Cənubi Koreyada parlament və hökumət şurasının yaradılması təklif edilib

Cənubi Koreyada parlament və hökumət şurasının yaradılması təklif edilibCənubi Koreya müxalifət lideri Li Çje Mön Prezident Yun Sok Yolun impiçmentdən sonra vəzifəsindən müvəqqəti uzaqlaşdırıldığı dövrdə dövlətin idarə edilməsinin sabitləşdirilməsi üçün parlament və hökumətin birgə şurasının yaradılmasına çağırıb.

"Report" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Dövlətin idarə edilməsinin sabitləşdirilməsi üçün partiyalararası əməkdaşlıq orqanının, sabitliyin təmin edilməsi üçün parlament və hökumətin birgə şurasının yaradılmasını təklif edirəm", – Birləşmiş Demokratik Partiyanın sədri Li Çje Mön bildirib.

O əlavə edib ki, demokratik partiya dövlətin idarə edilməsinin sabitləşdirilməsi və "beynəlxalq etimadın bərpası" üçün bütün partiyalarla fəal əməkdaşlığa hazırdır.

Li Çje Mön Cənubi Koreya iqtisadiyyatının bərpasının vacibliyini vurğulayaraq, partiyasının bazarın sabitləşdirilməsi və investisiyaların qorunması da daxil olmaqla iqtisadi qeyri-sabitliyin aradan qaldırılması üçün partiyalararası əməkdaşlıq üçün "səy əsirgəməyəcəyini" deyib. O həmçinin əlavə büdcənin tez müzakirə edilməsi, yerli valyuta kimi yerli iqtisadiyyatın dəstəklənməsi və süni intellektlə bağlı layihələr üçün vəsaitlərin ayrılmasının nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.

Müxalifət lideri Konstitusiya Məhkəməsinə müraciət edərək Prezident Yun Sok Yolun vəzifədən uzaqlaşdırılması prosesini "dövlətdəki xaosu minimuma endirməyin yeganə yolu" olduğu üçün "mümkün qədər tez" başa çatdırmağa çağırıb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1233   Tarix: 15 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Orta əsr qalası əsrlər boyu universitet binasının içində gizlənib: Onu necə tapdılar?

Dublin Universitet Kollecinin (UCD) kampusundakı binanın daxilində əsrlər əvvəl dağıldığı düşünülən orta əsr qalası aşkarlanıb. Norman qalasının Roebuckdakı divarlarının müasir binanın suvağının altında bu günə qədər qorunduğu müəyyənləşdirilib. Qaynarinfo xəbər verir ki, bu barədə "Historia"

24 sentyabr
.

Buker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı

Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi

23 sentyabr
.

Aİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək

Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu

25 sentyabr
.

Makron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq

Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun

23 sentyabr
.

ABŞ-da əfsanəvi avtomobillər niyə Avropadakından fərqli görünürdü?

"Ferrari", "Lamborghini" və "Porsche" kimi markaların ən əfsanəvi modelləri belə Şimali Amerika bazarının tələblərinə uyğunlaşdırılmalı olduqları üçün müəyyən dəyişikliklərə məruz qalırdı. Qaynarinfo xəbər verir ki, "Supercar Blondie" bunun səbəbini açıqlayıb

24 sentyabr
.

Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı

Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma

22 sentyabr
.

Rusiyada ayılar bu şəhəri əhatəyə aldı

Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb

23 sentyabr
.

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d

23 sentyabr
.

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin

23 sentyabr