Qayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTO

Qayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTO"Sabahın xeyir. Necəsən? Bizə komanda gəlib, gedirik. Ola bilər ki, mənə zəng çatmasın. Özünüzdən muğayat olun. Sevirəm sizi. Anama bu barədə heç nə demə ha... İmkan olsa, əlaqə yaradacağam. Olmasa, daha bax da... Narahat olmayın".

Şəhid mayor Elxan Nəcəfinin həyat yoldaşı Əsmayəyə yazdığı sonuncu mesaj...

1986-ci ilin yazında Ağdam rayonunun Yusifcanlı kəndində anadan olmuşdu qəhrəmanımız. Evin ilk oğul övladı kimi. Daha sonra iki qardaşı da dünyaya gəlmişdi. 6 yaşında atasını şəhid verən Elxan bir gecədə böyüyüb anasına dayaq, qardaşlarına ata olur...

Sabah isə onun özünün şəhid olmasından bir il ötür. "Qafqazinfo" olaraq "Antiterror əməliyyatı"nın ildönümü ilə əlaqədar Elxanın anası, həyat yoldaşı və qardaşı ilə görüşüb onunla bağlı xatirələrini dinlədik.

Həm şəhid xanımı, həm də şəhid anası olan Afət xanımın danışmağa o qədər sözü var ki: "1984-cü ildə Şükürlə ailə qurduq. Evlilikdən 3 oğlumuz oldu. Yaşayış vəziyyətimiz yaxşı idi. Ta ki, müharibə başlayana qədər. Ağdam rayonu 6 il müharibə şəraitində olub. 1993-cü ilin 2 iyun tarixində, müharibənin şiddətli vaxtlarında, ermənilər Yusifcanlı kəndinə hücum etdilər. Biz bilirdik ki, onlar gəlir, amma o qədər vərdiş olmuşduq ki, artıq qorxmurduq. Lakin onlar bu dəfə tanklarla gəlmişdilər. Yoldaşım Şükür Nəcəfi də kəndin müdafiəsində olanlardan idi. Yoldaşım ermənilərin iriçaplı silahdan açdıqları atəşlə vurulmuşdu, daha sonra üstündən tankla keçərək onu yandırmışdılar. Biz sonra onun yanmış cəsədini tapa bilmişdik. Həyat yoldaşım şəhid olanda 32 yaşı var idi. Üç balaca oğulla qaldım. Onda Elxan məndən xəbərsiz gedib Ağdam məscidində atasının yanmış cəsədini görmüşdü. Elə o vaxtdan uşaq ağlı ilə deyirdi ki, ermənilərdən qisas alacağam".

Rayon işğal olunandan sonra gənc ana uşaqlarını da götürüb rayon-rayon gəzərək Bakının Hövsan qəsəbəsində məskunlaşır. "Üç oğlumla birlikdə çox əziyyətlərdən keçdik", - deyən Afət ana bildirir ki, düz 8 il Bakı Baş Kanalizasiya İdarəsinin binasında yaşayıblar: "Elxan 8-ci sinfə çatanda hərbiyə getmək istədiyini dedi. Ona dəstək oldum. Özünün də, mənim də arzum elə hərb sahəsi idi. Sonralar gec-gec gördüyüm üçün şikayətlənirdim. O da deyirdi ki, "mama, hərbçi olmağımı sən istədin də..." Amma sonra "Yaxşı ki, məni bu şərəfli yola yönəltmisən" sözünü əlavə edirdi.

Elxan Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "Artilleriya" ixtisasına yiyələnib. 2008-2009-cu illərdə Təlim-Tədris Mərkəzində ixtisası üzrə təhsilini başa vurur və leytenant hərbi rütbəsi alır.

Elə həmin illərdə də gələcəkdə həyat yoldaşı olacaq Əsmayə ilə tanış olur: "Ağdam rayonunun Xıdırlı kəndində doğulub-böyümüşəm. Müharibə başlayanda biz də çıxıb gəldik. Elxanla tanışlığım isə 16 yaşımda olub. Mən təhsil alan kollecdə onun əmisi qızı da oxuyurdu. Onunla birlikdə kollecə gələndə məni görmüşdü. Sonra da xəbər göndərmişdi ki, "o qızdan xoşum gəlir". Amma mən həmin vaxt o fikirdə deyildim. Buna görə də etiraz etmişdim. Bir müddət gəldi-getdi. Həmin illərdə o da Naxçıvanskidə oxuyurdu. Hər dəfə gələndə mənim üçün xəbər göndərirdi. Ən çox mənim "yox" deməyimə səbəb isə onun hərbçi olması idi. Atasının şəhid olduğunu da bilirdim. Qorxu var idi içimdə.

Düz 9 il sonra münasibətimiz başladı. Ailələrimiz də bildi, elçilik oldu, razılıq verildi. 2011-ci ildə ailə qurduq. Biz ailə quran vaxt o Qazaxda işləyirdi. Toydan sonra məni də özü ilə apardı. 5 il orada yaşadıq. Sonra Elxanı bir neçə aylıq Lənkərana göndərdilər, orada yaşadıq. Daha sonra isə Ağcabədiyə getdik. 3-4 il də orada işlədi".

Beləliklə, Elxan Nəcəfi 2020-ci ildə mayor rütbəsinə yüksəlir. Həmin ilin sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycanın Silahlı Qüvvələrinin əks-hücumu zamanı Elxan Nəcəfi tabor komandirinin müavini kimi döyüşə atılır. İlk döyüş yolu Cəbrayıl istiqamətində başlayır. Cəbrayılın işğaldan azad olunmasında iştirak edən Elxan Zəngilan və Qubadlının uğrunda gedən döyüşlərdə də vuruşub.

O, "Cəbrayılın azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə", eyni zamanda "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub. Bir çox Fəxri Fərman və mükafatlara layiq görülüb. Ölümündən sonra isə 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. İndi bütün bunlar onun evinin otaqlarında divarları bəzəyir. Burada olan guşədə Elxanın fotoları və medalları yer alır. Pəncərənin önündə yerləşdirilən şüşə qapılı dolabda isə geyimləri və əşyaları yerləşdirilib.

"Elxan Vətən müharibəsinin izlərini də daşıyırdı" deyir Afət ana: "44 günlük müharibə zamanı çox ağır yaralar aldı. Ayaqları batinkanın içində yandı. Başına güllə atmışdılar, amma kaskada ilişib qalmışdı. Lakin başında da izi var idi. Bütün bunlara baxmayaraq, dayanmadı. Həmişə deyirdi ki, "mənə şəhidlik qismət olmadı". Mən də deyirdim ki, "oğlum, biz varıq, ailən var, uşağın var". O isə "ailə, uşaq buradadır, ora isə vətəndir", - deyirdi. Müharibə bitsə də, o rahatlıq tapmırdı".

Əsmayə xanım həyat yoldaşının 44 günlük müharibədən salamat qayıdacağına inanıb: "O, müharibədə çox yaralar, travmalar almışdı. Amma heç bir tibbi müayinədən keçmədi. Deyirdi ki, "əsgərlərimi qoyub hara gedim?" Həmin vaxt hiss edirdim ki, o sağ-salamat gələcək. Amma ötən il baş verən müharibədə belə olmadı. İçimdə çox böyük narahatlıq var idi".

Həmin narahatlığı elə Afət ana da hiss edib: "Keçən ilin avqustunda məzuniyyətə çıxdı. Uşağının ad günü üçün bura gəldi. Onu yola salanda dedim ki, oğlum, özünü qoru. Tək istəyim bu oldu. O da mənə dedi ki, "qoruyacağam, narahat olma. Alnıma nə yazılıbsa, olacaq". Axırıncı dəfə onunla sentyabrın 18-də danışmışdım. Vəziyyətin necə olduğunu soruşdum. O da "əmr gözləyirik, əmr gələn kimi gedəcəyik", - dedi.

Həmin səhər isə Əsmayə xanıma mesaj gəlir...

"Mənə səsli mesaj göndərdi. Mən də ona cavab göndərdim, dinlədi. Sonra göndərdiyim bütün mesajlar isə cavabsız qaldı...

Onun şəhid olduğu xəbərini sosial şəbəkədə gördüm. İnanmadım, istədim səhifəyə yazım, əlim getmədi. Səsimə anamgil durub gəldilər. Qardaşım bilirdi, amma mənə deməmişdi. Mən heç vaxt onun yoxluğunu qəbul etmədim, edə bilmirəm, etməyəcəyəm də. Çünki onu həmişə yanımda, arxamda hiss edirəm. Yoxluğunu qəbul etsəm, yaşaya bilmərəm. Birini bir daha heç vaxt görə bilməmək insanı çox incidir. Hər ikimiz də atasız böyümüşdük. İstəməzdim ki, övladımız atasız böyüsün".

