Cavanşir Bayramov: "Azərbaycanın turizm potensialı beynəlxalq səviyyədə daha geniş tanıdılacaq"
Azərbaycanın turizm potensialı beynəlxalq səviyyədə daha geniş tanıdılacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Turizm Bürosunun sədr müavini Cavanşir Bayramov Dövlət Turizm Agentliyi və "Şahdağ" Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 2024-cü ilin turizm yekunlarına və qış mövsümünün açılışına həsr olunmuş mediaturda deyib.
O, turizm sektorunda müşahidə edilən müsbət dinamika, atılan yeni addımlar və qarşıdakı hədəflər barədə məlumat verib: "Ölkəmizin turizm potensialının inkişafı və beynəlxalq bazarlarda daha geniş tanıdılması məqsədilə müxtəlif istiqamətlərdə genişmiqyaslı işlər görülür. Hazırda Azərbaycanın qış turizm kompleksləri – Şahdağ, Tufandağ və Ağbulaq – turistlərə müxtəlif unikal təcrübələr təqdim edir. Dağ əyləncələri, kanat yolları, buzda maşın sürmə kimi fərqli fəaliyyətlər böyük maraq doğurur".
C. Bayramov beynəlxalq bazarlarda turizm təbliğatının gücləndirilməsi istiqamətində atılan addımları da vurğulayıb: "Bu il Hindistan və Çində turizm nümayəndəliklərimiz fəaliyyətə başlayıb. Eyni zamanda, Moskvada yeni ofisimiz açılıb və 2025-ci ilin ilk yarısında İstanbulda daha bir nümayəndəlik açılacaq. Bu addımlar Azərbaycanın beynəlxalq turizm bazarında mövqeyini möhkəmləndirəcək, işgüzar əlaqələri genişləndirəcək və yeni bazarların dinamikasını yaxından izləməyə imkan verəcək."
O, həmçinin turizmin iqtisadiyyatla yanaşı, mədəni əlaqələrin inkişafına da töhfə verdiyini qeyd edib: "Turizm yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də mədəniyyətlərarası dialoqu gücləndirən mühüm amildir. Ölkəmizə gələn turistlər Azərbaycan xalqının mehribanlığı və qonaqpərvərliyini hiss edərək, müsbət təəssüratla ayrılırlar. Bu, ölkəmizin beynəlxalq imicinin daha da güclənməsinə xidmət edir."
Qeyd edib ki, qarşıdakı illərdə turizmin inkişafı ilə bağlı tədbirlər davam etdiriləcək, yeni layihələr həyata keçiriləcək və Azərbaycanın turizm potensialı daha geniş səviyyədə tanıdılacaq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Ətin qiyməti ilə bağlı ŞAD XƏBƏR
XƏBƏRDARLIQ! Bu tarixdən havanın temperaturu KƏSKİN DƏYİŞƏCƏK
Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək
Azərbaycanda internet BAHALAŞDI - YENİ QİYMƏT
Su qiymətinə alırdıq, indi 100 MANATA SATILIR - VİDEO
Azərbaycanda 12 uşağa görün nə adı qoyulub?
Evdən çıxmazdan əvvəl eyvana PLASTİK BUTULKA BAĞLAYIN
İşıq pulunu tam ödəyənlərə niyə yenidən məbləğ yazılır? - SƏBƏBİ BƏLLİ OLDU
Azərbaycanın əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO
XƏBƏRDARLIQ! Bakıda güclü külək əsəcək, yağış yağacaq - BU TARİXDƏ
Yağışların müharibə ilə əlaqəsi varmı? - Alimlər nöqtəni qoydular
Mayın qeyri-iş günləri AÇIQLANDI - DƏYİŞİKLİK VAR
Nazirdən ƏMR: Məktəblər və universitetlər BU TARİXDƏ onlayn rejimə keçir
Azmərtəbəli binalarla bağlı YENİ QAYDA
Dollar saxlayanlara şad XƏBƏR