"Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir" - Bəhruz Quliyev
"Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə nəticəsində torpaqlarını işğaldan azad etdi. Bundan sonra ölkəmiz üçün məsələnin siyasi yolla tənzimlənməsi mərhələsi başladı".
Bunu Sonxeber.az-a danışan SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.
Bəhruz Quliyev qeyd edib ki, Vətən Müharibəsinin başa çatmasından bir neçə il keçsə də, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etmək istəmir:
"Səbəb isə Ermənistanın bizim itkilərimizin sayının çox olmasını istəməsidir. Məlumdur ki, gün keçdikcə minaya düşərək həlak olan vətəndaşlarımızın sayı artır. Azad olunmuş əraziləri minalardan təmizləmək üçün isə uzun illər lazımdır. Postmüharibə dövründə minalanmış sahələrin xəritəsinin qarşı tərəfə təqdim edilməməsi hərb qanunlarına, eyni zamanda beynəlxalq hüquqa ziddir. Ermənistan minalanmış ərazilərinin xəritəsini təhvil verməməklə növbəti dəfə hərbi cinayət törədir.
Erməni terrorizmi beynəlxalq səviyyədə tanınır. Onlar Qarabağdan çıxarkən daha çox ərazini minalayıblar. Artıq bununla bağlı məlumatlar da var. Onu da qeyd etmək lazımdır ki, bütün bu hadisələrin məsuliyyəti Ermənistan dövlətinin üzərindədir. Minalar Ermənistandan gətirilib, onu yerləşdirənlər ermənilərdir. Elə bir beynəlxalq konvensiya yoxdur ki, Ermənistan onu pozmasın".
Deputat vurğulayıb ki, Ermənistan məqsədyönlü şəkildə bundan imtina edir:
"Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minalarla bərabər, təmizlənməsi kifayət qədər çətin olan tələlər də qurulub. Bu da minalardan təmizləmə əməliyyatına mane olur. İşğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi Azərbaycan hökuməti üçün prioritetdir və bərpa prosesinin vacib bir hissəsidir.
Beynəlxalq təşkilatlar minalanmış ərazilərin xəritəsini vermək üçün Ermənistana təzyiq göstərməlidir. Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə məcbur edilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1901 Tarix: 16 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabr