Azərbaycan antiterror əməliyyatı ilə öz suverenliyini bərpa etdi - EKSPERTDƏN AÇIQLAMA

Azərbaycan antiterror əməliyyatı ilə öz suverenliyini bərpa etdi - EKSPERTDƏN AÇIQLAMABu gün hərb tariximizin ən parlaq səhifələrindən olan antiterror əməliyyatından bir il ötür. Təsadüfü deyil ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Sonxeber.az- a açıqlama verən hərbi ekspert Səxavət Məmməd bildirib ki, bir il öncə Azərbaycan ordusunun başlatdığı antiterror əməliyyatı ilə Azərbaycan Respublikası öz suverenliyini bərpa etdi:

"Artıq antiterror əməliyyatından bir il keçib. Antiterror əməliyyatının keçirilməsinin əsas səbəblərindən biri 10 noyabr bəyənnatındakı 4-cü bənd idi. Yəni eyni vaxtda ordakı erməni silahlıları çıxacaq və Rusiya sülhməramlıları daxil olacaq bəndinə əməl olunmadı. Bu problem uzun müddət Azərbaycanı narahat etdi. Çünki konkret olaraq ermənilər həmən ərazidə qaldılar. Antiterror əməliyyatlarının kilid nöqtəsi bu idi. Əgər bu hadisə baş verməsəydi, ərazidə sadəcə Rusiya sülhməramlıları olsaydı hesab edirəm ki, antiterror əməliyyatı da keçirilməzdi. Antiterror əməliyyatı ilə ordakı erməni ordusu dağıdıldı, tamamilə tərkisilah olundu. Onlar silahları yerə qoyub Ermənistana qaçdı.

Maraqlıdır ki, orda yaşayan ermənilər də Azərbaycan ərazisində qalmaq istəmədilər və Ermənistana qayıtdılar. Nəticədə Azərbaycan suverenliyini tam olaraq bərpa eləmiş oldu. Əlbəttə biz müstəqil idik. Amma Azərbaycan öz ərazisinin 20 faizinə nəzarət edə bilmirdi. Antiterror əməliyyatı ilə Azərbaycan tam suveren bir dövlət oldu. Bu Azərbaycan dövləti üçün böyük uğurdur.
Əgər bir dövlətin ərazisində seperatizim, münaqişə varsa, bu dövləti konkret olaraq həmişə məşğul edir. Azərbaycanın müstəqil olandan sonra 30 ildən çox bir zaman ərzində ən böyük problemi ərazisi ilə suverenliyi ilə bağlı idi. Antiterror əməliyyatı ilə Azərbaycan hər mənada öz ərazisində bu problemlərin hamısına nöqtə qoydu. Buna görə də suverenlik gününün təsis olunması hesab edirəm ki, doğru addımdır. Hətta deyərdim ki, bu 44 günlük müharibənin nəticəsindən daha önəmli bir hadisədir. Çünki 44 günlük müharibənin nəticəsində hələ də problemlər qalırdı. Antiterror əməliyyatından sonra isə suverenliyimiz tamamilə bərpa olundu".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1567   Tarix: 19 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr