Marsda "emoji": Kosmosdan gələn "təbəssüm", yaxud Qırmızı planetin sirlərinin açarı
Avropa Kosmik Agentliyinin (AKA) alimləri Marsda nəhəng emojiyə bənzər qeyri-adi bir formalaşma aşkar ediblər.
Oxu.Az-ın "Geo News"a istinadla verdiyi məlumata görə, şəkil Avropa Kosmik Agentliyinin (AKA) "ExoMars Trace Gas Orbiter" peyki tərəfindən çəkilib. Peykin əsas vəzifəsi Marsda həyat əlamətlərini axtarmaqdır.
Alimlərin sözlərinə görə, bu unikal tapıntı əslində Qırmızı planetin quraq səthindəki xlorid duzu çöküntülərindən ibarətdir. Onlar hesab edirlər ki, bu çöküntülərin təhlili Marsın qədim iqlimi, geologiyası və potensial yaşayış qabiliyyəti haqqında məlumat verə bilər.
"Keçmişdə çaylar, göllər və bəlkə də okeanlar dünyası olan Mars indi bizə 'ExoMars Trace Gas Orbiter" tərəfindən aşkar edilmiş xlorid duzu çöküntülərini göstərir. Belə çöküntülər milyardlarla il əvvəl mövcud olmuş yaşayış zonalarına işarə edə bilər" , - deyə AKA-nın məlumatında bildirilir.
Ehtimallara görə, milyardlarla il əvvəl Marsda çaylar və göllər olub. Onlar fəlakətli soyuma nəticəsində yox olub. Tədqiqatçıların sözlərinə görə, Marsın soyuq dövrü planetin maqnit sahəsini itirməsi və atmosferinin artıq saxlanılmaması ilə başlayıb. Marsın atmosferinin böyük hissəsi buxarlandıqdan sonra, səth suyu da eyni tale ilə qarşılaşıb - ya buxarlanıb, ya da buza çevrilib.
Lakin çox duzlu sular Marsda həyatın son formaları üçün sığınacaq ola bilərdi. Duzun yüksək konsentrasiyası suyun Selsi ilə -40 dərəcəyə qədər maye halında qalmasına imkan verir. Beləliklə, Marsda tapılmış duz yataqları nəinki qədim həyatın qalıqları, həm də dözümlü mikroblar üçün potensial sığınacaq ola bilər.
Mars "emojisinin" kəşfi təkcə maraqlı bir görünüş yaratmır, həm də alimlərə Qırmızı planetin keçmişi haqqında dəyərli məlumat verir. Duz çöküntülərinin daha ətraflı təhlili Marsın iqliminin və geologiyasının təkamülünü daha yaxşı başa düşməyə kömək edəcək və bu sirli planetdə nə vaxtsa həyatın olub-olmadığı sualına cavab verəcək.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1201 Tarix: 11 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrRent a car üçün ən çox seçilən avtomobillər hansıdır?
Sedan, yoxsa krossover icarəyə götürmək istəyirsiniz? Avtomobil seçərkən nələrə diqqət edilməlidir? Rent a car üçün ekonom, sedan, SUV və miniven avtomobillər təklif olunur. Avtomobillər salon genişliyi, yanacaq sərfiyyatı və baqaj həcminə görə fərqlənir. Ekonom sinif rent a car avtomobilləri. Az yanaca
17 noyabrGöbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabr"Alatoranlıq" serial olur
"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"
10 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabr