17 həkim çarə tapmadı, süni intellekt həll etdi: 6 yaşlı uşaq XİLAS OLDU

17 həkim çarə tapmadı, süni intellekt həll etdi: 6 yaşlı uşaq XİLAS OLDU4 yaşından ağrılarla yaşamağa başlayan və 3 il ərzində 17 müxtəlif həkimə müraciət etsə də, bu ağrılardan xilas ola bilməyən Alex-ə kömək edən ChatGPT onun həyatını xilas edib.
Sonxeber.az Lent.az istinadən xəbər verir ki, Alex sağlam və şən bir uşaq ikən birdən-birə müəmmalı bir xəstəliyin qurbanı olaraq enerjisi tükənmiş, ağrıları artmış və boy inkişafı dayanmışdı. 3 il ərzində ailəsi 17 müxtəlif həkimə müraciət etsə də, nəticə ala bilməmiş və Alex-ə düzgün diaqnoz qoyula bilməmişdi. Ta ki anası ChatGPT-dən istifadə etməyə başlayana qədər. Həmin dövrdə 4 yaşında olan Alex müxtəlif ağrılardan əziyyət çəkməyə başlayıb. Valideynləri yemək yeyərkən başlayan bu ağrılar üçün əvvəlcə stomatoloqa müraciət ediblər. Həkimlər diş qıcırdaması səbəbindən tənəffüs yolunun tutulması ehtimalını irəli sürərək Alex üçün müalicə prosesini başladıblar. Amma Alex-in ağrıları tamamilə keçməyib.

Bir müddət sonra Alex-in boyunun uzanmadığını fərq edilib. Həkimlər bunun pandemiyanın təsirindən ola biləcəyini bildiriblər. 2021-ci ildə aparılan yoxlamada Alex-in bir az böyüdüyü qeyd edilib, lakin bu dəfə də sağ və sol ayağı arasında tarazlıq problemi olduğu və sol ayağını sürüyərək yeridiyi məlum olub. Fiziki terapiya müalicəsindən sonra isə Alex-in miqren ağrıları başlayıb. Bu dəfə isə həkimlərin arasına nevroloq da əlavə edilib. Pediatr, daxili xəstəliklər üzrə mütəxəssislər və digər ixtisaslar üzrə 17 müxtəlif həkim Alex-i müayinə etsələr də, bir nəticə əldə edilməyiblər. Daha sonra anası ChatGPT-dən istifadə edərək Alex-in 3 il ərzində aparılan bütün analizlərini və MRT nəticələrini ChatGPT-yə təqdim edib. Süni intellekt Alex-in xəstəliyini analiz edərək ona "gərgin onurğa beyni sindromu" olaraq diaqnoz qoyub.

Anası dərhal neyrocərraha müraciət edib və həqiqətən də süni intellektin diaqnozu doğru çıxıb. Bu xəstəlikdə onurğa beynindəki toxuma onun hərəkətini məhdudlaşdırır və anormal şəkildə gərginlik yaradan bağlar əmələ gətirirdi. Bu problem onurğa beyninin tam inkişaf etməməsi və ya müəyyən hissəsinin açıq qalması kimi doğuş qüsuru hesab edilsə də, Alex-də vəziyyət bir qədər fərqli idi. Adətən, uşaqların belində bu problem görünən olur, amma Alex-in yalnız ombasının üstündə doğum ləkəsinə bənzər bir iz var idi və bu vaxta qədər heç bir həkim bunu görməmişdi. Bundan əlavə, onun göbək nahiyəsi də əyri idi. Diaqnoz qoyulduqdan bir neçə həftə sonra Alex dərhal əməliyyat olunub və sağalma yoluna qədəm qoyub. Artıq o, uşaqlığını itirmədən dostları ilə oynamağa davam edir.

Buz üstü konkidə sürüşərkən belini və dizini zədələyib, xokkeydən imtina etməli olsa da və ya zədə səbəbilə beyzboldan uzaqlaşsa da, Alex kiçik bədəni ilə həyata uyğunlaşmağa davam edir və uşaqlığını xəstəliyini tanıyaraq və müalicə alaraq yaşayır. Süni intellektdən söhbət gedəndə bəzi mübahisələr ortaya çıxsa da, onun bacarıqlarını görməməzlikdən gəlmək artıq mümkün deyil. Bu hadisə ilə də süni intellekt alətlərinin doğru şəkildə istifadə olunduqda nə qədər böyük dəyişikliklər yarada biləcəyi bir daha sübut olundu. Alex-in və ailəsinin hekayəsi həm elmi, həm də insani bir uğur nümunəsi kimi yaddaşlarda qalır. Bu hekayədən çıxarılacaq dərslərdən biri də bəzən yeni texnologiyalara açıq olmağın və alternativ üsulları sınamağın həyat qurtara biləcəyidir. Bu gün Alex yenidən gülümsəyi bacarırsa, deməli bu hekayə bütün bunlara dəyərdi.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1664   Tarix: 17 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tramp: "Putin Ukrayna ilə danışıqların Moskvada keçirilməsini istəyir" - VİDEO

ABŞ Prezidenti Donald Tramp özü ilə Rusiya Prezidenti Vladimir Putinin Rusiya və Ukrayna liderlərinin mümkün görüşünü müzakirə etdiklərini bildirib. xəbər verir ki, bu barədə "Caliber" "Clash Report"a istinadən məlumat yayıb. Tramp görüşün gələcəkdə baş tutacağına əmin olduğunu qey

8 iyul
.

Peruda indiyədək məlum olmayan kakao növləri aşkar edilib

Peru kakaosu ilə bağlı yeni araşdırma dünyada ən sevilən şirniyyatlardan biri olan şokoladın mənşəyi haqqında təsəvvürləri dəyişdirib. Tədqiqat zamanı alimlər əvvəllər məlum olmayan dörd yeni kakao növü aşkar ediblər. Onlardan ikisinin gələcəkdə yüksəkkeyfiyyətli şokolad istehsalı üçün xüsusilə perspektivl

8 iyul
.

Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik

Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma

5 iyul
.

Alimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər

İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş

8 iyul
.

Okeanın dibində yeni bir ada yaranır

Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen

6 iyul
.

Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək

Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır

5 iyul
.

İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb

İranın Ermənistandakı səfirliyi ABŞ Prezidenti Donald Trampa müraciət ünvanlayıb. "Report" xəbər verir ki, səfirliyin müraciəti "X" sosial şəbəkə hesabında paylaşılıb. "Siz Ayətullah Xameneiyə (Əli Xamenei) sui-qəsd etdiniz, insanları öldürmək olar, amma idealları yox"

5 iyul
.

Çoxlarının bilmədiyi tarixi fakt: Selsi şkalasının bugünkü formasını əslində kim yaradıb?

Dünyada milyardlarla insan hər gün Selsi temperatur şkalasından istifadə etsə də, onun bugünkü formasının müəllifinin əslində Anders Selsi olmadığını çox az adam bilir. Qaynarinfo xəbər verir ki, müasir Selsi şkalası ilk yaradıldığı variantdan xeyli fərqlənir və onun bugünkü formasının yaranmasında isveçl

7 iyul
.

Yəmən husiləri İrana dəstək ifadə ediblər

Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik

5 iyul