Vardanyan Bakıdan Paşinyana cavab verdi

Vardanyan Bakıdan Paşinyana cavab verdiQarabağdakı keçmiş qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan Bakı həbsxanasından Ermənistanın Baş naziri Nikol Paşinyanın onun barəsində səsləndirdiyi fikirlərə cavab verib.

"Qafqazinfo" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Vardanyan Bakıda həbsxanada dindirilmə zamanı Paşinyanın onun barəsində dedikləri barədə məlumatlandırılıb.

Vardanyan Paşinyanın oliqarxın hansı səbəbdən Rusiya vətəndaşlığından imtina etməsi və Qarabağa yollanması barədə suallarına cavabını ictimaiyyətə açıq formatda bölüşmək istəyib. Daha sonra onun cavabı ailəsi tərəfindən teleqram kanalında paylaşılıb.

Onun sözlərinə görə, hər kəs başqa bir şəxsin fəaliyyəti barədə öz həyatının model və prinsiplərinə əsaslanaraq düşünür. Bildirib ki, üstəlik, baş nazirin ona öz suallarını 2022-ci ilin noyabrında son görüşləri zamanı vermək imkanı olub.

Vardanyan daha sonra qeyd edib ki, Nikol Paşinyanla ilk dəfə 2018-ci ilin yazında görüşüb. Bu görüş zamanı nə onun, nə də biznes tərəfdarlarının Ermənistanın daxili siyasətinə qarışmaq fikirlərinin olmadığı və Ermənistan rəhbərliyi ilə münasibətdən asılı olmayaraq xeyriyyə ilə məşğul olacaqlarını iddia edib: "Lakin o zaman söhbət Qarabağın taleyindən gedərsə, yanaşmamım dəyişəcəyini bildirmişdim".

O, həmçinin cavabında imkanlar daxilində Paşinyanın bütün suallarına cavab verməyə hazır olduğunu əlavə edib.

Məlumat üçün bildirək ki, Nikol Paşinyan Vardanyan barədə sualları avqustun 31-də keçirdiyi mətbuat konfransında qaldırıb. Bu zaman o deyib: "Necə oldu ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Bunu ona kim məsləhət gördü və yaxud bu addımı atmağa dair göstəriş verdi? Onu Ermənistana, Qarabağa kim, hansı məqsədlə, hansı zəmanətlərlə, hansı vədlərlə göndərib? Biz bu suallara cavab istəyirik, ya yox? Bu, həqiqətən də üzləşdiyimiz ciddi problemdir".

Xatırladaq ki, Ruben Vardanyan ötən il Qarabağda saxlanılaraq Bakıya gətirilib. Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham verilib, barəsində həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) vəsatəti əsasında həbs müddəti 5 ay uzadılıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2013   Tarix: 20 sentyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezident: "Gənc nəslin vətənpərvərlik, milli prinsiplərə sadiqlik ruhunda tərbiyə olunması da çox vacibdir"

"Ölkələrimizdə (TDT ölkələrində - red.) milli prinsiplər, milli özünüdərk prinsipləri bəzən bizə kənardan təlqin etməyə çalışdıqları digər prinsiplərdən üstündür". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentdən TDT-yə üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:. "Hörmətli tədbir iştirakçıları!. Sizi Türk Dövlətləri Təşkilatına üzv ölkələri

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr