Paşinyan qapalı görüşdə Ərdoğandan Bakı ilə bağlı nələr istəyib? - DETALLAR
Nyu-Yorkda yerləşən "Türk Evi"ndə Ərdoğanla görüşə gedən Paşinyan istəyinə nail ola bilmədi. Rəsmi İrəvanın görüşlə bağlı yaydığı rəsmi açıqlamada Paşinyanın Ərdoğana nə dediyi və nələr istədiyi öz əksini tapır:
- "İlkin şərt" olmadan (Bakının maraqları nəzərə alınmadan) münasibətlərə təkan vermək istəyini çatdırıb;
- Azərbaycanla sülh sazişi imzalamağa hazır olduqlarını deyib: söhbət Bakının tələb etdiyi və hələ müzakirə mərhələsində olan bəndləri kənara qoyaraq, sazişin razılaşdırılan bəndlər üzrə bağlanmasından gedir;
- Zəngəzur dəhlizinə qarşı olan "Sülhün kəsişməsi" layihəsi haqda məlumat verib;
Ermənistan belə görüşlərlə Türkiyənin mövqeyinə təsir etmək ümidini saxlayır. Lakin Ərdoğan Paşinyana Bakı ilə münasibətlərin normallaşması, sülh sazişinin imzalanması olduğu şərtini yenidən çatdırıb. Türkiyə mediasının qapalı görüşdəki müzakirələrə dair yaydığı məlumatlarda da bu məqam əksini tapır.
Türkiyə prezidenti BMT tribunasında çıxışında da bəyan edib ki, "Bakı və İrəvan arasında münasibətlərin normallaşması Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də təsir edəcək". Ərdoğanın BMT tribunasında bu haqda danışması Ankaranı Bakının maraqlarını nəzərə almadan İrəvanla danışıqlara getməyə məcbur edən qüvvələrə də açıq mesajdır.
"Türk Evi"ndə keçirilən görüşdə əsas diqqətçəkən məqamlardan biri isə Ərdoğanın Paşinyana "Daha ədalətli bir dünya mümkündür" adlı kitabını hədiyyə etməsi oldu. Belə demək mümkünsə, görüşdə Ankara-İrəvan xəttindən Bakını çıxarmaq istəyinə nail ola bilməyən Paşinyan "Türk Evi"ndən əliboş yola salınmadı.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1655 Tarix: 26 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr