Hərbi xidmət yaşı AZALDILIR - VİDEO
Ölkəmizdə hərbi xidmət yaşı azaldılır.
Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisdə yeni dəyişiklik təklif olunub.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna ediləcək düzəlişlərə əsasən, çağırışa uyğun maksimum yaş həddi 35-dən 30-a endirilir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, hazırkı qanuna görə, 18 yaşından 35 yaşınadək Azərbaycan vətəndaşı olan kişi şəxslər hərbi xidmətə çağırış üçün uyğun hesab edilir. Lakin dəyişiklik qəbul edildiyi halda, bu yaş həddi 18-dən 30-a qədər məhdudlaşdırılacaq.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna edilən digər dəyişikliyə əsasən, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi üzrə yalnız bir dəfə möhlət verilir.
Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmətə və səfərbərlik üzrə hərbi xidmətə çağırışdan boyun qaçırdıqda çağırış üzrə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ məhdudlaşdırılacaq.
Millət vəkili bildirib ki, bu dəyişiklik həm də silahlı qüvvələrimizin türk silahlı qüvvələri modelinə keçməsidir.
Aydın Mirzəzadə əlavə edib ki, hərbi xidmət keçmə müddətinin azaldılması isə nəzərdə tutulmayıb. Bundan başqa, layihəyə əsasən fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
- sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı sayılmış çağırışçılar;
- 30 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;
- alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar dinc dövrdə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad ediləcək.
O da bildirilib ki, təklif edilən dəyişikliklər hələ müzakirə mərhələsindədir və təsdiq olunacağı halda qanunvericilikdə qüvvəyə minəcək. Bu yenilik hərbi xidmətə çağırış prosesinin səmərəliliyini artırmaq və ordunun ehtiyaclarına daha çevik cavab vermək məqsədi daşıyır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Dünyanın ən zəngin futbolçularından biri klubsuz qaldı
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)