"Tarif Şurası hər il bəhanə tapıb qiymət artımları həyata keçirir" - AÇIQLAMA
Son aylarda gündəlik xərclərin sürətlə artması və yanacaq, elektrik, qaz tariflərinin yüksəlməsi vətəndaşların narazılığını artırıb.
Bəs görəsən hal-hazırda ölkədə baş verən qiymət artımları daha çox qlobal təsirlərdən irəli gəlir, yoxsa daxili problemlər üstünlük təşkil edir?
İqtisadçı Xalid Kərimli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Hazırkı qiymət artımlarına həm ölkədaxili, həm də qlobal amillər təsir göstərir. İlin əvvəlindən dövlət dizel yanacağının qiymətini artırıb; il yarım əvvəl də qiymət yüksəlmişdi. Belə ki, dizelin qiyməti son il yarımda 80 qəpikdən 1 manat 10 qəpiyə qalxıb ki, bu təxminən 35 faiz artım deməkdir.
Eyni zamanda, işıq, su və qaz tarifləri də yüksəlir. Keçən il Tarif Şurası tərəfindən qiymətlər artırılmışdı, bu il isə əlavə sabit xərclər tətbiq olunaraq yenidən artırıldı. Tarif Şurası hər il bəhanə tapıb qiymət artımları həyata keçirir.
Qiymətlərin yüksəlməsinə təsir edən digər amillərdən biri idxal qiymətlərinin artmasıdır. Qlobal bazarlardakı dəyişikliklər ölkəyə idxal olunan məhsulların qiymətinə də təsir edir. Bundan əlavə, manatın dollar qarşısında dəyər itirməsi də inflyasiyanı artıran faktorlar arasındadır.
Daxili səbəblərə gəldikdə isə, bazarda rəqabətin zəif olması da qiymətlərin artmasına şərait yaradır. Beləliklə, hazırkı qiymət artımlarında iki daxili (Tarif Şurasının qərarları və bazardakı rəqabət çatışmazlığı) və iki xarici (idxal qiymətlərinin yüksəlməsi və manatın ucuzlaşması) amil mühüm rol oynayır."
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4319 Tarix: 27 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu hərbçilərin həyat yoldaşlarına müavinət ödənilməsi təklif olunur
Yeni xidmət yerinə köçən hərbçilərin həyat yoldaşlarına minimum əməkhaqqı məbləğində müavinət ödənilməsi təklif olunur. Bunu APA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib. Arzu Nağıyev deyib ki, bununla bağlı "Hərb
17 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabrAzərbaycanda yerli QHT-lər yenidən qeydiyyata alınacaq
Azərbaycanda yerli QHT-lər və xarici QHT-lərin filial və ya nümayəndəlikləri qanunvericiliyə ediləcək dəyişikliklərlə əlaqədar yenidən dövlət qeydiyyatına alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli olacaqlar. xəbər verir ki, bu, Milli Məclisin 17 və 18 noyabr tarixlərində keçiriləcə
17 noyabrAzərbaycanlı aktyorlar məşhur Yaponiya serialında - Fotolar
Azərbaycan aktyorları məşhur Yaponiya serialında rol alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) məlumat yayıb. Bildirilib ki, Yaponiyanın TBS telekanalının məşhur "VIVANT" serialının ikinci mövsümünün genişmiqyaslı çəkilişlər
18 noyabrMuxtar Maniyevin oğlu vəzifədən azad olundu
10 ay əvvəl Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini təyin edilmiş polkovnik Tural Maniyev vəzifəsindən azad edilib. Axşam.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb. Polkovnik Maniyev ehtiyata buraxılıb. Qeyd edək ki, Tura
18 noyabr