Hicabsız konsert verən müğənniyə cinayət işi açıldı
İranda müğənni Parastu Əhmədi və musiqiçi yoldaşlarına qarşı cinayət işi açılıb.
Sonxeber.az xəbər verir ki, buna səbəb sənətçinin yutubdakı konsertdə hicabsız çıxış etməsi olub.
Konsertin videoyazısına bir gündən az vaxt ərzində 150 min dəfədən çox baxılıb. Tamaşadan fraqmentlər müxtəlif sosial şəbəkələrdə yayılıb. Bu, Əhmədinin fəaliyyətini İran hüquq-mühafizə orqanlarının diqqətinə çatdırıb.
Hüquq-mühafizə orqanları Əhmədinin çıxışının ölkənin hüquqi və mədəni normalarına uyğun olmadığını bildirib. Orada iştirak edən musiqiçilərə qarşı tədbir görüləcəklərinə söz veriblər.
Onlayn konsert yayımlandıqdan az sonra təhlükəsizlik agentləri Əhmədinin evinə basqın ediblər. Müğənninin yeri isə hazırda məlum deyil.
Qeyd edək ki, İran qanunları qadınların başlarını örtmədən ictimai yerlərdə solo oxumasını qadağan edir. Əhmədi isə açıq-saçıq geyimdə, saçları açıq, qırmızı manikür və pomada ilə çıxış edib./axşam.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1224 Tarix: 15 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Misirin XİN başçısı: Mayamidə Qəzza üzrə görüş yaxşı keçdi
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında ABŞ-nin Florida ştatının Mayami şəhərində dolayı danışıqlarda vasitəçilərin görüşü yaxşı keçib. "Report"un TASS-a istinadən məlumatına görə, bu barədə Misirin xarici işlər naziri Bədr Abdel Atı bildirib. Onun sözlərinə görə, Qəzza zolağında atəşkə
21 dekabrİranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilib
İranda İsrailə casusluqda təqsirli bilinərək barəsində ölüm hökmü çıxarılmış Aqil Keşavars İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən və bütün hüquqi prosedurlar tamamlandıqdan sonra edam olunub. "Report" xəbər verir ki, bu barədə "Mehr" Xəbər Agentliyi məhkəmə orqanlarına istinadə
21 dekabrNəvə kommunal borclara görə nənəsini öldürdü
Rusiyanın Kalininqrad vilayətində nəvə nənəsini öldürüb. yerli mediaya istinadla bildirir ki, istintaqın məlumatına görə, yetkin yaşlı nəvə 80 yaşlı nənəsi ilə birgə yaşayırmış. Qadın mütəmadi olaraq pensiyaçı nənəsini döyür və ona qarşı zorakılıq edirmiş. Günlərin birində qohumlar arasında növbəti mübahis
21 dekabrPolşalı qadının söylədiyi sözləri gündəm oldu: 123 illik tarixi xatırlatdı
Polşalı bir qadının türklər haqqında sosial şəbəkədə paylaşdığı fikirlər geniş rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, tarixi bir məqama diqqət çəkən qadın bildirib ki, ölkəsi 123 il boyunca dünya xəritəsində yer almasa da, Osmanlı Dövləti Polşanın mövcudluğunu tanımaqda davam edib
22 dekabrPutin Paşinyanla görüşdü
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, "Ermitaj" muzeyində keçirilən görüş Sankt-Peterburqda MDB dövlət başçılarının bugünkü qeyri-rəsm
22 dekabrİsveç Ukraynaya 200 milyon dollar birbaşa büdcə yardımı təqdim edəcək
İsveç 2026-cı ildə Ukraynaya 200 milyon dollar birbaşa büdcə dəstəyi verəcəyini elan edib. "Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib. "Bu maliyyələşdirmə müharibə zamanı insanların gündəlik ehtiyaclarını
21 dekabr