Afət anaya oğlunun şəhid xəbəri verilməsə də, o artıq bunu hiss etmişdi: "Həmin gün mən özümə yer tapa bilmirdim. Səbəbini də başa düşmürdüm. Səhərdən axşama qədər özümdən asılı olmadan ancaq ağlayırdım. Elxan elə həmin vaxt, günorta saatlarında şəhid olubmuş. Mənə gecə saat 3-4 olardı ki, dedilər: "Elxan şəhid olub..."

Mən bu itkini bir dəfə də yaşamışdım. Yoldaşım şəhid olandan sonra 3 uşaqla çox əziyyət çəkmişdim. Amma indi bu tamam başqa bir hissdir. Mən indi başa düşdüm ki, yoldaş itirmək başqa olur, oğul itirmək başqa. Elxanın itkisi mənə ağır zərbə oldu. Artıq bir il oldu, amma çox çətindir. Hərdən elə bilirəm ki, çıxıb gələcək. Bəlkə də ona görə ki, ildə iki dəfə gəlirdi, gec-gec görürdüm. Deyirəm bəlkə də gələcək, gözüm yollardadır. Düz 20 il səngərdə böyüdü. Həm ailə sarıdan əziyyət çəkdi, həm də vətənin ağır günlərində döyüşdü. Qüsursuz zabit idi. Heç vaxt şəhid oğlu olması adından istifadə etməmişdi.

Uşaqlıqdan vətənpərvər idi. Döyüş yoldaşları gəlmişdi və danışırdılar ki, "Elxan başqa cür döyüşürdü. Onda intiqam hissi var idi, nifrətlə döyüşürdü". Döyüş yoldaşı da deyir ki, sonuncu dəfə onunla danışanda dedi ki, "qələbə qazandıq, kişilər". Elxanın 16 əsgərinin hamısı şəhid olmuşdu. Özü də 17-ci..."

Mayor Elxan Nəcəfi sentyabrın 20-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində şəhid olur.

Elxan şəhid olmamışdan əvvəl övladını anasına əmanət edib: "Elxangilin övladı bir az gec oldu. Özü istədi ki, övladına atasının adını versin. O, şəhid olmaq istədiyini deyəndə bildirirdim ki, "bala, uşağın balacadır". Deyirdi ki, "olsun da, sən varsan. Sən ona da baxarsan". Elə də etdi, balasını mənim öhdəmə buraxıb getdi.

Həmişə Elxanla söhbət zamanı deyirdim ki, "Şükür də hərbçi olar, onu da bu yola yönəldəcəyəm". Elxan da deyirdi ki, "yox, ana. Bu çox ağır, əziyyətli yoldur". Amma sonra da deyirdi ki, özü hara istəsə, ora da gedər. Şükür də lap elə balacalıqdan hərbiyə meyllidir. Həmişə atası gələndə onun batinkalarını geyər, papağını taxaraq evdə gəzərdi. Atasının da xoşu gəlirdi. Özündən də indi soruşanda ki, "nə olmaq istəyirsən?", deyir "hərbçi!"

Atasını yaxşı xatırlayır. Şükür deyir ki, "atam mənim həm ürəyimdə, həm bayraqda, həm də cənnətdədir. Mənim atamdan gözəl ətir iyi gəlir. Ona görə ki, o cənnətdədir. Cənnətdən də gözəl ətir iyi gəlir". Axşamlar atası ilə görüntülü danışırdı. İndi də danışmaq istəyir. Görür ki, alınmır əsəbiləşir, deyir daha istəmirəm. Amma atasının dəfn olunduğu İkinci Fəxri Xiyaban üçün də qəhrəmanlar deyir. Anasına deyir ki, gedək qəhrəmanlara".

Qardaşı Nizami Nəcəfinin sözlərinə görə, onlar Elxanı sadəcə böyük qardaş kimi yox, eyni zamanda ata kimi görüblər: "Uşaqlıqdan bəri bizə məsləhət verən, yol göstərən olub. Hər dəfə gələndə dönə-dönə tapşırırdı ki, özümüzü qoruyaq. Hər cəhətdən bizə dəstək olurdu.

