"Vəfatından əvvəl onun qucağında mahnı oxudum"

"Vəfatından əvvəl onun qucağında mahnı oxudum"Əməkdar artist Manana Caparidze anasının vəfatəndan sonra ilk dəfə paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi valideyni Makvala Caparidze ilə fotosunu izləyiciləri ilə bölüşərək bunları yazıb.

"Bir aydan sonra özümdə güc toplayaraq, çalışıram ki, sizin hər birinizə minnətdarlığımı bildirim. Ürəyimdə və ruhumda o qədər çox şey var ki, nədən başlayacağımı belə bilmirəm. Bir şeyi dəqiq bilirəm ki, anamla mən həmişə sizin haqda, sevimli Azərbaycan xalqı haqqında məhəbbətlə danışmışıq. Anamın burada dostları çox idi. O sizdən ilham alırdı.

Anamla mən hər gün uca yaradana sizin üçün, tale üçün, çətinlikləri və uğurları ilə bizə verilən ömür üçün şükr edirdik. Son günlər anam həqiqətən arzulayırdı və ümid edirdi ki, birlikdə Bakıya gələcəyik. Çox darıxırdı, bir gün belə olmadı ki, mən ona Bakının müxtəlif gözəl küçələrindən videolar göndərmiyim. Ona Azərbaycanda baş verənlərdən danışırdım. Bundan çox ilham alırdı. Anama sizin hər sözünüzü, hər bir təşəkkürünüzü, hər xeyir-duanızı çatdırırdım. O bununla, mənim səhnədə və həyatdakı uğurlarımla yaşayırdı. Mən dünyanın ən xoşbəxt, ən qürurlu qızıyam.

Anam mənə güc verəcək və nə qədər ki, mən sağam, sevgimlə, səmimi hisslərimlə, hər birinizə böyük minnətdarlıq hisslərimlə, valideynlərimin qoyduğu yolu davam etdirəcəyəm. Son 20 ildə atam rəhmətə gedəndən sonra, dünyaya anamın baxışları ilə baxmağı öyrəndim. Bundan sonra da dünyaya onun isti baxışları ilə baxacağam. Onun səmimi sözləri ilə danışacağam. Ürəyim daim anamla eyni ritmdə döyünəcək. O, həmişə mənimlə olacaq, mən də onunla!

Anamın, mənim üçün böyük planları və məqsədləri var idi. Qardaşım dünyasını dəyişəndə anam deyirdi ki, "Manana oxuyanda, yaşayıram". Anam məni bir neçə dəfə qucaqladı və dedi ki, oxumağım onun həyatını xilas etdi. Bu, səkkiz yaşlı Manana üçün böyük bir məsuliyyət idi. O, hər dəfə oxumağının anasını xilas etdiyini başa düşdü. Vəfatından əvvəl anamın qucağında uzanıb, onun gözəl ruhu üçün mahnı oxuyurdum, xilas ümidi ilə. Danışa bilmirdi, amma sevgi dolu gözləri, məhəbbət, kədər, xoşbəxtlik, mehribanlıqla dolu gözləri və xeyir-duası, təkrar-təkrar oxumağımı istəyirdi. Anama söz verdim ki, pozitiv olmağa, insanlara xoşbəxtlik bəxş etməyə, oxumağa güc tapacağam və mənim hər notum, səsim, hər ikimizi ifadə edəcək. Anam mənim üçün gözəl nümunə, hər şeydə böyük ilham olub və olacaq! Ana, mən oxuyacağam, sən yaşa! Mənimlə, bizimlə, cənnətdə və harada ki, səmimiyyət, ədəb, sədaqət, qürur, mərhəmət, iman, böyük saf və fədakar sevgi var".


Sonxeber.az
Telegramda izləyin
Şou-biznes   Baxılıb: 1639   Tarix: 17 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"11 yaşımda ana oldum, mən böyümədim" - Xalq artisti

Xalq artisti Xalidə Quliyeva uşaqlıq illərindən və valideynlərini itirməsindən danışıb. xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. O, 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasının vəfat etdiyini bildirib:. "10 yaşımda anam dünyasını dəyişmişdi

25 sentyabr
.

Ledi Qaqa ana oldu - Foto

Dünyaca məşhur müğənni Ledi Qaqa ilk dəfə ana olub. "Qafqazinfo" xəbər verir ki, iş adamı Maykl Polanski ilə birlikdə olan 40 yaşlı sənətçi körpəsi ilə görüntülənib. Qeyd edək ki, L.Qaqa və M.Polanski 2024-cü ildə nişanlanıblar

12 sentyabr
.

77 yaşlı Alla Puqaçova həyatında ilk dəfə İstanbula gedib

Məşhur cütlük Maksim Qalkin və Alla Puqaçova Türkiyənin ən böyük şəhərinə işgüzar səfərə gediblər. xarici mediaya istinadən xəbər verir ki, primadonna səfərindən bir anını "Instagram" səhifəsində paylaşıb. Kadrlarda onların otel otağında İstanbula heyranlıqla baxdıqları görünür. Qalkin 77 yaşl

11 sentyabr
.

Məşhur modelyer 63 yaşını xüsusi video ilə qeyd etdi - VİDEO

Məşhur modelyer Biricik Suden 63-cü yaşını sosial media hesabında paylaşdığı xüsusi video ilə qeyd edib. xarici mediaya istinadla xəbər verir ki, Mazhar Alansonun həyat yoldaşı olan Suden videoda idman geyimində kamera qarşısına keçib. Onun enerjili hərəkətləri və formada görünüşü diqqət çəkib. Studiy

18 sentyabr
.

Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR

Aparıcı Zaur Kamalın səhhətində problem yaranıb. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Klinikada sistem köçürən Zaur virusa yoluxduğunu bildirib:. "Dünən klinikaya pis vəsiyyətdə gəlmişəm, üzü o tərəfə gedirdim. Həkim "getmə" dedi"

20 sentyabr
.

Röyanın illər əvvəl atası ilə təsirli dialoqu KÖVRƏLTDİ - VİDEO

Xalq artisti Röya Ayxanın illər əvvəl lentə alınan arxiv görüntüsü sosial şəbəkələrdə yenidən gündəmə gəlib. xəbər verir ki, videoda müğənninin "Maşın şou"nun efirində atasının doğum gününü təbrik etdiyi görünür. Röya Ayxanın atasına ünvanladığı duyğusal sözlər izləyicilərin diqqətini çəkib

19 sentyabr
.

Alim Qasımovun 1 milyon manatlıq duet iddiasına cavabı: "Bir Allah şahiddir ki..."

Xalq artisti Alim Qasımov müğənni Üzeyir Mehdizadə ilə ifa etdiyi "Bu dünyanın nəyindən narahatsan"duetinə görə 1 milyon manat aldığı barədə yayılan məlumatlara aydınlıq gətirib. Alim Qasımov Qaynarinfo-ya açıqlamasında duetinin ərsəyə gəlməsində hər hansı maddi qarşılıqdan söhbət getmədiyin

22 sentyabr
.

"Kurtlar Vadisi Pusu" ilə bağlı da istintaq başladılıb - VİDEO

Türkiyənin keçmiş MİT müşaviri Kaşif Kozinoğlunun həbsxanada şübhəli ölümü ilə bağlı araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialı da istintaq obyektinə çevrilib. İstanbul Respublika Baş Prokurorluğu serialdakı bəzi səhnə və simvolların mümkün əlaqələrini araşdırır. xarici mediaya istinadl

17 sentyabr
.

Zabitə Alıyevanın toyu oldu (FOTO)

Xanəndə Zabitə Alıyevanın toy mərasimi keçirilib. Qaynarinfo xəbər verir ki, məclisdən görüntülər sosial şəbəkələrdə sənət adamları tərəfindən paylaşılıb. Toy mərasimində Zabitə Alıyevanın yaxınları ilə yanaşı, şou-biznes nümayəndələri də iştirak edib

15 sentyabr