Əmək müqaviləsinə əsassız xitam verən işəgötürəni hansı cəza gözləyir? - AÇIQLAMA
Son vaxtlar cəmiyyətdə tez-tez rast gəlinən problemlərdən biri də qanunsuz işdən çıxarılma hallarıdır. Bəs görəsən əmək müqaviləsinə əsassız xitam verən işəgötürəni hansı cəzalar gözləyir?
Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən vəkil Rəşad Əliyev bildirib ki, işçi qanunsuz olaraq işdən çıxarıldığını hesab edirsə, bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə, həmçinin müvafiq olaraq mediasiyadan keçmək şərtilə məhkəməyə müraciət edərək hüquqlarının bərpa edilməsinə nail ola bilər:
"Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək Məcəlləsində müəyyən edilib. Əmək qanunvericiliyinin pozulması ilə bağlı inzibati məsuliyyətlər nəzərədə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 192.6-cı madddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Əmək Məcəlləsinin 195-ci maddəsində işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıdığı hallar müəyyən edilib.
İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə aşağıdakı hallarda tam maddi məsuliyyət daşıyır:
• Əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda;
• Əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə;
• İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə;
• Əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə;
• İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə;
• Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə;
• Əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda;
• Əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə;
• İşçi seksual qısnamaya məruz qaldıqda.
Ümumiyyətlə, işçi qanunsuz olaraq işdən çıxarıldığını hesab edirsə, bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə, həmçinin müvafiq olaraq mediasiyadan keçmək şərtilə Məhkəməyə müraciət edərək hüquqlarının bərpa edilməsinə nail ola bilər".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Beş gün ardıcıl İŞ OLMAYACAQ - TARİXLƏR
Bakıda güclü yağış fəsadlar törətdi: Bəzi əraziləri su basdı
Sosial şəbəkələrdə təhlükəli trend: Ölülər "dirildilir", görüntüləri satılır
Yağıntılı hava BU TARİXƏ KİMİ DAVAM EDƏCƏK
Elektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ
Dünya bu gün 1 saat işıqsız qalacaq
Bakı səhəri belə açdı - Yağışlı yollardan yeni görüntülər
"Paytaxtda kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb" - Bakı Şəhər İcra Hakimiyyətindən AÇIQLAMA
Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR
ABŞ-nin mümkün quru əməliyyatına cavab olaraq İranda 1 milyondan çox insan səfərbər edilib
İrana qarşı müharibə bəzi ölkələrdə MRT cihazlarının çatışmazlığına səbəb ola bilər
Azərbaycanda zəlzələ oldu