Şirvanda evdə partlayış - Ağır yaralı var+Video
Gecə saatlarında Şirvan şəhərində mənzildə partlayış baş verib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə şəhərin Elşad Əzimov küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb.
Partlayış zamanı Şirvan sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı müxtəlif dərəcəli termik yanıq xəsarətləri və yanıq şoku diaqnozu ilə ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Daha sonra vəziyyəti ağır olduğu üçün paytaxtdakı Yanıq Mərkəzinə təxliyə olunub.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla müşaiyət olunmayan partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib.
Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb və 1 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 399 Tarix: 30 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Füzulidə 15 yaşlı oğlan kanalda boğuldu
Füzuli rayonunda yeniyetmə oğlan kanalda boğulub. -ın məlumatına görə, hadisə iyunun 19-da günorta saatlarında rayonun keçmiş məcburi köçkünlər üçün salınmış Qayıdış-9 qəsəbəsində baş verib. Qəsəbə sakini 2011-ci il təvəllüdlü F.Hüseynov yaxınlıqdakı su kanalında çimərkən boğulub. Faktla bağlı araşdırm
20 iyunAzərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır
Bu gün ölkəmizdə ən qürurverici, ən əlamətdar günlərdən biridir. Azərbaycanın Silahlı Qüvvələr günüdür. İnanmıram ki, Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız, xüsusilə son illər bu günü bayram kimi qeyd etməsin, bir-birini təbrik etməsin. Milli silahlı qüvvələri
20 iyunYanğın Nyu-Yorkda qədim kilsəni məhv etdi - VİDEO
Nyu-Yorkun (ABŞ) Bruklin rayonunda yerləşən Saut-Buşvik Reformist kilsəsi güclü yanğın nəticəsində tamamilə məhv olub. Hadisə zamanı binanın zəng qülləsi də çöküb, bir yanğınsöndürən yüngül xəsarət alıb. xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. Nyu-York Yanğınsöndürmə İdarəsində
20 iyunABŞ və Qətər İranın dondurulmuş aktivlərindən istifadəsini müzakirə edir
ABŞ Qətərlə birlikdə İranın humanitar mallar almaq üçün dondurulmuş aktivlərinin bir hissəsindən istifadə mexanizmi üzərində işləyir. xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" (WSJ) nəşri mənbələrinə əsaslanaraq yayıb. Məlumata əsasən, ilk mərhələdə rəsmi Tehranın Qətər banklarındak
20 iyunBakıda su PROBLEMİ - Məhdudiyyətin SƏBƏBİ AÇIQLANDI
Bakının Yasamal, Suraxanı, Sabunçu, Nizami rayonlarında sakinlər bir neçə gündür su təchizatında problemlə üzləşdiklərini bildirirlər. Məsələ ilə bağlı -ın sorğusunu cavablandıran İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd olunub ki, mövsüm keçidi ilə əlaqədar su təchizatı sistemində bərp
20 iyunBoliviyada kütləvi iğtişaşlara görə fövqəladə vəziyyət elan edildi
Boliviya Prezidenti Rodriqo Pas ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. xəbər verir ki, bu barədə ölkə rəhbərinin bəyanatına istinadən "Reuters" agentliyi məlumat yayıb. 50 gündür ölkə iqtisadiyyatını iflic vəziyyətinə salan irimiqyaslı nümayişlər və yolların bloklanması səbəbindən bel
20 iyunAzərbaycanda ictimai iaşə dövriyyəsi 6 %-ə yaxın artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 1 milyard 119,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 5,8 % çoxdur. 5 ayda ölkədə özəl sektorda ictimai iaşə dövriyyəsini
20 iyun