Azərbaycanla Ermənistan arasında yenidən müharibə ola bilər? - AÇIQLAMA

Azərbaycanla Ermənistan arasında yenidən müharibə ola bilər? - AÇIQLAMASon günlər sosial mediada Ermənistanın yenidən silahlanması barədə xəbərlər yayılır. Ermənistanın KİV-ində bu barədə məlumatlar sızdırılıb. Məlumatda Hindistandan Ermənistana silah tədarükünə dair müqavilə imzalandığı bildirilib.

Bəs görəsən Ermənistanın bu addımı Azərbaycanla yenidən müharibəyə hazırlaşdığına dair bir mesajıdır?

Mövzu ilə bağlı Sonxeber.az – a danışan politoloq Turan Rzayev bildirib ki, indiki məqamda Ermənistanın silahlanması üçün heç bir əsas yoxdur:

"Ermənistan sülhdən bəhs etsə də təəssüf ki, yanaşmaları qalıcı sülhə xidmət etmir. Sülh müqaviləsi istədiklərini biz də başa düşürük, amma Ermənistan Azərbaycanın təklif etdiyi bəzi mənbələrdə 16, bəzi mənbələrdə 19 maddəli sülh sənədinin konkret 3 maddəsi ilə razılaşmır və bu maddələrlə razılaşmadan sülh müqaviləsinin imzalanmasını istəyir. Bu da diplomatik sferada prosesi dayandırır, irəliləyişə maneəçilik törədir. Azərbaycan birmənalı sülhün əldə edilməsini istəyir. Bunun üçün də Ermənistan sülh müqaviləsini imzalamalıdır. Amma Ermənistanın mövcud razılaşdırılmış bəndlər əsasındakı sülh müqaviləsi tələbi hiyləgər addımdır. Bu prosesin ilkin etabının çiy bitməsinə gətirib çıxarır və gələcəkdə münaqişənin alovlanması üçün açıq arqumentlər yaradır. Buna görə də rəsmi Bakının bu məsələdəki mövqeyi doğrudur.

Ermənistan intensiv şəkildə silahlanır və bu silahlar heç də müdafiə xarakterli deyillər. Onların içərisində kütləvi qırğın və hücum silahları mövcuddur. Belə olan təqdirdə Azərbaycan da yenidən silahlanma barədə düşünür. Biz onsuz da ordumuzu yeniləyirik amma daha intensiv silahlar əldə etmək barədə addımlar atıla bilər. Çünki silahlanmanın bir adı var – regionda yeni eskolyasiyanın yaranması. Ermənistanın silahlanması buna gətirib çıxarır. Məntiqlə indiki məqamda Ermənistanın silahlanması üçün heç bir əsas yoxdur. Amma buna baxmayaraq Ermənistan tərəfi silahlanır və bu silahlanma prosesini başda Fransa Hindistan olmaqla müxtəlif ölkələr üzərinə götürüb. Onlar silahları ya çox ucuz ya da pulsuz verirlər. Bu da öz növbəsində diplomatik sferadakı atmosferi gərginləşdirir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 5529   Tarix: 08 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr
.

Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

Azərbaycan TDT-nin inkişafında fəal rol oynayan ölkələrdən biridir - AÇIQLAMA

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi və üzv ölkələrin təhlükəsizlik strukturlarının nümayəndələrini qəbul edib. Görüş zamanı TDT-nin inkişafı, təhlükəsizlik, nəqliyyat, enerji və iqtisadi əməkdaşlığın genişləndirilməs

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr