"Repititor hazırlığı şagirdləri məktəb dərslərindən uzaqlaşdırır" - AÇIQLAMA

"Repititor hazırlığı şagirdləri məktəb dərslərindən uzaqlaşdırır" - AÇIQLAMABu gün həm şagirdllərin həm də valideyinlərin narahat olduğu məsələlərdən biri dərsdən əlavə repititor hazırlığıdır. Belə ki, valideyinlərin əksəriyyəti repititor hazırlıqlarının şagirdləri dərslərdən uzaqlaşdırdığını bildirir.

Bəs görəsən repititor hazırlıqları şagirdlərin məktəb dərslərinə necə təsir edir?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sonxeber.az – a açıqlama verib:

"Bu məsələ uzun illərdir müzakirə olunur. Repititorluğun funksiyası dünya təcrübəsində biraz fərqlidir. Bir müəllimin öz xidmətini satması prosesinə repititorluq deyilir. Amma bizdəki repititorluq məktəbi ikinci plana salınır. Bunun səbəbi təəssüflər olsun ki, bizim təhsildə iki tədris proqramı fəaliyyət göstərir. Biri rəsmi, digəri qeyri-rəsmi. Rəsmi olan Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi ümumitəhsil müəssiələri üçün tədris proqramıdır. Qeyri-rəsmi olan isə Dövlət İmtahan Mərkəzinin qəbul sualları üçün düşünülmüş "qəbul proqramı"dır. Çünki, bunlar arasındakı fərq yerlə göy qədərdir.
"Repititor hazırlığı şagirdləri məktəb dərslərindən uzaqlaşdırır" - AÇIQLAMABizdə repititorlar məktəblər üçün nəzərdə tutulmuş vahid tədris proqramı ilə Dövlət İmtahan Mərkəzinin ali məktəbə qəbul imtahanı üçün təqdim etdiyi proqramın arasındakı uçurumu bilir. Buna görə də şagirdləri normalda öyrənilməli olan proqram əsasında deyil, qəbul imtahan suallarının tələb etdiyi istiqamətdə hazırlayırlar. Onlar bu yolla şagirdləri məktəbdən uzaqlaşdırırlar. Məktəb dərsləri vahid tədris proqramına uyğundur. Amma çox təəssüflər olsun ki, Dövlət İmtahan Mərkəzinin sualları tamam fərqli proqramın tələblərinə uyğun hazırlanıb. Bundan tam əmin ola bilərsiniz. Belə olan halda şagird təbii ki, dərslərdən uzaqlaşır. Çünki onun başqa seçimi, çıxış yolu qalmır"

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3562   Tarix: 13 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr