Arxasızıq, ona görə də Azərbaycanla... - Paşinyan üzgündür
Bu gün dünyada Ermənistanın təhlükəsizliyini təmin edə biləcək heç bir ölkə və ya hərbi blok yoxdur.
Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
Paşinyan hesab edir ki, ümumilikdə proseslərə uzunmüddətli perspektivdən baxmaq lazımdır. "Hazırda qəbul etdiyimiz təhlükəsizlik arxitekturası, əslində, öz effektivliyini sübut edib. Bu məsələni nəzərdən keçirdikdə daha iki qavrayış qütbü yaranır: birincisi, silah, sursat, ordu və sair, ikincisi, xarici mühit, beynəlxalq aləm, dostlar, müttəfiqlər və s. İstəyirəm ki, məsələyə öz prizmamızdan baxaq. Təhlükəsizlik arxitekturamızın effektivliyini sübuta yetirdiyini deyəndə, ilk növbədə özümüzü nəzərdə tuturam. Bizim təhlükəsizlik anlayışımız belə idi ki, bölgədə bütün mümkün istiqamətlərdə, qapalı sərhədlərlə, gərgin münasibətlərlə münaqişələr ola bilər. Arxamızda dayanacaq uzaq və ya o qədər də uzaq olmayan müttəfiqlərimiz olacaq ki, biz bölgədə istənilən tonda danışa bilək.
Bizim ağlımıza gəlmədi ki, müttəfiq müttəfiqdir, dost dostdur, amma bu ölkələrin hər birinin öz marağı var. Bu maraqlar kontekstində əgər doğrudan da erməni faktoru mövcuddursa, bu yer nə birinci dərəcəli, nə ikinci dərəcəli, nə üçüncü, nə də dördüncüdür. Bizim ağlımıza gəlmədi ki, yanaşmamızda konseptual qüsur var. Maraqlara gəlincə, bu ölkələr üçüncü ölkələrlə münasibətlərinə aydınlıq gətirmək üçün ilk növbədə bizdən nə istəyirlər və nə edəcəklər", - Paşinyan bildirib.
O qeyd edib ki, təhlükəsizlikdən danışarkən təkcə silah-sursatdan yox, həm də ətrafınla necə yaşamaq qaydalarından da danışılmalıdır. "Dünyada Ermənistanın təhlükəsizliyini təmin edə biləcək heç bir ölkə və ya hərbi blok yoxdur. Regionda sülh təmin olunarsa, Ermənistanın təhlükəsizliyini Ermənistan Respublikası təmin edə bilər", - Paşinyan qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?