"Tarqovu"da hoteldə ölən şəxs diaspor rəhbəri imiş - Foto

"Tarqovu"da hoteldə ölən şəxs diaspor rəhbəri imiş - FotoXəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ölən şəxs Rusiyanın Krasnodar vilayətinin diaspor rəhbəri, həmçinin, orada fəaliyyət göstərən Soçi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Cəmil Əliyevdir.

Diaspor sədri Dünya Azərbaycanlılarının II, III, IV, V Qurultaylarında iştirak edib. Krasnodar rəhbərliyi tərəfindən cəmiyyətin həyatında fəal iştirakına görə dövlət mükafatları ilə təltif olunub. Həmçinin 2022-ci ildə "Diaspor fəaliyyətində xidmətə görə" medalla təltif edilib.

Ailə üzvləri saytımıza bildirilib ki, mərhum Krasnodar Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərib:

"Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının "Tarqovu" ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib".

Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti "Tarqovu" məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

"Tarqovu"da hoteldə ölən şəxs diaspor rəhbəri imiş - Foto


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 422   Tarix: 28 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Arash Estetik"də pozuntu aşkarlandı: Klinika cərimələndi

Səhiyyə Nazirliyi "Arash Estetik" klinikasında plandankənar yoxlama aparıb. "Teleqraf"a istinadən xəbər verir ki, yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb. Nazirlik İnzibat

28 yanvar
.

Bakıda tramvay şəbəkəsi dəmir yolu və metro ilə inteqrasiya olunacaq

Bakıda tramvay şəbəkəsinin dəmir yolu və metro ilə inteqrasiyası təmin ediləcək. xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nı

28 yanvar
.

Vatsapa sərt qaydalar tətbiq edəcəklər

Avropa İttifaqı (Aİ) "Meta" şirkətinə məxsus mesajlaşma və zəng tətbiqi vatsapı daha sərt tələblərin tətbiq olunduğu "Çox böyük onlayn platforma" kateqoriyasına daxil edib. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Aİ Komissiyası rəsmi açıqlama yayıb. Bildirilib ki, vatsapı

27 yanvar
.

Sabah bu ərazidə su kəsiləcək - Xəbərdarlıq

Sabah bəzi yerlərdə su olmayacaq. xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, yeni çəkilmiş magistral su xəttinin mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədar 29.01.2026-cı il tarixində saat 10:00-dan saat 22:00-dək görüləcək işlər çərçivəsind

28 yanvar
.

""Uşaq hüquqları haqqında" qanun 28 il bundan əvvəl qəbul edilib" - Hicran Hüseynova

"Uşaq hüquqları haqqında" yeni qanun layihəsi uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradacaq. xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova komitənin bugünkü iclasında "Uşa

28 yanvar
.

Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var

28 yanvar
.

Vətəndaşların bağlamaları günlərdir gömrükdə gecikir, narazılıq artır - ŞİKAYƏT

Son günlər bir sıra vətəndaşlara məxsus xaricdən sifariş edilmiş bağlamaların statusu ilə bağlı ciddi gecikmələr müşahidə olunur. -a müraciət edən vətəndaşlardan birinin iddiasına görə, bağlamaların gömrük prosesi günlərdir tamamlanmır və sistemdə heç bir yenilənmə aparılmır. Kargo şirkətləri vətəndaşlar

28 yanvar
.

Yeni Günəşli, Zabrat, Masazır, Saraya ne zaman metro xətləri çəkiləcək? - RƏSMİ

Paytaxtın mərkəzindən nisbətən uzaqda yerləşən Yeni Günəşli, Zabrat, Masazır, Saray və digər yaşayış massivlərinə metro xətlərinin çəkilməsi növbəti mərhələlərdə nəzərdən keçiriləcək. xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərd

28 yanvar
.

Azərbaycanda uşaqların sosial şəbəkələrə sərbəst girişinə qadağa qoyulmalıdır - Deputatdan TƏKLİF

"Uşaqlarla bağlı hazırlanan yeni qanun layihəsi bizə çətin vəziyyətdə olan uşaqların gələcəyini mühafizə etməyə yeni imkan verəcek". Bunu -a danışan deputat Cavanşir Paşazadə bildirib. Deputat qeyd edib ki "Uşaq hüquqları haqqında" yeni qanun layihəsində uşaq hüquqları sahəsində sistemli

28 yanvar