Metro stansiyalarından birinə "İrəvan" adı verilir? – AÇIQLAMA
İrəvan Azərbaycanın tarixi torpağı olsa da, bu gün Ermənistanın paytaxtı və beynəlxalq hüquqla tanınan ərazisidir. Son günlər sosial şəbəkələrdə Azərbaycanda "İrəvan" adlı metrostansiya yaratmaq və ya küçələrdən birinə "İrəvan" adını vermək barədə müzakirələr gedir. Bəs görəsən bu təkliflər reallaşa bilərmi?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, bu addım indiki məqamda sülh prosesinə zərər verə bilər:
"Belə bir addım xüsusi ilə indiki məqamda sülh prosesinə zərər verə bilər. Əgər Ermənilərin Qarabağa ərazi iddiası etməsini istəmiriksə bu tipli ritoikadan uzaq durmalı, sülh prosesi boyunca maksimum konstuktiv olmalıyıq. Əlbəttə ermənistan tərəfinin nazı ilə oynayaq ya da provakasiyalarına cavabsız qalaq demirəm. Xüsusi ilə bu tipli addımlara ehtiyac görmürəm. Əgər Ermənistan İrəvanda Laçın, Şuşa, Xankəndi və ya Bakı stansiyası açsa, bu halda biz də eyni cür cavab verə bilərək. Amma bu baş vermədən bizim ortada heç nə yox ikən belə bir təşəbbüs irəli sürməyimiz heç bir müsbət divident vədd etmir. Onsuz da Azərbaycanda Qərbi Azərbaycan icması fəaliyyət göstərir və bu icma başlı-başına bir mesaj və təzyiq elementidir. Ölkə başçısı prezident İlham Əliyevin də dediyi kimi Qərbi Azərbaycanlılar öz ata-baba yurdlarına gec-tez qayıdacaq, amma biz bunu mühairbə ilə etməyəcəyik.
O ki, qaldı hansısa küçəyə ad verilməsinə - bu mümkündür. Misal üçün bakıda İzmir Parkı, Tblisi prospekti, Təbriz küçəsi və s var. İrəvan da ola bilər. Amma burada bir mühüm detal var. Biz hansıa parka küçəyə prospektə adını verdiyimiz şəhərə ərazi iddiası etmir ya da həmin şəhərin aid olduğu ölkə ilə mühairbə vəziyyətidə deyilik. Yəni dinc dövrdə dostluq nişanəsi olaraq bu addımı atırıq. İndiki məqamda Ermənistanla belə bir şey etmək mümkün deyil. Sülh olarsa, bunu sinvolize etmək məqsədi ilə bu təşəbbüsü gerçəkləşdirmək olar".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 3629 Tarix: 16 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr