"Solovyova Putinin ali baş komandan kimi istefası haqda təklifi ona görə dedirtdilər ki..."
"Əvvəlcədən planlaşdırılmış hadisələri qabaqcadan deməklə Jirinovski xalqın gözündə, az qala, uzaqgörənlik simvoluna çevrilmişdi. Eyni ilə Solovyovun üzərinə də bu funksiyanı qoyub, onu yeni Jirinovski etmək istəyirlər..."
"Həm də bunu dedirtməklə, Rusiyada demokratiyanın olduğunu təqdim etməyə çalışır, dünyaya göstərmək istəyirlər ki, Rusiya daxilində demokratik proseslər dayanmayıb..."
"Sözsüz ki, Vladimir Solovyov Kremlin oyunçusudur və yalnız onun sözünü deyir. O, cızılan çərçivədən kənara çıxa bilməz. Bütün dünyada belə media oyunçuları var".
Bunu Moderator.az-a açıqlamasında "Sizcə, necə oldu, Putinin baş tele-ruporlarından biri olan Vladimir Solovyov bu günlərdə ad çəkmədən dedi ki, lazımdısa, ali baş komandanın da, yəni Putinin də istefasını təşkil edək? O, bunu Rusiyanın elitasındakı hansısa klanın göstərişi ilə etdi, yoxsa?" sualını cavablandırarkən siyasi analitik Tahir Cəfərli söyləyib.
"Yadınıza Jirinovskini salın. Kremlin ruporu idi. Bu gün də hamıya elə gəlir ki, o, uzaqgörən bir siyasətçi idi. Əvvəlcədən planlaşdırılmış hadisələri qabaqcadan deməklə Jirinovski xalqın gözündə, az qala, uzaqgörənlik simvoluna çevrilmişdi. Eyni ilə Solovyovun üzərinə də bu funksiyanı qoyub, onu yeni Jirinovski etmək istəyirlər. Onun Putunin ali baş komandan kimi istefası haqda dedikləri öz fikri deyil, sadəcə bu fikri ona görə dedirtdilər ki, dünyaya göstərilsin ki, Rusiyada Putinə qarşı müxalifət var və bu muxalifət onu yıxa bilər. Həm də bunu dedirtməklə, Rusiyada demokratiyanın olduğunu təqdim etməyə çalışır, dünyaya göstərmək istəyirlər ki, Rusiya daxilində demokratik proseslər dayanmayıb", -deyə davamında analitik diqqətə çatdırıb.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1537 Tarix: 30 sentyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrRegionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir
Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını
17 sentyabr"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür
"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa
20 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabr