Polad Həşimovun bacısı ilk dəfə açıqladı: "Son danışığımızda dedi ki..." - VİDEO
"Bu gün biz bura şəhidlərimizin anım mərasiminə yığışmışıq. Bu gün bir daha əmin oldum ki, şəhidlərimiz heç vaxt unudulmayacaq. Çünki bizim xalqımız vəfalıdır".
Sonxeber.az musavat.com-s istinadən xəbər verir ki, bunu Azərbaycanın Milli Qəhrəmanı, general Polad Həşimovun bacısı Kəmalə Həşimova deyib. O bildirib ki, xalq xiyabana axışaraq şəhidlərə vəfa borcunu yerinə yetirir.
"27 sentyabr şəhidlərimizin sevdiklərinə sonuncu dəfə sarıldığı gün idi. İyul ayının 14-də Polad Həşimov şəhid olduqdan sonra millət ayağa qalxdı. 44 günlük müharibə ilə vətənin bütövlüyünə qovuşduq. Biz bu bütövlüyü xiyabanda yatan şəhidlərimizə və qazilərimizə borcluyuq.
27 sentyabr ağır və qürurlu bir gündür. Əzizinin soyuq daşına sarılmaq acı bir şeydir. Amma torpaqlarımız azaddır, bayraqlarımız dalğalanır. Azərbaycan yaşadıqca bizim şəhidlərimiz də yaşayacaq.
Hər kəs şahiddir ki, Polad şəhid olduqdan sonra bütün xalq onun necə qəhrəman olduğunu bildi. Mən qardaşımla qürur duyuram. Bu, ağır itkidir. Kaş ki, Polad bu gün sağ olardı və ordunun quruculuğunda iştirak edərdi.
Qardaşımla sonuncu dəfə iyulun 10-da danışdım. Elə bil ki, ölümünü hiss etmişdi. Bir az başqa duyğuda idi. Əvvəlki kimi şən deyildi. Daha sonra anamla danışdı. İyulun 11-i isə son əlaqəmiz oldu. Ağır itkidir. Heç bir bacıya qardaşının məzarını qucaqlamağı arzulamıram".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1211 Tarix: 27 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Azərbaycanda 2 milyondan uşağın cəmi 40 %-i bağçaya gedir" - Zahid Oruc
Azərbaycanda 2 milyon 730 min uşaqdan cəmi 40 %-nin məktəbəqədər təhsil müəssisəsinə (bağça) əlçatanlığı var. xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib. Komitənin sədr
28 yanvar"Tarqovu"da hoteldə ölən şəxs diaspor rəhbəri imiş - Foto
Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxs Rusiyanın Krasnodar vilayətinin diaspor rəhbəri, həmçinin, orada fəaliyyət göstərən Soçi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Cəmi
28 yanvar"Arash Estetik"də pozuntu aşkarlandı: Klinika cərimələndi
Səhiyyə Nazirliyi "Arash Estetik" klinikasında plandankənar yoxlama aparıb. "Teleqraf"a istinadən xəbər verir ki, yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb. Nazirlik İnzibat
28 yanvar"TikTok"da hüquqşünas adı ilə yarım milyona yaxın dələduzluq etdi
"TikTok" platformasında "Hüquq mərkəzi" adı altında səhifələr yaradılaraq canlı yayımlar vasitəsilə izləyici toplamaq və bu yolla vətəndaşların etibarından sui-istifadə edilməsi hallarına rast gəlinir. Axşam.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaş
28 yanvarDaha bir icra başçısı müavinini vəzifədən azad etdi (FOTO)
Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısının müavini Etibar Əhmədov vəzifəsindən azad olunub. -ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, bununla bağlı icra başçısı Rafiq Quluyev əmr imzalayıb. Qeyd edək ki, E.Əhmədov 1956-cı ilin oktyabrın 24-də Balakən rayonunda anadan olub. O
29 yanvar