CO29 Azərbaycana hansı töhvələri verəcək? - AÇIQLAMA
Azərbaycanda ilk dəfə baş tutacaq COP29 çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80–100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. 11–24 noyabr tarixlərində baş tutacaq tədbirə az qalıb. Bəs, COP29 Azərbaycana hansı töhfələri verəcək?
Mövzu ilə bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirdi ki, Azərbaycan COP29-la dünyada baş verən iqlim dəyişiklikləri ilə bağlı proseslərə töhvələrini verəcək:
"Öncəliklə qeyd edək ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın göstəricisidir. Dünyanın əksər ölkələri bu tədbirin Azərbaycanda keçirilməsi üçün səs verdilər. Bu da Azərbaycanın əldə etdiyi nüfuzunun və uğurun göstəricisidir. Sözügedən tədbirin keçirilməsi ilə Azərbaycanın dünyada nüfuzu daha da artacaq və tanınacaq. Həmin dövrdə bütün dünya mətbuatının mediyası Azərbaycandan bəhs edəcək. Eyni zamanda bu yeni əməkdaşlıqların qurulması, xarici dövlətlərlə əlaqələrin gücləndirilməsi baxımından da önəmlidir. Bu bir daha onu göstərəcək ki, Azərbaycan dünyada baş verən iqlim dəyişikliyi ilə bağlı proseseslərə öz töhfəsini vermək istəyir. Azərbaycan ölkəsi və prezidenti iqlim dəyişiklikləri ilə bağlı məsələlərə biganə deyil. Bu bir prioritet məsələdir ki, bizi də düşündürür və narahat edir. Ölkəmiz bu prosesə töhvə vermək üçün davamlı olaraq səy göstərir. Burada söhbət çoxlu sayda ölkə rəhbərinin, ayrı-ayrı şəxslərin ölkəmizə səfər etməsindən, tanış olmasından, Azərbaycan reallıqları ilə birbaşa təmasda olmasından gedir. Bu isə təbii ki, bizim ümumi amala, məqsədimizə və qarşımıza qoyduğumuz hədəflərə öz töhvəsini birmənalı olaraq verir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 2974 Tarix: 16 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"
"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir
17 sentyabrPrezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Şamaxı rayonuna səfər ediblər. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı və birinci xanım Ümummilli Lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrTürk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrPrezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident
17 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabr