Dünyanın ən bahalı iPhone-u satışa çıxarıldı - VİDEO
Birləşmiş Ərəb Əmirliklərində yerləşən dəbdəbəli smartfon şirkəti Caviar inqilabi addım ataraq indiyə qədər istehsal olunmuş ən bahalı iPhone 16 Pro Max modelini yaratdı.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Caviar-ın "Böyük", "Qorxulu" və "Möhtəşəm" kimi xarakterizə etdiyi yeni model qiymətli daşlarla bəzədilmiş xüsusi dizaynı ilə diqqət çəkir.
Tarixi şəxsiyyətləri simvolizə edən detalları bir araya gətirən arxa örtük Qanuni Sultan Süleyman, Böyük Karl və İvan Dəhşətli kimi ikonik hökmdarların taclarından ilhamlanıb.
Tacın arxa tərəfində Sultan Süleymanın qızıl dəbilqəsi, Böyük Karlın Roma İmperator tacının zərif daşları və İvan Dəhşətlinin Monomax papağından ilhamlanmış xaç var.
Dizaynında 1 kilodan çox qızıldan istifadə edən Caviar, 750 dərəcədə işlənmiş bu telefona 402 almaz, yaqut və sapfir əlavə etdi. Həqiqi dəri üzərində yerləşdirilmiş qiymətli daşlar iPhone-a dəbdəbəli görünüş verib. Arxa qapağın tərtibatında botanika motivlərinə və Şərq estetikasına üstünlük verilmişdir.
Cəmi 3 ədəd istehsal edilən bu xüsusi iPhone 16 Pro Max, Caviar-ın 'Corona' kolleksiyasının ən nadir hissələrindən biri kimi təqdim edilib.
Telefonun qiyməti 301 min 979 dollar olaraq açıqlanıb.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3047 Tarix: 13 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də atışma baş verib: Xəsarət alanlar var
Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind
5 iyulAlimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər
İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş
8 iyulPaşinyan: Yeni konstitusiyanın qəbulu hökumətin gündəmində qalır
Ermənistanın yeni konstitusiyasının qəbulu hakim "Vətəndaş müqaviləsi" Partiyasının gündəmində qalır. "Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü ilə əlaqədar xalqa müraciətində bildirib. O, ölkə konstitusiyasının zamanın çağırışların
5 iyulİldə 32 milyon turist: Sinqapurun iddialı layihəsinin detalları açıqlandı
Sinqapur hakimiyyəti əyləncə adası Sentosa və ona bitişik Pulau Brani adasının genişləndirilməsini nəzərdə tutan irimiqyaslı yenidənqurma layihəsini təqdim edib. RBK-ya istinadən xəbər verir ki, plana əsasən, hər iki ada "Böyük Sentosa" adlı nəhəng turizm zonasına çevriləcək. Layihəyə əsasən
5 iyulBritaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək
Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək
9 iyul