Bakıda həbsdə olan Arutyunyan Vardanyanla bağlı nələr deyib? - SİRLƏR AÇILIR
Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda həbsdə olan separatçı Ruben Vardanyanı Qarabağa Rusiyanın göndərdiyinə işarə etmişdi. Onun bu açıqlaması Ermənistanda ciddi müzakirələrə səbəb oldu. Əslində Paşinyan haqsız deyildi, çünki Rusiya vətəndaşlığından imtina edərək, Qarabağa qanunsuz şəkildə gələn Vardanyanla bağlı müəyyən planların olduğu görünürdü. Ötən ilin sentyabr ayında Azərbaycan ordusu anti-terror tədbirləri ilə erməni separatizmini ləğv etdi və Vardanyan da daxil olmaqla terror dəstələrinin rəhbərləri həbs olundu.
Publika.az xəbər verir ki, Ermənistanda Nikol Paşinyanın Vardanyanın Qarabağa gəlişindən məlumatlı olduğu, onun qondarma "dövlət naziri" təyin edilməsinə xeyir-dua verdiyinə dair iddialar irəli sürülüb.
Erməni siyasətçi, keçmiş deputat Naira Zöhrabyan həbsdə olan separatçı Araik Arutyunyanın bu haqda ona dediklərini açıqlayıb.
"Araik Arutyunyan Bakıda həbsdə olsa da, mənz onunla şəxsi söhbətimi açıqlayacam. Müharibədən sonra (44 günlük-red) mənə (qondarma) "artsax"ın Rusiyadakı nümayəndəsi olmağı təklif etdilər. Mən imtina etdim. O vaxt Xankəndidə olarkən, Araik Arutyunyan şəxsi söhbətimizdə dedi ki, Ruben Vardanyanın səlahiyyət müddəti Paşinyanla razılaşdırılıb.
Vardanyan da Bakıdan verdiyi cavabda bildirdi ki, təyinatından sonra Paşinyan onunla görüşüb. Hakimiyyət bir dəfə bəyan etdi ki, onlar (separatçılar) Ermənistana gəlsələr, dövlət çevrilişi edəcəklər, bu haqda səs yazılarının olduğu iddia olunurdu. Bu baxımdan, onların Bakıda həbsdə qalması Paşinyana sərf edir", - Zöhrabyan iddia edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1410 Tarix: 24 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr