"Ermənistan müharibə yolundan birdəfəlik imtina etməlidir" - Bəhruz Quliyev
Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dekabrın 10-da Ermənistan-Fransa strateji müdafiə əməkdaşlığı üzrə məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı 2024-cü ildə görülən işlərin yekunları və növbəti il üçün planlar müzakirə edilib və 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb. Məsləhətləşmələr zamanı tərəflər, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Məsələyə ilə bağlı Sonxeber.az-a danışan SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib ki, Cənubi Qafqazı yenidən qarışdırmaq Fransanın əsas prioritetidir: "Məğlub Ermənistanı silahlandırıb növbəti müharibəyə sövq etmək cəhdi nəticəsiz başa çatacaq. Fransa-Ermənistan əməkdaşlığının genişləndirilməsi və proseslərin hərbi əməkdaşlıq müstəvisinə keçidi ondan xəbər verir ki, rəsmi İrəvan sülhə doğru getmək əvəzinə əksinə hərbi sistemini gücləndirir. Buradan sual ortaya çıxır. Ermənistanın bu addımları atmaqda məqsədi nədir? Hərbi texnikanın Hindistandan, Fransadan, eləcə də digər dövlətlərdən Ermənistana daşınması revanşizmə işarədir, yoxsa sülhə doğru aparan yoldur? Rəsmi İrəvanın əməllərində bu tipli təxribat xarakterli, sülhə əngəl ola biləcək problemlər dayanır. Bu mənada da sülh prosesi hələki gecikdirilir. Heç şübhəsiz ki, bu Ermənistanın əsl simasının və xislətininin göstəricisidir. Uzun illərdir ki, Ermənistan tərəfi bu cür münasibət sərgiləyib".
Bəhruz Quliyev əlavə edib ki, Ermənistan tərəfi məntiqli davranmalı, müharibə yolundan birdəfəlik imtina etməlidir: "Bu yoldan imtina etməsə, bir dövlət kimi məhvə sürüklənəcək və yeganə çıxış yolu da qonşularla normal münasibət, sülh, inkişaf yaratmaqdır. Fransa və digərlərinin fitnəsi ilə müharibəyə girmək fəlakətə sürüklənmək, məhv olmaq deməkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Dünyanın ən zəngin futbolçularından biri klubsuz qaldı
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)