Axırıncı dəfə gələndə də dedi ki, "Mən vətəni qoruyub şəhid olanda heç vaxt ağlamayın, belinizi bükməyin. Başınızı dik tutun". Düzdür, ürəyimiz ağrıyır, darıxırıq, kövrəlirik, amma həm də onunla qürur duyuruq. Döyüş yoldaşları onu zəhmli biri kimi tanıyırdılar. Amma evdə elə olmurdu. O evə gələndə bütün əsəbini, qəzəbini çöldə qoyurdu. Deyib-gülməyi sevirdi. Olduqca sadə insan idi. Məhəllədə də hamı onun xətrini çox istəyirdi".

"İllərlə o hara getsə, mən də onunla gedirdim", - deyir Əsmayə xanım. Həyat yoldaşı ilə bağlı xatirələri bölüşərkən həm kövrəlir, həm də fərəhlənir: "Övladımız gec oldu. Düz 8 il sonra. Həmişə yanımda oldu, mənə dəstək çıxdı. Təəssüf ki, övladımızı çox görə bilmədi. Onun gələcəyi ilə bağlı çox arzuları var idi. Çalışıram ki, onun arzularını həyata keçirim. İstəyirdi, oğlumuz yaxşı oxusun, təhsili olsun. O, hərbçi idi. Öz qayda-qanunları var idi, qorxusuz idi. Ən azından nədənsə qorxduğunu bizə hiss etdirmirdi.

Övladımızın olacağını biləndə elə ilk ona xəbər verdim. O da çox sevinmişdi və sevincini iş yoldaşları ilə bölüşmüşdü. Bu, bizim üçün çox böyük xoşbəxtlik idi. Biz o illər ərzində çox mehriban olmuşuq, aramızda soyuqluq olmayıb. Amma uşaq olan ev tamam başqa olur. Övladımın 2 yaşı olanda bu evə köçdük. Həmin vaxt o Qubadlıda xidmət edirdi. Oradakı şərait uyğun olmadığı üçün bizi özü ilə aparmadı. Deyirdi ki, rahat yerə gedən kimi sizi də aparacağam. Çox gözəl ata və həyat yoldaşı idi. Çox zarafatcıl, deyib-gülən insan idi. Mənim rahatlığım üçün, çalışırdı hər şey yerində olsun. Hər işi də bacarırdı. Pensiyaya çıxacaqdı, deyirdi ki, "daha az qalıb, həmişəlik sizinlə olacağam". Çoxlu arzuları, planları, xəyalları var idi. Ancaq bütün bunlar xəyal olaraq qaldı.

Nə yaxşı ki, Şükür dünyaya gəldi, indi mən ona bağlanıram. Məni ayaqda saxlayır. Ona görə çalışıram çox ağlamayım. Ağlayan kimi gözümün içinə baxır.

Bu bir il ərzində cəmi bircə dəfə Elxanı yuxuda görmüşəm. Bircə kəlmə dedi ki, "Məni bağışla".

İndi Elxanın anası və həyat yoldaşı onun şəhid olduğu yerə birgə gedir və ora çiçəklər əkirlər: "Avqustun 11-də Elxanın şəhid olduğu yerə getdim. Ora ancaq dağlardır. Elə yerlərdir ki, orada heç quş uçmur. Qəribə bir sükut var idi. Onun ayağı dəyən yerləri, səngərləri, postları gəzdim. Qayalıq, dərənin dibi... Hər addımı atanda "can bala, siz buralara necə gəlib çıxmısınız, necə döyüşmüsüz?!", - deyirdim. Düz 23 saat döyüşüblər, ac-susuz. Orada Elxanın cibindən tökülən dərmanlar var idi. Torpaq qarışıq onu da götürüb gətirdik. O dərmanlardan yaralı yoldaşlarına kömək zamanı istifadə etmişdi. Oğlumun şəhid olduğu kolun dibinə çiçəklər də əkdim. Onun döyüşüb aldığı post var idi. Özü çıxa bilməmişdi. Mən gedib çıxdım həmin posta...

Sentyabrın əvvəlində 30 şəhid anası "YAŞAT" fondunun dəvəti ilə Türkiyənin Ankara şəhərinə səfər etdik, 5 günlük səfər zamanı orada bir çox məkanlara aparıldıq. Dövlət qurumları ilə görüşlərimiz oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşdük. Hamımızın bir-bir əlini sıxdı, bizi dinlədi. Xoş təəssüratla qayıtdıq, bizi hörmətlə qarşılayıb yola saldılar".

"Biz Elxanın anası ilə artıq sadəcə gəlin-qayınana deyilik, həm də dərd ortağıyıq" - deyir Əsmayə xanım.

