Azərbaycanda uşaqların sosial şəbəkələrə sərbəst girişinə qadağa qoyulmalıdır - Deputatdan TƏKLİF

Azərbaycanda uşaqların sosial şəbəkələrə sərbəst girişinə qadağa qoyulmalıdır - Deputatdan TƏKLİF"Uşaqlarla bağlı hazırlanan yeni qanun layihəsi bizə çətin vəziyyətdə olan uşaqların gələcəyini mühafizə etməyə yeni imkan verəcek".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki "Uşaq hüquqları haqqında" yeni qanun layihəsində uşaq hüquqları sahəsində sistemli, mexanizm və icraedici normativ hüquqi baza yaradılması nəzərdə tutulur:

"Bu günə qədər uşaq hüquqlarına dair qanunvericilik bazasına əlavə və dəyişikliklər edilsə də arzuolunan nəticəni əldə etmək mümkün deyildi. Məhv buna görə də daha uşaqyönümlü, real icra mexanizminə və nəticə əsaslı normativ-hüquqi akta ehtiyac var. Uşaqlarla bağlı yeni qanun layihəsində uşaqların real müdafiəsini və icrasını təmin edir. Bu sənəd beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur, uşaq hüquqları sahəsində sistemli, mexanizm əsaslı və icraedici normativ hüquqi baza yaradacaq".

Deputat vurğulayıb ki, etiraf etmək lazımdır ki, qüvvədə olan "Uşaq hüquqları haqqında" qanun müasir tələblərlə uzlaşmır:

"Bu səbəbdən də müasir standartlara və sosial reallıqlara uyğun olan, güclü qoruyucu mexanizmləri nəzərdə tutan yeni qanuna ehtiyac var. Uşaqlarla bağlı hazırlanan yeni qanun layihəsi 8 fəsil, 63 maddədən ibarət olmaqla dövlət uşaq siyasətinin 6 məqsədini, dövlətin 9 əsas vəzifəsini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən 11 əsas mexanizmi və 33 uşaq hüquq və azadlığının dövlət təminatını əhatə edir.Qanun layihəsi uşaq hüquqlarının qorunmasında yeni risk sahələrini də nəzərə alır. Xüsusilə ilə də sosial şəbəkələrlə bağlı. Bele ki, qanun layihəsində İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayılması fonunda internet və informasiya-telekommunikasiya şəbəkələri vasitəsilə törədilən təhlükəli əməllər uşaqlara qarşı zorakılıq forması kimi tanınır. Ümumiyyətlə düşünürəm ki, uşaqların sosial şəbəkəyə sərbəst girişinə qadağa qoyulmalıdır. Mən uşaqlarin rahat şəkildə sosial şəbəkələrə görməsini doğru hesab etmirəm. Bu gün bir çox ölkələrdə uşaqların sosial şəbəkələrə girişinə qadağa qoyulub. Hetta onların hansı filmlərə baxması belə qanunla tənzimlənir. Təəssüf ki, bununla ölkəmizdə heç bir tənzimlənmə yoxdur. Hesab edirəm ki yeni qanun layihəsində bu kimi problemlər öz həllini tapacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 729   Tarix: 28 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Başqasının torpağında ev tikənləri hansı hüquqi təhlükə gözləyir? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Bəzən vətəndaşlar özlərinə məxsus olmayan torpaq sahəsində ev tikir, yaxud torpaq sahibinin razılığı ilə inşa etdikləri tikilinin sonradan hüquqi taleyi ilə bağlı problemlərlə üzləşirlər. Belə hallarda torpaq mülkiyyətçisinin həmin ev üzərində hər hansı hüququnun olub-olmaması, tikilinin sökülüb-sökül

18 noyabr
.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

Gürcüstanda 31 yaşlı azərbaycanlını cərəyan vurub öldürdü

Gürcüstanın Laqodexi bələdiyyəsində azərbaycanlı şəxs bədbəxt hadisə nəticəsində ölüb. "Qafqazinfo" xəbər verir ki, hadisə Yzybtala kəndində baş verib. Usta işləyən 31 yaşlı Əmrah Kazımov talvarın üzərini metal təbəqə ilə örtdüyü zaman ehtiyatsızlıqdan yüksəkgərginlikli elektrik naqillərin

18 noyabr
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16 noyabr
.

Evə buraxılan qadın xəstəxana həyətində öldü

Bakıda 65 yaşlı qadın xəstəxananın həyətində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Noyabrın 15-i saat 16 radələrində Maştağa qəsəbə sakini 1961-ci il təvəllüdlü Mətanət Ağasəlim qızı Məlikova qidadan (turşudan) zəhərlənərək xəstəxanaya yerləşdirilib. On

17 noyabr
.

"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video

Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk

18 noyabr
.

Həmkəndlisinin qulağını dişləyib qopardı

Qəbələ rayonu Dızaxlı kəndində qeyri-adi xuliqanlıq hadisəsi baş verib. -a istinadən xəbər verir ki, kənd sakini R.M. münaqişə zəminində həmkəndlisi, A.A-nın sol qulağını dişləyərək qoparıb. Məlumata görə, tərəflər arasında torpaq sahəsi ilə bağlı münaqişə yaranıb. R.M. saxlanılıb. Araşdırma aparılı

18 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ

17 noyabr