Ərdoğan Rusiya ilə əlaqələrdən danışdı - Video
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerikanın "NBC News" telekanalına müsahibə verib.
"Qafqazinfo"nun məlumatına görə, ölkə başçısı İsrailin Qəzzaya hücumları, Ukraynanın NATO-ya üzvlüyü və Türkiyə-Rusiya əlaqələrindən danışıb.
O, jurnalist Keir Simmonsun HƏMAS barədə sualına belə cavab verib:
"Biz terrorçulara qarşıyıq. HƏMAS-ı yaxşı tanıyan liderlərdən biriyəm. Heç vaxt HƏMAS-ı terror təşkilatı adlandırmamışam. Hazırda da onları terror təşkilatı hesab etmirəm. Çünki HƏMAS özünü qorumağa çalışan müqavimət qrupudur. Buna görə də belə bir müqavimət qrupunu necə terror təşkilatı adlandıra bilərəm?".
Ərdoğan Türkiyə ilə Rusiya arasında əlaqələrin genişləndiyini də bildirib:
"Rusiya ilə münasibətlərimiz çoxşaxəlidir, siyasi, iqtisadi, mədəni, müdafiə sənayesi ilə bağlıdır. Bir çox sahələr, aspektlər və həmrəyliyimiz var, qarşılıqlı fəaliyyətimiz davam edir və hər gün bu əlaqələr iqtisadi baxımdan genişlənir".
Müsahibənin Ukrayna ilə bağlı hissəsində Ankaranın Ukraynanın NATO üzvlüyünə münasibəti ilə bağlı sualı cavablandıran Türkiyə lideri bu məsələdə alyansa daxil olan ölkələrin addımlarına baxacaqlarını bildirib.
R.T.Ərdoğan deyib: "Bu mövzularda qərar verərkən təbii ki, digər NATO üzvlərinin də mövqeyini nəzərə alırıq. Amerika və alyansa daxil olan digər ölkələr Ukraynanın NATO-ya üzv olmasını istəmir. Faktları görüb qərarımızı verməliyik. Bu qərarlar həyəcanla verilə bilməz".
Türkiyə Prezidentinin müsahibəsini təqdim edirik:
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1317 Tarix: 26 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr