Azərbaycan Ermənistanda keçiriləcək COP17-də iştirak edəcək? - AÇIQLAMA

Azərbaycan Ermənistanda keçiriləcək COP17-də iştirak edəcək? - AÇIQLAMA"Ermənistan gələn il keçiriləcək BMT- nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransında (COP17) Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazır hazırdır".

Bu barədə Ermənistanın ətraf mühit naziri və COP17 təşkilat komitəsinin sədri Ambartsum Matevosyan 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir bildirib ki, 196 üzv dövlətin hamısına, o cümlədən Azərbaycana tədbirin tarixləri barədə məlumat verilib:

"Biz Azərbaycan nümayəndə heyətini qəbul etməyə hazırıq. Bütün üzv dövlətlərə tədbirin tarixləri barədə məlumat verilib. Hələlik rəsmi dəvət göndərilməyib, lakin yaxın gələcəkdə göndəriləcək. Düşünürəm ki, yüksəkvəzifəli şəxslərin və nazirlərin geniş iştirakı olacaq. Hansı ölkələrin təsdiqləyəcəyi, hansılarının təsdiqləməyəcəyi barədə danışmaq isə hələ tezdir".

Bəs görəsən Azərbaycanın Ermənistanda keçiriləcək bu tədbirdə iştirakı gözləniləndir?

Politoloq Tural İsmayılov bu barədə Sonxeber.az -a açıqlama verib:

"BMT-nin Bioloji Müxtəliflik üzrə Konvensiyasının 17-ci Tərəflər Konfransının (COP17) 2026-cı ildə İrəvanda keçirilməsi və Ermənistan rəsmilərinin Azərbaycanı bu tədbirə dəvət etməyə hazır olduqlarını bəyan etməsi Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın və "ekoloji diplomatiya"nın mühüm bir mərhələsidir. Politoloji nöqteyi-nəzərdən, Azərbaycanın bu tədbirdə iştirak ehtimalını qiymətləndirərkən bir-biri ilə sıx bağlı olan bir neçə strateji faktoru nəzərə almaq lazımdır. İlk növbədə, tərəflər arasında etimad quruculuğu tədbirləri çərçivəsində COP prosesləri artıq bir növ diplomatik mübadilə platformasına çevrilib. 2024-cü ildə Bakıda keçirilən COP29 ərəfəsində Azərbaycan və Ermənistanın qarşılıqlı jestləri, xüsusilə Ermənistanın Azərbaycanın ev sahibliyini dəstəkləməsi və əvəzində əsirlərin qaytarılması bu növ qlobal tədbirlərin sülh gündəliyinə birbaşa xidmət etdiyini göstərdi. Bu təcrübə 2026-cı ildəki COP17-nin də bənzər bir "qarşılıqlı iştirak" modeli ilə nəticələnə biləcəyini istisna etmir.
​Azərbaycanın Ermənistandakı tədbirdə iştirakı, ilk növbədə, iki ölkə arasında sülh müqaviləsinin imzalanması və ya sülh prosesində əldə olunacaq irəliləyişin səviyyəsindən birbaşa asılıdır. Əgər 2026-cı ilə qədər tərəflər arasında hüquqi müstəvidə sülh sənədi imzalanarsa və ya delimitasiya prosesində həlledici mərhələ keçilərsə, Bakının İrəvana nümayəndə heyəti göndərməsi artıq "tabu" olmaqdan çıxıb normal diplomatik prosedura çevrilə bilər. Digər tərəfdən, Azərbaycanın beynəlxalq statusu və BMT platformalarındakı aktivliyi onun bu cür tədbirlərdən kənarda qalmasını çətinləşdirir. Azərbaycan özü ekoloji sahədə qlobal liderliyə iddia etdiyi bir dövrdə Ermənistanda keçirilsə belə BMT-nin mühüm konfransında iştirak etməklə öz maraqlarını və regiondakı reallıqları birbaşa İrəvan tribunalarından səsləndirmək imkanı qazana bilər.
​Lakin burada təhlükəsizlik və status məsələsi hələ də həlledici olaraq qalır. Rəsmi Bakının iştirak qərarı nümayəndə heyətinin səviyyəsindən çox, Ermənistanın verəcəyi təhlükəsizlik zəmanətlərindən və tədbirin siyasiləşdirilməməsi öhdəliyindən asılı olacaq. Əgər İrəvan bu konfransı birtərəfli təbliğat platformasına çevirməzsə Azərbaycanın texniki və ya nazirlər səviyyəsində iştirakı tamamilə gözləniləndir. Nəticə etibarilə, COP17 Azərbaycan üçün Ermənistanla münasibətlərin normallaşma dərəcəsini sınaqdan keçirmək üçün bir "lakmus kağızı" rolunu oynayacaq və böyük ehtimalla, iştirak barədə son qərar regiondakı ümumi siyasi atmosferin temperaturuna uyğun veriləcəkdir".

Xatırladaq ki, COP17 konfransının 2026-cı il oktyabrın 18-30-da Ermənistanda keçirilməsi planlaşdırılır. Tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət rəhbərləri və nazirlərin geniş iştirakı gözlənilir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1667   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Lokal antiterror əməliyyatı Azərbaycanın və İlham Əliyevin qüdrətini bütün dünyaya göstərdi - ŞƏRH

"2023-cü il sentyabrın 19-20-də bir sutkadan da az davam edən lokal antiterror əməliyyatı nəticəsində Qarabağdakı bölücülüyə və Ermənistanın təcavüzünə birdəfəlik son qoyuldu. Eyni zamanda, Ermənistanın arxasındakı qüvvələrə açıq mesaj verildi ki, Azərbaycanla bu oyunlar dayandırılmalıdır və birdəfəli

19 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr