"Erməni lobbisi Qərb ölkələrin parlamentlərini ələ almağa və Azərbaycana qarşı riyakar niyyətlərini ifadə etməkdə davam edir" - DEPUTAT
"Fransa və erməni lobbisi Qərb ölkələrinin parlamentlərini ələ almağa və Azərbaycana qarşı riyakar niyyətlərini ifadə etməkdə davam edir".
Bunu Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.
Deputat qeyd edib ki, Fransa və Niderland parlamentlərindən sonra İsveçrə parlamentinin aşağı palatası da Azərbaycan və Qarabağdan gedən ermənilər arasında açıq dialoqu təşviq etmək üçün beynəlxalq sülh forumunu çağırmaqla bağlı qətnamə qəbul edib:
"Təbii ki, bu qətnamə İsveçrə parlamentinin aşağı palatası tərəfindən icra olunan növbəti anti-Azərbaycan sifarişinin icrasıdır. Amma isveçrəli deputatlar bu qətnaməni qəbul edəndə Ermənistan Azərbaycan münaqişəsinin tarixinə bir nəzər salıb, bu proseslərin necə inkişaf etdiyinin reallığını öyrənib sonra qətnaməyə səs verərdilər. Əvvəlcə onu qeyd etmək istəyirəm ki, Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər. Digər bir məsələ isə Azərbaycan tərəfi həmin erməniləri vətəndaşlarımız kimi geri qayıtmasını təşkil etmək üçün xüsusi portal yaratdı. Yəni Azərbaycan öz tələblərini irəli sürüb və geri qayıtmaq istəyən ermənilərə maneə yaratmadığını dəfələrlə bəyan edib. Amma Ermənistan isə güc yolu ilə deportasiya etmiş azərbaycanlıların Qərbi Azərbaycana geri qayıdışı ilə bağlı analoji addım atmayıb və atmalıdır. Əgər biz sülhdən və birgə yaşayışdan danışırıqsa istəklər də bərabər yerinə yetirilməlidir.
Təəssüf ki, İsveçrə parlamenti bu məsələləri görmür və riyakarcasına ancaq ermənilərin qayğısını çəkir. Əgər bu forum həm Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların, həm də Qarabağdan könüllü getmiş ermənilərin Azərbaycan və Ermənistan arasında dialoqu təşviq etmək üçün beynəlxalq sülh forumuna çağırış olsaydı başa düşülən idi. Amma burda onlara ermənilər maraqlandırır. Təbii ki, bu riyakarlıq Azərbaycanla Ermənistan arasında razılaşdırma mərhələsində olan sülh müqaviləsinə zərbə vurulması üçün növbəti cəhd hesab edirəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1226 Tarix: 18 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v
24 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabr2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər
Türkiyədə tütünlə mübarizəyə dair hazırlanan qanun layihəsi 2015-ci ildən sonra doğulan şəxslərə siqaretin ömürlük qadağan edilməsini nəzərdə tutur. "Qafqazinfo" xəbər verir ki, bu barədə Anadolu Agentliyinə müsahibəsində qanun layihəsinin hazırlanmasında iştirak edən professor Toker Ergüde
25 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrTaksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını
24 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabr