O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular...

O müstəntiqlər lazımi ifadələr almaq üçün təqsirləndirilənlərə necə işgəncə verdiklərini etiraf etməyə məcbur oldular..."İstintaq dövründə işgəncələr nəticəsində ondan alınan ifadələrə görə guya təqsirləndirilənin təmsil olunduğu əks-inqilabçı millətçi təşkilat sovet hakimiyyətinə qarşı erməni millətçi təşkilatı ilə sıx əlaqə saxlamışdı...

Bundan başqa, o, ifadəsində guya əks-inqilabçı millətçi praktik fəaliyyətlə məşğul olaraq Nəzərli və S.Vurğunu bu təşkilata cəlb etmişdi..."

"Bu gün repressiya, işgəncə dünya miqyaslı bir problemə çevrilib. Məhz buna görə də BMT hər il iyunun 26-nı "Beynəlxalq İşgəncə Qurbanlarının Müdafiə günü" kimi qəbul edib. İnsanların "əks-inqilabçı", "trotskiçi", "casus","millətçi", "üsyançı" kimi müxtəlif ittihamlarla kütləvi şəkildə öldürülməsi Stalin, Beriya və onların ətrafındakıların bütün SSRİ-də həyata keçirdikləri dəhşətli bir siyasət olmuşdur. SSRİ-də 1 milyon 575 min 259 adam həbs olunmuşdur. Bunlardan 173 min 382 nəfəri guya "əks-inqilabçı" iş apardığına görə cəzaya məruz qalmış, 1 milyon 344 min 923 nəfər məhkum edilmiş, 681 min 692 nəfər isə güllələnmişdir...

Azərbaycan da bu prosesdən kənarda qalmamışdı. Başında "Ellər atası" Stalinin və Beriyanın durduğu, Bağırov, Borşov, Yemelyanov, Qriqoryan, Markaryan və başqalarının Vətənimizdə həyata keçirdiyi cinayətkar əməllər və qanlı repressiya nəticəsində on minlərlə insana divan tutulub, işgəncə verilib. Düşünülmüş sürətdə həyata keçirilən bu dəhşətli proses xalqımızı əksəriyyəti millətin intellektual sərvəti olan parlaq simalardan, ümumiyyətlə, bütöv bir nəsildən məhrum etmişdi. Bu həm də millətin on illərlə formalaşan genefondunun məhvi, nəsillər arasında əlaqələrin kəsilməsi idi".

Oxuduğunuz sətirlər bu yaxınlarda tanınmış tarixçi alimlər Boran Əziz və Vaqif Əmiraslanovun müəllifliyi ilə "Çapar yayınları" nəşriyyatında işıq üzü görmüş "Bakı Dövlət Universitetinin Repressiyaya Məruz Qalmış Müəllim və Tələbələri (1937-1940)" adlı həm tarixçilər, mütəxəssislər, tələbələr, həm də kütləvi oxucu üçün dəyərli olan bir əsərə yazılmış "Ön söz"dəndir...

Moderator.az aktuallığını və qarşıdan BDU-nun və onun Tarix fakültəsinin yaranmasının 105 illiyinin gəlməsini nəzərə alaraq həmin kitabın ən maraqlı, xüsusi ictimai əhəmiyyətli epizodlarını ixtisarlarla dəyərli oxucuların diqqətinə çatdırmağı qərara alır. Materialın bu hissəsində kitabın "Repressiya olunmuş rektorlar və digər rəhbərlər" bölməsində 1935-1937-ci illərdə BDU-nun rektoru olmuş Balabəy Həsənbəyovun saxta ittihamlarla şərlənərək "əks-inqilabçı" kimi istintaqa cəlb edilməsi zamanı başına gətirilənlərdən və sonda güllələnməsi haqda istintaq materiallarının ən əsas və maraqlı hissələri ilə tanış ola biləcəksiniz.

"Repressiya olunmuş rektorlar və digər rəhbərlər...

I.4.Məmmədkazım Ələkbər oğlu Ələkbərli

1934-cü ildə Bakı Dövlət Universiteti bərpa edildikdən sonra onun ilk rektoru vəzifəsinə 29 yaşlı Qırmızı Professorlar İnstitutunu yenicə bitirmiş M.Ələkbərli təyin edilmişdir. O, bu vəzifədə 1935-ci ilə qədər işləmişdir.

1905-ci ildə qədim torpaqlarımızdan olan Dərbənd şəhərində doğulmuş M.Ələkbərli Azərb.SSR XDİK DTİ-nin müstəntiqi, DT-nin leytenantı Qriqoryanın tərtib etdiyi saxta, qurama olan ittiham aktı əsasında 1937-ci il avqust ayının 6-da "...sovet hakimiyyətinə qarşı silahlı üsyan hazırlığından xəbərdar olan, ÜİK(b)P və sovet hökumətinin rəhbərlərinə qarşı terror mövqeyində dayanan burjua-millətçi təşkilatın fəal üzvü" kimi həbs olunmuşdur. Ancaq nədənsə cinayət işinin I cildində onun həbs tarixi 1937-ci ilin iyul ayı göstərilmişdir.

Qeyd edək ki, Məmmədkazım müəllim Mikayıl Müşviqi "Müsavat" gənclər təşkilatına cəlb etməkdə də ittiham edilmişdir.

Müstəntiq Qriqoryanın həbs haqqındakı qərarı XDİK DTİ-nin idarə rəisi, DT mayoru Gerasimov tərəfindən təsdiq edilmişdir. 978 No-li order əsasında həbs olunmuş M.Ələkbərlinin evində axtarış aparılmış və istintaq üçün əhəmiyyətli heç nə tapılmamışdır.

Onu da bildirək ki, 1935-1936-cı illərdə Azərbaycan Yazıçılar İttifaqının sədri olmuş bu tanınmış ziyalının cinayət işi iki cilddən ibarətdir.

Partiya arxivindən verilən arayışda göstərilir ki, M.Ələkbərli əvvəllər kənd təsərrüfatında muzdur, 1921-1924-cü illərdə Xalq Təhsil Şöbəsində müəllim, 1924-1927-ci illərdə Ali Pedaqoji İnstitutun tələbəsi, 1927-1931-ci illərdə Gəncə Xalq Təhsil M.Ələkbərlinin repressiyası haqqında əvvəllər yazılmış əsərlərə arxiv materialları
əsasında müəyyən əlavələr edilmiş, dəqiqləşdirmələr aparılmışdır. Şöbəsinin müdiri, 1931-1934-cü illərdə Qırmızı Professorlar İnstitutunda dinləyici, qəzet redaktoru olmuşdur.

Maraqlıdır ki, bu arayışda onun 1931-1934-cü illərdə təhsil aldığı Qırmızı Professorlar İnstitutunun adı çəkilməmiş, sadəcə dinləyici sözü qeyd edilmişdir.

M.Ələkbərli rektorluqdan azad olunduqdan sonra 1935-1937-ci illərdə əvvəlcə "Vışka" qəzetində redaktor, bir qədər sonra, az müddətdə olsa da, Azərbaycan Partiya Nəşriyyatının direktoru vəzifəsində işləmişdir. O,1934-cü ilin iyulundan Yazıçılar İttifaqının sədri olmuşdur.

Məmmədkazım müəllimin tərcümeyi-halında diqqəti cəlb edən məqamlardan biri, onun bir vəzifədə uzun müddət çalışmasına imkan verilməməsidir. Bir zamanlar M.C.Bağırovun yaxın adamlarından olan bu tanınmış sovet alimi, ziyalısı öz ağlı, bacarığı, istedadı ilə həyatın ən ağır sınaqlarından keçə bilsə də, repressiyadan yaxasını qurtara bilmədi. İstintaq dövründə işgəncələr nəticəsində ondan alınan ifadələrə görə guya təqsirləndirilənin təmsil olunduğu əks-inqilabçı millətçi təşkilat sovet hakimiyyətinə qarşı erməni millətçi təşkilatı ilə sıx əlaqə saxlamışdı.

Bundan başqa, o, ifadəsində guya əks-inqilabçı millətçi praktik fəaliyyətlə məşğul olaraq Nəzərli və S.Vurğunu bu təşkilata cəlb etmişdi. Belə ifadələri alarkən təqsirləndirilənlərə necə və hansı formada işgəncə verdiklərini 50-ci illərdə etiraf etməyə məcbur olmuş müstəntiqlərin bu cilddə olan ifadələri də ibrətamiz və
diqqət çəkəndir.

