Ərinin telefonunda gördüyü mesaj ölümünə səbəb oldu
Adanada 23 yaşlı qadın mübahisə zamanı ərinə məxsus silahla vurulub.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, hadisə Adananın Sarıçam mahalında baş verib. Belə ki, Günay Sena S. 2 il əvvəl evləndiyi İbrahim S.-nin mobil telefonunda bir qadının mesajını görüb və onların aralarında mübahisə yaranıb.
Mübahisə zamanı İbrahim S.-yə məxsus silahla sinəsindən vurulan Günay Sena S. ağır yaralanıb.
İbrahim S. həyat yoldaşına ilkin tibbi yardım göstərib. Daha sonra evə polis və təcili tibbi yardım çağırıb. Evə gələn həkimlər qadını xəstəxanaya çatdırıb. Amma bütün müdaxilələrə baxmayaraq qadın hadisə yerində dünyasının dəyişib.
Polis tərəfindən saxlanılan İbrahim S. ifadəsində "Həyat yoldaşım telefonumda bir qadının mənə mesaj yazdığını görüb. Buna görə də əsəbiləşərək silahımı götürüb özünü vurdu. İntihar etdi, mən öldürmədim", - deyə bildirib.
Günay Sena S.-nin ailəsi İbrahim S.-nin qızlarını öldürdüyünü bildirərək cinayət işi açıb. Ailə qızlarının əvvəllər də bir neçə dəfə əri tərəfindən döyüldüyünü bildirib.
İbrahim S. ifadəsindən sonra sövq edildiyi ədliyyədə həbs edilib.
İstintaqın sonunda hadisənin intihar, yoxsa qətl olduğu məlum olacaq.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1753 Tarix: 13 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşaqlıqdan tanış olan iki qadın illər sonra bacı olduqlarını öyrəndi
Hindistanın Mumbay şəhərindəki iki fərqli uşaq evindən 1980-ci illərin əvvəllərində övladlığa götürülən Meena Geltink və Minal Tijssen illər sonra Hollandiyada bir-birlərinin doğma bacısı olduqlarını öyrəniblər. xarici mediaya istinadla xəbər verir ki, hazırda 43 və 44 yaşlarında olan qadınlar yeniyetməli
24 sentyabrGöygöldə qadın qətlə yetirildi, əri şübhəli bilinir
Göygöldə qətl hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini olan orta yaşlı kişi arvadına küt alətlə zərbə endirib. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəl
20 sentyabrBakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib
Bakıda avtoxuliqanlıq edən motosiklet sürücüsü 15 gün inzibati qaydada həbs edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkə
12 sentyabrZabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb - VİDEO
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb. Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:. "Atam, anam və övladımın qəbrini su basıb. Məsəl
12 sentyabrÖtən gün axtarışda olan 114 nəfər saxlanılıb
Azərbaycanda sentyabrın 11-də axtarışda olduğuna görə ümumilikdə 114, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmçinin ölkə ərazisində qeydə alınan 45
12 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabrİş adamının nəvəsi ehtiyatsızlıqdan qonşunu güllələdi
Ağdaşda silahlı insident baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəng
21 sentyabr