"Afət ana çox ağır şeylər yaşayıb. Mənim indi bir övladım var. Amma onun 3 övladı olub. Tək uşaq böyütmək və belə bir dərdi çəkmək olduqca ağırdır. Mən indi onu çox yaxşı başa düşürəm. Amma onun dərdi yenə də çox böyükdür. Həm yoldaşını, həm də oğlunu itirib".

İndi Elxanın ailəsi onun adını daşıyan küçədə yaşayır. Binanın girişinə sancılmış üçrəngli bayraq və fotosu olan guşə bura gələnlərə evlərini nişan verir.
Qayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTOQayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul... - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 868   Tarix: 19 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Nazir polkovniki təqaüdə göndərdi - Yeni təyinat

Fövqəladə Hallar Nazirliyinin (FHN) N saylı Hərbi Hissəsinin Komandiri, polkovnik Fidayil Mustafayev vəzifəsindən azad olunub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmri ilə Fidayil Mustafayev vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib

29 yanvar
.

"İnvestisiya şirkətləri 5 milyon manata qədər istiqraz portfeli formalaşdırmağa hazırdır" - Orxan Bağırov

Azərbaycandakı investisiya şirkətləri maliyyə sektorunun buraxdığı istiqrazları öz portfellərinə daxil etməkdə maraqlıdır. xəbər verir ki, bunu "Azərbaycan Kapital Bazarları Assosiasiyası" (AKBA) İctimai Birliyinin Direktorlar Şurasının sədri Orxan Bağırov Bakıda keçirilən 1-ci İnvestor-Mikromaliyy

29 yanvar
.

"Müasir valideynlik institutu artıq "ata işə gedir, ana uşağa baxır" formatından çoxdan çıxıb" - Sosioloq

Müasir cəmiyyətdə ailə modeli və valideynlik anlayışı dəyişdikcə övladın tərbiyəsində ana və atanın rolu ilə bağlı yanaşmalar da yenilənir. Ənənəvi olaraq müəyyən vəzifələrin ana və ya ataya aid edilməsi geniş yayılmış olsa da, mütəxəssislər bu bölgünün uşağın psixoloji inkişafına, sosial bacarıqların

29 yanvar
.

"Changan"ın rəsmi servisindən aldığı avtomobil istismara yararsız olub-Video

Bakı sakini kreditlə rəsmi servisdən aldığı avtomobilin 1 gün sonra istismara yararsız vəziyyətə düşdüyünü iddia edir. XALQ-ın məlumatına görə, Fuad Kərimov üzləşdiyi problemlə bağlı "Xəzər Xəbər"ə müraciət edib. Dediyinə görə, "Changan"ın rəsmi servisindən 2025-ci ildə avtomobi

29 yanvar
.

Özünə ayda 20 min maaş yazır? - AYNA susur...

Dünən yerli mətbuatda dərc olunan xəbərlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayevin aldığı aylıq maaşın məbləği məlum olub. "Yeni Sabah" xəbər verir ki, bu barədə məlumatı Post Tv-nin rəhbəri Samir Feyruzov hazırladığı video çıxışında bildirib. Jurnalist deyi

29 yanvar
.

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə olundu

Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron Gənclər şəhərciyində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlə

29 yanvar
.

Nə üçün insanda iş stressi yaranır? - PSİXOLOQ

"Daim təzyiq altında çalışan insanın beyni gərgin və təhlükə rejimində qalır. Bu isə zamanla səbəbsiz yerə narahatlıq, daxili gərginlik, panik reaksiyalara, depressiya, emosional tükənmə, motivasiyanın olmaması, laqeydlik, yaddaş zəifləməsinə qədər gətirib çıxara bilər. Özünə inam azalır və insa

28 yanvar
.

"BOKT-ların milli valyutada istiqrazlar üzrə orta çəkili faiz dərəcəsi 15% ətrafındadır" - Cəlal Əliyev

Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) istiqraz vasitəsilə maliyyələşmə xərcləri yüksək olaraq qalır. " xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) Müşahidə Şurasının sədri Cəlal Əliyev "Kapital Bazarlarına Çıxış: 1-ci İnvestor Mikromaliyyə Forumu"nd

29 yanvar
.

Məhkəmə qərarı olmadan axtarış aparılması hallarının dairəsi genişləndirilir

Məhkəmənin qərarı olmadan axtarış və ya götürmənin həyata keçirilə biləcəyi halların dairəsi genişləndirilir. xəbər verir ki, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəy

29 yanvar