21 yaşında Kommunist Partiyasının üzvü və BDU-da fəlsəfə kafedrasının müdiri, 29 yaşında BDU-nun rektoru olmuş, marksizm-leninizm metodologiyasına, konsepsiyasına əsaslansa da, "İdealizm və yaxud yeni fəlsəfə", "Yeni əlifba və orfoqrafiya", "Azərbaycan ədəbiyyatı" kimi əsərlərin müəllifi olan bu istedadlı alimin, ədəbiyyatçının əzablı istintaqı 5 oktyabr 1937-ci ildə yekunlaşmışdır. Müstəntiqin ittiham aktını Az.SSR XDİ Komissarı, 3-cü dərəcəli Dövlət Komissarı Sumbatov-Topuridze təsdiq etmişdir.

11 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının (Bundan sonra AM HK-B.Əziz) hazırlıq iclası keçirilmişdir. Qərara görə məhkəmə vəkilsiz, şahidsiz və qapalı keçirilməli idi. Məmmədkazım müəllim cm-nin 64, 70, 72, 73-cü maddələri ilə təqsirli bilinmişdir.

SSRİ Ali Məhkəməsinin Səyyar Sessiayasının 12 oktyabr 1937-ci ildə qapalı keçirilən iclasında M.Ələkbərli əmlakı müsadirə edilməklə ən ağır cəzaya - güllələnməyə məhkum edilmişdir. Ağır cəza ertəsi gün, 13 oktyabr 1937-ci ildə yerinə yetirilmişdir. Bu barədə cinayət işinin materialı içərisində akt vardır. 16 fevral 1956-cı ildə SSRİ AM HK edilən şikayətlər əsasında yenidən hərtərəfli, geniş araşdırma əsasında tərtib edilmiş arayışa əsaslanaraq M.Ələkbərlinin işinə yenidən baxaraq məhkəmənin 12 oktyabr 1937-ci il qərarını əsassız hesab edərək onu ləğv etmişdir. SSRİ Ali Məhkəməsinin 7 aprel 1956-cı il tarixli iclasında bu qərar təsdiq edilərək Məmmədkazım müəllimə bəraət verilməsini təsdiq etmişdir..."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1436   Tarix: 11 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda həftəsonu İSTİRAHƏT GÜNLƏRİ DƏYİŞƏCƏK

Azərbaycanda əksər iş yerlərində şənbə və bazar günləri istirahət günləri hesab edilsə də, xidmət sektorunda məhz həftəsonu tələbatın pik həddə çatması bu sahədə iş rejiminə fərqli yanaşmanı gündəmə gətirir. Mövzu ilə bağlı -a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musaye

27 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

MƏRHUMUN BANK KREDİTİ ailənin boynuna qalır? - AÇIQLAMA

Vərəsəlik zamanı mirasın bölüşdürülməsi ilə yanaşı, mərhumun üzərinə götürdüyü maliyyə öhdəlikləri də gündəmə gəlir. Bank kreditləri, fiziki şəxslərə olan borclar və digər öhdəliklərin vərəsələrə hansı hallarda keçməsi isə cəmiyyətdə suallar doğurur. Xüsusilə mirası qəbul edən şəxslərin mərhumun borcların

27 sentyabr
.

Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR

Ailə cəmiyyətin əsas özəyidir və hər bir vətəndaşın ailə qurmaq hüququ konstitusiya ilə təsbit olunub. "Yeni Sabah"a istinadən xəbər verir ki, lakin bu hüquq mütləq xarakter daşımır - dövlət həm tərəflərin, həm də gələcək nəsillərin maraqlarını, fiziki və psixi sağlamlığını qorumaq məqsədil

27 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Latviyada 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib

25 sentyabr 2026-cı il tarixində Azərbaycanın Latviyadakı Səfirliyində 27 sentyabr - Anım Gününün altıncı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində dövlət himni səsləndirilib və ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəs

26 sentyabr
.

Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?

Pensiyaların artması hər il cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir. Çünki burada söhbət yalnız dövlətin sosial xərclərinin artmasından və ya orta pensiyanın nominal məbləğinin yüksəlməsindən getmir. Əsas məsələ pensiyaçının əlində qalan vəsaitin gündəlik həyatında rea

26 sentyabr
.

Tarixi hadisələr və milli yaddaş

2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar Cənubi Qafqazın siyasi və təhlükəsizlik reallıqlarını dəyişdirən hadisələrdən biri oldu. Azərbaycan cəmiyyətində "Vətən müharibəsi" adlandırılan 44 günlük müharibə noyabrın 10-da hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanatl

26 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr