinadən xəbər verir ki, olay şəhərin 200 Evler məhəlləsində qeydə alınıb. İddialara əsasən, B.B. ilə atası Y.B. arasında yaşadıqları binanın girişində naməlum səbəbdən mübahisə yaranıb

4 may
.

Acqarına məşq edənlərin nəzərinə: Hansı hallarda qidalanmaq mütləqdir?

Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir. xəbər verir ki, bu barədə fitnes təlimçisi İrina Maltseva " portalın

6 may
.

Zəkanın yalnız anadan keçməsi mifi: Genetiklər nə deyirlər?

İntellektin əsasən anadan irsən keçməsi barədə yayılan fikirlər həqiqəti əks etdirmir. xəbər verir ki, bu barədə " nəşrinə Göttingen və Sibir Federal universitetlərinin professoru, Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı tədqiqatçısı, rusiyalı genetik Konstantin Krutovsk

6 may
.

Məşhur futbolçu məşqlərə səccadə ilə qatıldı

Məşhur futbolçu Kenan Yıldızın məşqlərə və oyunlara səccadə ilə qatılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xarici mediaya istinadən xəbər verir ki, gənc futbolçunun səccadə ilə klubun bazasına daxil olduğu anlar qısa müddətdə yayılaraq azarkeşlərin diqqətini çəkib. Onun bu davranış

6 may
.

Britaniyada əməliyyat zamanı iki dəfə ürəyi dayanan qadın xilas edildi

Böyük Britaniyada adi laparoskopik əməliyyat zamanı ürəyi iki dəfə dayanan gənc qadının həyatını xilas etmək mümkün olub. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. 28 yaşlı müəllimə əməliyyatdan sonra reanimasiya şöbəsində ayılıb. Məlum olub ki, narkoza (anesteziya) allergiyas

6 may
.

Çində üç ay komada olan qadın toyuna iki gün qalmış ayıldı

Çində komaya düşən qadın toyuna iki gün qalmış ayılıb. xarici mediaya istinadən xəbər verir ki, Çin sakini nişanlısı ilə altı ildir münasibətdə olub və cütlüyün toyu aprelin 25-nə təyin edilib. 2026-cı ilin əvvəlində boğazında ağrı hiss edən qadın yerli klinikaya müraciət edib və orada ona iynə vurulub

5 may
.

Evinin balkonundan pizza satmağa başlayan kişi 90 dəqiqəyə 70 sifariş aldı - VİDEO

Oslo şəhərində yaşayan bir kişinin qeyri-adi biznes ideyası qısa müddətdə böyük maraq doğurub. xarici mediaya istinadən xəbər verir ki, kişi evinin balkonunda hazırladığı pizzaları xüsusi qurğu vasitəsilə aşağı endirərək müştərilərə çatdırıb. Məlumata görə, sahibkar bu fərqli üsulla cəmi 90 dəqiqə ərzind

6 may