"İşğaldan azad edilən ərazilərdə ermənilər tərəfdən yerləşdirilən minalar çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir" - DEPUTAT

"İşğaldan azad edilən ərazilərdə ermənilər tərəfdən yerləşdirilən minalar çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir" - DEPUTATMüharibənin bitməsindən 4 ildən vaxt keçsə də Ermənistan hələ də minalanmış ərazilərin düzgün xəritəsini təqdim etməkdən boyun qaçırır. Bu da təbii ki, soydaşlarımızın öz doğma yurdlarına qayıtmasını gecikdirir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda mina təhlükəsi davam edir. Azərbaycanda mina qurbanlarının sayı 3 min 400 nəfərdən çoxdur. Ölkəmizdə mina qurbanlarından 359 nəfəri uşaq, 38 nəfəri qadındır: "2020-ci il noyabrın 10-dan bu günədək 382 nəfər mina partlayışının qurbanı olub. Nəticədə 70 nəfər həlak olub, 312 nəfəri xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan isə 143-ü mülki şəxslərdir.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində ermənilər tərəfdən yerləşdirilən minalar müdafiə xarakterli deyil və hərbi texnikanın sıradan çıxarılmasından daha çox çoxsaylı insan ölümünün baş verməsinə xidmət edir:

"Ermənilər nəinki təminat yollarına, bütövlükdə insan ayağının dəyə biləcəyi hər yerə xüsusi kombinasiyalarla həssaslığı təmin olunan minalar quraşdırıblar ki, Azərbaycan vətəndaşlarını mümkün qədər daha çox itkiyə məruz qoysunlar və minaya düşən şəxslərin sağ qalmaq ehtimalı olmasın. Minaların zərərsizləşdirilməsi zamanı tank əleyhinə minaların üzərinə piyada əleyhinə minaların qoyulması da bunu sübuta yetirir.

Burada Ermənistanın hərbi-cinayətkar ünsürləri iki məqsəd güdüblər. Bunlardan birincisi, minaların daha həssas olması və cüzi toxunuşla nəinki toxunan subyektə, daha geniş ərazidəki canlı qüvvəyə, mülki şəxslərə və texnikaya ziyan vurması və piyadalar əleyhinə minalardan istifadə edilməsinin ört-basdır edilməsi. Məlumdur ki, piyadalar əleyhinə minaların partlayışdan sonra partlayış qüvvəsi altdakı tank əleyhinə minaları işə salır və partlayışdan sonra piyadalar əleyhinə minalardan istifadə edildiyini sübuta yetirmək çətin olur.

Qeyd edim ki, Ermənistan piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyaya (Ottava müqaviləsi) qoşulmasa da, sözügedən sənədin müddəalarının istisnasız olaraq bütün ölkələr tərəfindən yerinə yetirilməsi zəruridir. Ermənistan həm də bu baxımdan, yəni Piyadalar əleyhinə minaların qadağan edilməsi haqqında Konvensiyanın yurisdiksiyası altına düşməmək üçün piyada və tank əleyhinə minaların kombinasiyasını yaradaraq tətbiq edib ki, bu da sözügedən ölkənin əsas məqsədinin azərbaycanlıları məhv etmək, soyqırımına məruz qoymaqdan ibarət olduğunu sübuta yetirir".

Deputat vurğulayıb ki, bir qayda olaraq, nizami ordular bu tip "sürpriz-minalar"dan istifadə etmirlər:

"Belə minalardan adətən diversiya terror aktları zamanı istifadə olunur və bu, Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir. Buna nümunə olaraq, vaxtilə İŞİD terror təşkilatının nəzarətə keçirdiyi ərazilərdə tətbiq etdiyi mina "kombinasiyalarını" xatırlatmaq yetərlidir.

Xatırladım ki, Ermənistanda hələ sovet dövründən tank və piyadalar əleyhinə mina istehsal edən zavod fəaliyyət göstərib. Görünür SSRİ-nin hərbi-sənaye kompleksinə rəhbərlik edən şəxslər ermənilərin torpağın altında tələlər qurmaqda, hiylə işlətməkdə və digər xırda-para biliklər ilə "mahir" olduqlarını, klassik goreşənlikləri ilə nəzərə alıblar.
SSRİ-nin süqutundan sonra zavod həm Ermənistan ordusunun, həm də KTMT üzvü olan bəzi dövlətlərin sifarişi ilə, onları TM-62 və TM-57 minaları təmin edib.

44 günlük müharibə dövründə diqqət çəkən məqamlardan biri də Ermənistanda tank və piyadalar əleyhinə mina istehsalının sürətlə artması idi. Doğrudur, bununla bağlı məlumatların heç birində piyadalar əleyhinə minaların istehsalından danışılmırdı. Amma minaların zərərsizləşdirilməsi prosesində, TM-62 və TM-57 minaları ilə yanaşı, PMN-2 – piyadalar əleyhinə minalarla qarşılaşmaları da sübuta yetirir ki, Ermənistan hələ də qadağan edilmiş minaların istehsalı ilə məşğuldur".

Deputat söyləyib ki, Ermənistanın Azərbaycan tərəfinə təqdim etdiyi minalanmış ərazilərin xəritələrinin qeyri-dəqiqliyi, bu ölkənin məqsədinin Azərbaycanın daha çox dinc sakinini öldürməkdən ibarət olduğunu sübuta yetirir:

"Minaların xaotik şəkildə basdırıldığı barədə nəzəriyyələr isə boşboğazlıq və məsuliyyətdən yayınmaq cəhdindən başqa bir şey deyil. Çünki ermənilər 30 ilə yaxın işğal altında saxladıqları Azərbaycan ərazilərinin təbii sərvətlərini istismar edib, əkin sahələrindən, otlaqlardan yararlanıblar. Bu isə o deməkdir ki, Ermənistanda minalanmış ərazilərin dəqiq xəritəsi var və bu terrorçu ölkə məqsədyönlü şəkildə dəqiqliyi 25% təşkil edən xəritələri Azərbaycana təhvil verir ki, daha çox insanın ölümünə zəmin yaransın, işğaldan azad edilmiş ərazilərimizdə quruculuq, bərpa işləri mümkün qədər ləngisin, azərbaycanlılar öz doğma yurdlarına tez bir zamanda qayıda bilməsinlər.

Bu, Ermənistan tərəfindən dövlət səviyyəsində həyata keçirilən terrordur. Ermənilərin XIX əsrin sonlarında, XX əsrin əvvəllərində yaratdıqları QNÇAK və Daşnaksutyun kimi terroru mübarizə üçün əsas vasitə seçən təşkilatların, onların davamçıları olan Njde, Dro kimi faşistlərin, ASALA və digər erməni terror təşkilatlarının vəhşi terrorçu "ideologiyası" müasir Ermənistanın siyasətinin təməlini təşkil edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2921   Tarix: 13 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 10:46-da qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 15 kilometr dərinlikdə yerləşib

24 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA

Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələrinin hər zaman üst-üstə düşməməsi təhsil sahəsində müzakirə olunan məsələlərdəndir. Məktəbdaxili qiymətləndirmə ilə imtahanlarda tətbiq olunan qiymətləndirmə üsulları, meyarlar və tapşırıq formatları arasında fərqlər bu nəticələrə təsir göstər

25 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr