Vətəndaşların bağlamaları günlərdir gömrükdə gecikir, narazılıq artır - ŞİKAYƏT
Son günlər bir sıra vətəndaşlara məxsus xaricdən sifariş edilmiş bağlamaların statusu ilə bağlı ciddi gecikmələr müşahidə olunur.
Sonxeber.az -a müraciət edən vətəndaşlardan birinin iddiasına görə, bağlamaların gömrük prosesi günlərdir tamamlanmır və sistemdə heç bir yenilənmə aparılmır.
Kargo şirkətləri vətəndaşlara bildirilər ki, bağlamalarla bağlı prosedurlar hələ Dövlət Gömrük Komitəsi tərəfindən yekunlaşdırılmayıb və prosesin başa çatması üçün gözləmək lazımdır. Lakin narazılıq doğuran məqam ondan ibarətdir ki, bu vəziyyət artıq bir neçə gündür dəyişməz olaraq qalır.
Vətəndaşlar demək olar ki, hər gün kargo şirkətləri ilə əlaqə saxlayır, lakin aldıqları cavab dəyişmir: "Gözləyin, proses davam edir." Buna baxmayaraq, sistemdə nə hərəkət, nə də irəliləyiş görünür.
Bağlamaların gömrükdə günlərlə saxlanılması xüsusilə içərisində şəxsi istifadə əşyaları, sifarişlə alınmış məhsullar və ya vaxtında çatdırılması vacib olan mallar olan şəxslər üçün əlavə çətinlik yaradır.
Mövcud vəziyyət vətəndaşların haqlı narazılığına səbəb olub. Onlar bağlamaların gömrük prosedurlarının niyə bu qədər uzanması ilə bağlı rəsmi və aydın izah verilməsini gözləyirlər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 801 Tarix: 28 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda məktəbdə 7 şagird qoğaldan zəhərlənib - Fotolar
Aprelin 24-ü Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi baş verib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, həmin tarixdə qurumun "1003 - Çağrı Mərkəzi"nə zəhərlənmə ilə bağl
5 mayBakıda məhkum kamera yoldaşını qətlə yetirib
Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb. İş materiallarınd
6 maySirkə içən "Dr. Gülü"nün vəziyyəti necədir? - Açıqlama
Bakıda özünü "Dr. Gülü" kimi təqdim edən Gülbadə Abdullayeva haqqında yeni iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, yayılan məlumata görə, o, sirkə turşusu qəbul edərək özünü zəhərləyib və hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır. Məsələ ilə bağlı Klinik Tibbi Mərkəzə sorğ
6 mayReseptini özü kəşf etdi, 29 ildir eyni ədviyyatı satır
Türkiyənin Samsun şəhərində fəaliyyət göstərən bir ədviyyatçının illər əvvəl hazırladığı xüsusi ədviyyat qarışımı bu gün də böyük maraq görür. türk mediasına istinadən xəbər verir ki, məlumata görə, ədviyyatçı 3 illik uzun sınaq və araşdırmalardan sonra 29 müxtəlif məhsulun qarışığından ibarət resept
6 mayDostlarınızın sizi qısqandığını göstərən 11 əlamət
Qısqanclıq təbii bir hiss olsa da, güclü olduqda zəhərli hal ala bilər. Bəzi insanlar var ki, açıq-aşkar sizə qarşı səhv etməsələr də, bəzi şeylərin yolunda getmədiyini hiss edirsinizsə, bunun ən sadə izahı qısqanclıq ola bilər. Ölkə.Az xəbər verir ki, ABŞ-li sağlamlıq və qidalanma üzrə yazıçı Arian
6 mayMərkəzi Nəbatat bağında gənc rəssamların sərgisi keçirildi - Fotolar
Son illər ölkə başısı İlham Əliyevin diqqət və qayğısı sayəsində Bakının yeni istirahət parklari ilə zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Qlobal ekoloji böhran fonunda şəhərlərin qədimliyinin qorunması ilə yanaşı, müasirləşməsi və ətraf mühiti
6 mayPartlayışda xəsarət alan həkim öldü
Aprelin 30-u Milli Onkologiya Mərkəzində baş verən partlayışda xəsarət alan həkim-radioloq Asif Nəsirli vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu haqda Səhiyyə Nazirliyi məlumat yayıb. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib. "Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsini
5 maySon üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı
Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb. "Yeni Sabah"a istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, 2024-2026-cı illərdə həm kişilərin, həm də qadınların soyad seçim
5 may