Vüsalə şəxsi həyatından danışdı
"Son zamanlar bu sözdən utanıram desəm, məni qınamayın: hər sevgilisindən, ərindən ayrılan bəzən heç qarşı tərəfin xəbəri belə olmadan uşağı dünyaya gətirib yanına alır. Bəziləri isə lap betər. Əri olduğu halda gizli, yüngül həyat tərzi yaşayıb, "mən güclü qadınam" deyir. Nə savad, nə sənət var. Bir peşənin sahibi deyil. Nəyinlə güclü qadın olursan, bəs?".Bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən yazıb. O, övladını tək böyütməsi haqda yazılanlara münasibət bildirib:
"Bu, bir ayrı mövzudur. Təbii ki, bu, hər kəsə aid deyil. Övladı ilə tək qalan qadının birinci işi onu qorumaq olmalıdır. O xahiş etməmişdi ki, məni dünyaya gətir. Sən bunu anladığın anda, məcburiyyətlərini də dərk edirsən. Ya sənətin, diplomun, işin, ya da öhdəsindən gələ biləcəyin bir peşən, qazanc yerin mütləqdir. Ümidlərlə yaşam olmaz. İkinci, heç kimin əsiri, köləsi, əlinə baxan, "vay bu gedərsə, mən nə yeyib içərəm" qorxusu ilə yaşayacaq biri olmamalısan. Qazancının altında yaşam tərzi seçməlisən, üstündə yox. Ev, maşın, geyim, yemək, restoran, uşağın təhsili – bunların hamısı göstəriş yox, özünün edə biləcəyin büdcədə olmalıdır ki, yarıyolda qalmayasan. Sosial şəbəkə çox insanları göstərişli həyata alışdırdı. Bu, uçurumdur. Tanınmaq üçün evlənən, boşanan, evdən qaçan, kimləri görmədik… Çox böyük və vacib mövzudur. Bu dünyada nə şahzadə var, nə də bir öpüşlə şahzadə olacaq qurbağa".Vüsalə ikinci dəfə ailə qurmaq istəməsi haqda suala isə belə reaksiya verib:
"Artıq 10 ildir həmişə "mümkün deyil, heç vaxt" deyirdim. He vaxt heç vaxt demə. Bu sözdən çox qorxuram. Ona görə də qismətə buraxdım, yəni axarına. Su axar çuxurunu tapar. Əslində mənim belə bir planım olmayıb. Təklif də olub, elçi də. İlk dəfə daha asandır, nəyinki sonra. İnsan yanılmaqdan, səhv seçim etməkdən qorxur. Həm də övladı olan ana üçün". / Axşam.az
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rüfət bu yolla arıqlayır
Müğənni Rüfət Axundov arıqlaması ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, sənətçi üç həftədir pəhriz saxladığını bildirib. İfaçı bu haqda "Qonaqcanlı" proqramında danışıb. O, 3 həftəyə 4,5 kiloqram çəki atdığını deyib. "Hazırda 84 kiloqram olmuşam. Hədəfim 80-78 kiloqrama qədər düşməkdir
19 sentyabrAfra Saraçoğlu barəsində yayılan saxlanılma xəbərinə aydınlıq gətirdi
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində haqqında saxlanılma qərarı verildiyi bildirilən aktrisa Afra Saraçoğlu barəsində yayılan xəbərlərə münasibət bildirib. xarici mediaya istinadla xəbər verir ki, Bakırköy Respublika Baş Prokurorluğunun cəmiyyətin sağlamlığı və təhlükəsizliyin
18 sentyabr"Artıq başqa Sevdayam, anayam"
Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır. Axşam.az xəbər verir ki, sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib. "Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq
11 sentyabrZabitə Alıyevanın toyu oldu (FOTO)
Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib
15 sentyabrRusiyada uşaqlara Burak adını verirlər
Türk seriallarının xaricdəki təsirinə daha bir yenisi əlavə olunub. Moskva Sosial İnkişaf Nazirliyinin açıqladığı 2026-cı il məlumatlarında, yeni doğulan uşaqlara verilən adlar arasında türk seriallarından tanınan Burak və Neslihan da yer alıb. Nazirlik bu adların sevilən aktyor və aktrisalara duyula
19 sentyabrEvində ölü tapılan Serhat Kılıçla bağlı ŞOK AÇIQLAMALAR: 2 ildir...
Xəbər verildiyi kimi, türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində sevgilisi tərəfindən ölü vəziyyətdə tapılıb. Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kılıçın ölümündən sonra ortaya atılan müxtəlif iddialara münasibət bildirən həmkarı Şoray Uzun insanları ehtiyatlı olmağ
6 sentyabr"Yeraltı"nın yayım tarixi bəlli oldu
Türkiyəli aktyorlar Devrim Özkan, Deniz Can Aktaş və Uraz Kayqılaroğlunun baş rollarını paylaşdığı "Yeraltı" serialının ikinci mövsümünün çəkilişlərinə start verilib. Axşam.az xəbər verir ki, serialın aktyor heyətinə İsmail Hacıoğlu da daxil olub. O, ekran işində "Bozo"nun düşmənin
13 sentyabrZeynəb Xanlarova əməliyyat olundu
Azərbaycanın Xalq artisti, görkəmli müğənni Zeynəb Xanlarova əməliyyat olunub. -a istinadən xəbər verir ki, 89 yaşlı sənətçi Türkiyədə implant əməliyyatı keçirib. Prosedur uğurlu alınıb. Z.Xanlarovanın qısa zamanda sağaldığı bildirilib
23 sentyabr