Reels videolarını daim İZLƏMƏYİN – TƏHLÜKƏLİDİR!

Reels videolarını daim İZLƏMƏYİN – TƏHLÜKƏLİDİR!Qısa videoların (Reels, Shorts) daimi izlənməsi insanın ağıllı düşünmə qabiliyyətini azalda bilər. Müasir dövrdə bir dəqiqəyə qədər olan videolar daha çox populyarlıq qazanır. Bu səbəbdən "beyin çürüməsi" (ingiliscə "brainrot") termini getdikcə daha çox işlənməyə başlanılıb.

BAKU.WS Life.ru-ya istinadən xəbər verir ki, hətta Oksford İngilis dili lüğəti bu termini 2024-cü ilin ən popular sözü kimi təqdim edib.

Bu terminin niyə belə məşhurlaşdığını psixiatr Vasili Şurov açıqlayıb.

Həkimin sözlərinə görə, əvvəllər heç kim bu cür videolara iki saat, dayanmadan baxmırdı.

"Reels tipli mənasız qısa videoların əsas təhlükəsi rəqəmsal asılılıqdır," - deyə Şurov Life.ru-ya bildirib.

O, izah edib ki, kadrların sürətlə dəyişməsi rəqəmsal şirkətlərin yaratdığı asılılıqdır. Beyin yeni və maraqlı bir şey axtarır, nəticədə isə yalnız "dopamin partlayışı" əldə edir. İnsanlar da bu videolarla xoşbəxt olduqlarını zənn edirlər. Beləliklə, qısa videolar insanın əqli fəaliyyətini həqiqətən də zəiflədə bilər.

Xüsusilə, saatlarla qulaqlıqlarla video izləyən insanların beyni daha çox zərər görür. Burada artıq videoların məzmununun heç bir əhəmiyyəti yoxdur.

Qeyd edək ki, son araşdırmalardan birində alimlər müəyyən ediblər ki, gündə dörd saat qulaqlıq istifadə etmək beyində geri dönməyən dəyişikliklərə səbəb ola bilər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1139   Tarix: 04 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qiyamət ssenarilərinin səhv başa düşülən qalası - Svalbard

Şimal Qütb dairəsində yerləşən Svalbard Qlobal Toxum Anbarı populyar mədəniyyətdə tez-tez "qiyamət sığınacağı" kimi təqdim olunsa da, əslində onun əsas məqsədi dünya üzrə kənd təsərrüfatı biomüxtəlifliyini qorumaq və toxumların ehtiyat nüsxələrini saxlamaqdır. Qaynarinfo xəbər verir ki, buzlaqları

6 iyul
.

Etnanın tarixdə ən dağıdıcı püskürmələri: İnlar yenidən baş verə bilərmi?

Siciliya adasında yerləşən Etna vulkanı Avropanın ən hündür və ən fəal vulkanlarından biri hesab olunur. Alimlər son 2 500 il ərzində onun yüzlərlə püskürməsini qeydə alıblar. Onların əksəriyyəti nisbətən zəif olsa da, bəzi püskürmələr bölgənin tarixində ciddi iz buraxaraq şəhərləri, əkin sahələrin

9 iyul
.

İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb

İranın bu marşrut üzərində nəzarəti sərtləşdirməsi səbəbindən bazar günü Oman sahilləri boyunca Hörmüz boğazından keçən gəmilərin sayı minimuma enib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində deyilir. Daha əvvəl agentlik qeyd etmişdi ki, cümə günündən şənbə günün

5 iyul
.

Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək

Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır

5 iyul
.

Estoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb

Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir. "Report" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. Mixala dəstəyin əvvəlk

5 iyul
.

Yer Günəşdən maksimum uzaqlaşacaq

İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,

6 iyul
.

Çoxlarının bilmədiyi tarixi fakt: Selsi şkalasının bugünkü formasını əslində kim yaradıb?

Dünyada milyardlarla insan hər gün Selsi temperatur şkalasından istifadə etsə də, onun bugünkü formasının müəllifinin əslində Anders Selsi olmadığını çox az adam bilir. Qaynarinfo xəbər verir ki, müasir Selsi şkalası ilk yaradıldığı variantdan xeyli fərqlənir və onun bugünkü formasının yaranmasında isveçl

7 iyul
.

İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi

İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib. xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev "Qaley SAXAL" hərbi radiosuna müsahibəsində təsdiqləyib. "BƏ

5 iyul
.

Alimlər hər gün havaya mikroskopik qızıl kristalları püskürən vulkan tapdı

Alimlər Antarktidada yerləşən bir vulkanda qeyri-adi təbiət hadisəsini araşdırıblar. Qaynarinfo "Indian Defence Review"ə istinadən xəbər verir ki, vulkan hər gün atmosferə mikroskopik ölçülü saf qızıl kristalları buraxır. Söhbət Yer kürəsinin ən cənubda yerləşən aktiv vulkanı olan Erebusda

9 iyul