Kişi və qadın əsgərlərin bir kazarmada yaşadığı Avropa ölkəsi

Kişi və qadın əsgərlərin bir kazarmada yaşadığı Avropa ölkəsiİsrail, Malayziya və Norveç kimi ölkələrin ortaq cəhətləri nədir? İlk baxışdan bu üç ölkəni birləşdirən hər hansı ortaq nəsnə görünmür. Çünki söhbət fərqli coğrafiyalardan, fərqli dinlərdən və fərqli xalqlardan gedir. Ancaq adıçəkilən ölkələrdə ümumi cəhət qadınların da kişilərlə bərabər hərbi xidmətə çağırılmasıdır.

Liberal və hərbi dövlət

Skandinaviya ölkəsi olan Norveç təkcə sözdə deyil, əməldə də gender bərabərliyini yaştmaqdadır.

Ölkə qanunvericiliyinə görə 19 - 44 yaş arasında olan qadın vətəndaşlar 7 aydan 19 aya qədər müddətdə həqiqi hərbi xidmət keçməyə məcburdurlar.

Norveç dünyanın ən liberal ölkələrindəndir. Lakin liberal görünüşünə baxmayaraq, bu ölkə hərbi-müdafiə xərclərinə görə ABŞ-dan sonra ikinci yerdə dayanır. ABŞ hərbi ehtiyaclar üçün hər il adambaşına 850 dollar xərcləyirsə, Norveç hər bir insan üçün müdafiəyə 455 dollar xərcləyir.

Ölkənin müdafiə-təhlükəsizlik sisteminə xüsusi diqqət verildiyindən burada maaşlar da digər sahələrə nisbətən yüksəkdir. Hərbi qulluqçular Norveç standartlarına görə yaxşı məvacib alır, eyni zamanda onların geyimləri və ərzaq təminatı dövlət tərəfindən qarşılanır.

Norveçin müdafiə naziri Anna-Qreta Ström-Eriksen deyib:

"Biz qadınlar üçün hərbi xidmətə çağırışı daha çox əsgərə ehtiyacımız olduğu üçün deyil, cinsindən asılı olmayaraq ən yaxşı əsgərə ehtiyacımız olduğu üçün tətbiq edirik".

Araşdırmalara görə həqiqətən də Norveç ordusunda cinsi bərabərlik səviyyəsi sadəcə heyrətamizdir. Qadınlar güclü cinsin nümayəndələri ilə demək olar, eyni vəzifələri yerinə yetirirlər. Bu bərabər mühit onlara bərabər maaş almaq və orduda istənilən vəzifəni tutmaq hüququ verir. Döyüş hazırlığı üçün hərbi təlimlərdə də cinsindən asılı olmayaraq hər bir əsgər iştirak edir. Təlimlər ilboyu, istənilən hava şəraitində, birgə həyata keçirilir.
Norveçdə sosial bərabərlik də gender bərabərliyi qədər vacib nüansdır. Belə ki, xanım şahzadə Aleksandra İnqrid də bu normalara uyğun olaraq 2019-cu ildə həqiqi hərbi xidmət keçmişdir.

Birgəyaşayış və qeyri-rəsmi münasibətlər

Kişi və qadın əsgərlər eyni kazarmada yaşayırlar. Onların çarpayıları da yanaşıdır. Hamam, tualet isə hər cinsin nümayəndələri üçün ayrıdır.

Kazarmadakı hər otaq ikisi qadın, dördü kişi olmaq şərtilə, ümumilikdə altı nəfər üçün nəzərdə tutulub. Hərbçilərin söylədiyinə görə eyni kazarmanı bölüşmək ilk vaxtlarda onlara müəyyən narahatlıq gətirsə də sonradan hamı birgəyaşayışa öyrəşir. Gənc qadınlar hərbi qulluğun ilk günlərində kişi həmkarları tərəfindən narahat ediləcəklərini düşünsələr də sərt nizam-intizam, hər iki tərəfə qoyulan məhdudiyyətlər onları güvənli edir.

Heyrətamiz gender bərabərliyi

Norveçli hərbi ekspertlər hesab edirlər ki, müasir əsgərin əsas üstünlüyü fiziki güclə ölçülmür. İndi ciddi intellektual inkişaf tələb edən elektron texnologiyalar dövrüdür, kompüter sistemlərini idarə etmək idmandan daha vacibdir. Bu məsələdə zərif cinsin nümayəndələri kişilərdən heç də geri qalmırlar. Ona görə həm kişilər, həm də qadınlar cinsi ayrı-seçkiliyə məruz qalmadan orduda bərabər şərtlər əsasında xidmət edirlər.

Əlbəttə, birgəyaşayış halında qadın və kişi əsgərlər arasında sevgi münasibətlərinin yaranması da tamamilə təbii haldır. Lakin müəyyən edilib ki, orduda bu cür qeyri-rəsmi münasibətlərə digər sahələrdə çalışan kollektivlərlə müqayisədə heç də çox rast gəlinmir.
İki əsgər arasında intim münasibət yaranıbsa, onlar bunu bəlli etməməyə çalışmalıdır. Əgər rəhbərlik bu əlaqədən xəbər tutarsa, hər iki qulluqçu öz işindən qovulur.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1766   Tarix: 23 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qadınlar niyə evləndikdən sonra soyadını dəyişir? - Ənənənin tarixi

Qadınların evlilikdən sonra ərinin soyadını qəbul etməsi bu gün bir çox cəmiyyətdə adi hal kimi qəbul olunsa da, ənənənin tarixi kifayət qədər mürəkkəbdir. Tarixçilərin fikrincə, bu qayda bütün ölkələrdə eyni vaxtda və eyni səbəblərlə formalaşmayıb. Qaynarinfo xəbər verir ki, UNİAN bu ənənənin tarixin

25 sentyabr
.

ABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər

ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər

22 sentyabr
.

Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir

Səyahət zamanı mümkün qədər çox müsbət emosiyalar yaşamağa imkan verən istiqamətlərlə bağlı maraqlı araşdırma aparılıb. İlk sırada Portuqaliyanın paytaxtı Lissabon qərarlaşıb. Qaynarinfo xəbər verir ki, "TimeOut"un yazdığına görə, "xoşbəxtlik" tərəfindən psixoloq Natali Dattilo-Rayanl

25 sentyabr
.

Ermənistanda hərbçi naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb

Ermənistanda müqavilə ilə xidmət edən hərbi qulluqçu naməlum şəraitdə baş verən partlayış nəticəsində ölüb. Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildirilib. Qurumdan qeyd edilib ki, hazırda hadisənin səbəbləri araşdırılır

24 sentyabr
.

Apennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf

İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen

22 sentyabr
.

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni

23 sentyabr
.

Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz

24 sentyabr
.

İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"

İtaliyanın dərinliklərində qeyri-adi geoloji proses baş verir. Alimlər ehtimal edirlər ki, yer qabığının aşağı təbəqələri tədricən ayrılaraq mantiyaya doğru batır. Bu proses yer qabığının sanki içəridən "açılmasına" bənzəyir. Qaynarinfo xəbər verir ki, bu barədə "Focus" yazıb. Apenni

21 sentyabr
.

Məkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi

Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi

24 sentyabr